"Züy tutmağa başlayıblar..." - Lavrov

28 iyun, 2021 12:35

Avropa Birliyi ABŞ-ın Rusiya ilə sammitin nəticələrinə görə münasibətlərin normallaşdırılması üçün Moskvanın "öz davranışını dəyişməli olduğu" barədə səsləndirdiyi mövqelərə fəal surətdə və məmnuniyyətlə "züy tutmağa" başlayıb. RİA Novosti xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Kommersant" qəzeti və "Rusiya qlobal siyasətdə" jurnalı üçün yazdığı məqalədə belə bir fikirlə çıxış edib.

Diplomat qeyd edib ki, prezidentlər Co Bayden və Vladimir Putinin Cenevrə görüşündən sonra Vaşinqtonun səsləndirdiyi bəyanatlar ABŞ liderinin danışıqlarda tutduğu mövqeyə heç də uyğun gəlmir.

Lavrov xatırladıb ki, iki ölkə liderinin "açıq və konstruktiv" şəkildə keçmiş ünsiyyəti strateji sabitliyə dair predmetli dialoqa başlamaq razılaşması, nüvə müharibəsinin yolverilməz olduğunun təsdiqi, kibertəhlükəsizlik və bəzi digər məsələlər üzrə məsləhətləşmələrin zəruriliyinin anlayışı ilə bitib. 

"Və yenə də danışıqlar bitəndən dərhal sonra səsləndirlimiş Vaşinqtonun keçmiş çeynənmiş mövqeyi çox nümayişkaranədir. Nəzərə alaq ki, "böyük qardaşın" əhvalını dəqiq qiymətləndirən Avropa paytaxtları dərhal fəal surətdə ona "züy tutmağa" başladılar. Çıxışların mahiyyəti: Moskva ilə münasibətləri normallaşdırmağa hazırıq, lakin əvvəlcə o davranışını dəyişməlidir", - Lavrov deyib.

Onun sözlərinə əsasən, Putin dəqiq izah edib ki, bütün razılaşmalar üzrə nəticənin əldə olunması paritet əsaslarda maraqlar balansının tapılması ilə mümkündür. Lavrov deyib ki, danışıqlar zamanı Amerika tərəfi etiraz etməyib, lakin sonradan Vaşinqton fəal surətdə əvvəlki tezisləri səsləndirməyə başlayıb.

""Biz Moskvaya dedik, xəbərdarlıq etdik, tələblər qoyduq" ruhunda. Bütün bu "xəbərdarlıqlar" hədələrlə müşayiət olunmağa başlayıb: əgər Moskva "bir neçə ay ərzində" Cenevrədə ona deyilmiş "oyun qaydalarını" qəbul etməsə, yeni təzyiqə məruz qalacaq", - diplomat yazıb.

Bununla bağlı xarici siyasət idarəsinin başçısı Cenevrə sammiti öncəsi yüksək səviyyədəki tədbirlər seriyasını "solisti müşayiət edən xor"a bənzədib.

Öz məqaləsində Sergey Lavrov həmçinin Fransa və Almaniyanın Rusiya-Avropa Birliyi sammiti keçirmək ideyasının uğursuzluğu barədə də yazıb.

Diplomatın fikrincə, bu ideya Avropadakı aqressiv rusofob azlığın mövqeyinə görə "hələ anadan olmamışdan dəfn edilib". Bu 24-25 iyunda Aİ-nin Brüsseldəki sammitinin gedişində təsdiqlənib.

Lavrov vurğulayıb ki, Putin-Bayden görüşü bitdikdən sonra Aİ və NATO liderləri Moskvaya qarşı yanaşmaların eyni qaldığını və münasibətlərin daha da pisləşməsinə hazır olduqlarını bəyan etməyə tələsdilər.

Doplomat bildirib ki, Brüsseldəki diskussiyaların nəticəsi Avrokomissiyaya və Avropa xarici siyasət xidmətinə Moskvaya qarşı yeni sanksiyalar hazırlamaq barədə tapşırığın verilməsi olub: "Təşəbbüsün müəllifləri Rusiyanı hansı günahlara görə cəzalandırmaq lazım olduğunu göstərməyiblər, bunu sadəcə "ehtiyatda nəyinsə olması üçün" ediblər./ Sputnik.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR