"Qazın qiyməti aztəminatlı əhali kateqoriyasına ciddi təsir etməyəcək" - Ekspert

01 iyul, 2021 00:01

Tarif Şurası qaz qiymətlərini qaldırdı. Amma bu dəfə etiraf etmək lazımdır ki, Tarif Şurasının qərarı əhaliyə, ələlxüsus da aztəminatlı əhali kataqoriyası üçün ciddi təsir etməyəcək. Tarif Şurası bildirir ki, qaz istehak həcmi bir milyard kub metr (2.7 milyard kub metrdən 3.7 milyard kub metrə) artıdığından dövlət büdcəsinə yük olmaması üçün bu addım atılıb. Əhali abunəçilərinin təxminən 51%-ni əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.

Azsiyasət.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov qeyd edib.

O bildirib ki, hazırda 2500 kubmetrdən çox istifadə edən insan çox və kasıb deyil: "Həm də bu qənaətə sövq edər. Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Bilirik ki istilik elektrik stansiyalarında elektrik enerjisinin alınması zamanı daha çox təbii qazdan istifadə edilir.

Bu stansiyalar averilən qazın qiyməti cəmi bir qəpik 12 qəpikdən 13 qəpiyə qaldırıb. Çox qalxsaydı növbəti ay elektik qiymətlərinin müzakirəsi və qaldırılması qaşılmaz olacaqdı.

“Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib. Əslində, nəzərə alsaq ki, hazırda mövsüm geridə qalıb, onsuz da qaz istifadəsi yox dərəcəsindədir, bu elə də təsir etməyəcək. Növbəti ilin yanvarında bu qiymət dəyişməzs,ə bunu müsbət qiymətləndirmək olar".

Ekspert əlavə edib ki, yalnız ticarət, xidmət və s. sahələrində tariflər 5 qəpik artırılıb ki, burada da qaz istifadəsi çox deyil: "Bütün bunları nəzərə alaraq tam səmimi deyirəm ki, bu qərara sevinmək lazımdır ki, hələ ki, təhlükə sovuşdu. Tarif Şurasının əksər qərarı iqtisadiyyat üçün dah ağır olduğunu nəzərə alsaq, məsələ 100 faizli su qiymətlərində olan artımı nəzərə alsaq, bu dəfəki qərara sevinmək lazımdır. Ən azı ona görə ki, heç olmasa il sonuna qədər qaz qiymətləri ilə əhali məyus olmayacaq".

Publika.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR