"5 illik müddət bitən gün azərbaycanlılar Xankəndiyə girəcək"

29 iyun, 2021 14:37

Dağlıq Qarabağın sülhməramlıların nəzarətindəki ərazilərinin gələcək taleyilə bağlı ermənilərin narahatlığı günbəgün artır. Təkcə Ermənistandakı deyil, Qərb ölkələrindəki ermənilər də həmin ərazilərdə yaşayan erməni əhalisinin gələcyinə dair pessimist fikirlər səsləndirirlər.

Azsiyasət.com xəbər verir ki, erməni diasporunun ən tanınmış və fəal nümayəndələrindən biri, ABŞ-da nəşr olunan «The California Courier» qəzetinin təsisçisi və baş redaktoru olan Arut Sasunyan erməni mətbuatına açıqlamasında Qarabağda qalan ermənilərin gələcəyinin qaranlıq olduğunu bildirib.

Sasunyan Nikol Paşinyanın seçkidə qalib gəlməsinin xalqın iradəsinin təcəssümü saydığını deyib, lakin onun idarəçiliyinin Qarabağın ermənilərin əlindən birdəfəlik çıxması ilə yekunlaşacağını qeyd edib:

“Seçkinin nəticəsi Ermənistan əhalisinin qərarıdır və biz bu qərara hörmətlə yanaşmalıyıq. Ancaq Qarabağdakı məğlubiyyətdən sonra mən ümid edirdim ki, Paşinyan istefaya gedəcək. Bu, Ermənistan üçün ən yaxşı ssenari olardı...”

Sasunyan deyib ki, Paşinyan İlham Əliyevlə diplomatik mübarizədə çoxlu səhvlərə yol verib və mina xəritələrinin verilməsi də bu səhvlərdən biridir: “Sonuncu dəfə 15 əsirə görə 97 min minanın xəritəsi verildi ki, bu da kobud səhv idi. Sözsüz ki, əsir düşən ermənilərin ailələri sevinirlər, lakin bu formatın özü səhvdir... Əliyevin hansı oyun qurduğu aydındır. Bu cür davam etsə, Əliyev yeni güzəştlər tələb edəcək və təəssüf ki, həmin güzəştləri alacaq...”

Erməni diasporunun liderlərindən biri olan Sasunyan qeyd edib ki, Ermənistan nə Qarabağda, nə də Zəngəzurda Azərbaycan qarşısında güc göstərə bilməyib və bu cür davam etdikcə, həm Ermənistan, həm də “artsax” real təhlükə ilə üz-üzə qalacaq:

“Rusiya sülhməramlılarının “artsax”da( Qarabağ-red.) 5 illik xidmət müddətindən artıq 8 ay keçib. 5 illik müddət bitən gün azərbaycanlılar stepanakertə (Xankəndi-red.) girəcəklər. Çünki erməni tərəfi nə Qarabağdakı müharibədə, nə də indi Sünikdə (Zəngəzur-red.) güc göstərə bilməyib”. (Azpolitika.info)

Sasunyan Paşinyanın əvəzinə Ermənistana yeni rəhbərin gələcəyi təqdirdə vəziyyətin ermənilərin xeyrinə dəyişə biləcəyini deyib. Lakin bu rəhbərin kimliyilə bağlı konkret ad çəkməkdən imtina edib.

Göründüyü kimi, “revanşistlər” təkcə Ermənistanda deyil, Qərb ölkələrində yaşayan ermənilər arasında da kifayət qədərdir. Onların guya Qarabağdakı ermənilərin taleyinə acımaları, səs-küy qaldırmaları isə sözsüz ki, rus sülhməramlılarının Qarabağda mümkün qədər çox qalmasına zəmin yaratmaq üçündür.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR