Bölgə ölkələri niyə Türkiyəni seçir? - - "Rusiya bu ölkələri vassala çevirmək istəyir, ona görə də..."

04 iyul, 2021 01:41

Türkiyə Azərbaycanla yanaşı Mərkəzi Asiya ölkələri ilə də hərbi əməkdaşlığı genişləndirir. “Şuşa bəyannaməsi” Mərkəzi Asiya ölkələrinin diqqətini cəlb edib. Qazaxıstan və Özbəkistan Türkiyə ilə birgə hərbi təlimlərə və birgə hərbi texnika istehsalına üstünlük veriblər. Ankara Qırğızıstan, Türkmənistan, hətta Tacikistanı da unutmayıb.

Türkiyənin Orta Asiya üzrə xarici siyasət prioritetlərini şərh edən politoloq Elxan Şahinoğlu Müdafiə naziri Hulusi Akarın bir neçə gün əvvəl Qırğızıstana və Tacikistana səfər etdiiyini xatırladıb.

"Məlumdur ki, Qırğızıstanla Tacisiktan arasındakı münasibətlərdə sərhəd gərginliyi var, son insidentdə hər iki tərəfdən itkilər olmuşdu. Ona görə də Hulusi Akarın Qırğızıstandan sonra Tacikistana səfəri doğru strategiya idi. Əks halda, yəni Hulusi Akar Qırzğıstana gedib Tacikistana getməsəydi, Düşənbə bunu Ankaranın tərəflərdən birini dəstəkləməsi kimi qiymətləndirə bilərdi"- deyə, politoloq vurğulayıb.

E. Şahinoğlu Qırğızıstanın yeni prezidenti Sadır Japarovun ötən ay Türkiyəyə səfər edərək həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdüyünə diqqət çəkir. 

Onun sözlərinə görə, Qırğızıstanın Türkiyənin hərbi və maliyyə dəstəyinə ehtiyacı var: "Türkiyə hər ikisini təmin edəcək. Bunun əvəzində Ankara Qırğızıstandakı Fətullah Gülən tərəfdarlarının Türkiyəyə iadə edilməsini istəyir. Sadır Japarov ölkəsində Gülən tərəfdarları ilə mübarizə aparacağını vəd edib.

Bundan sonra Hulusi Akar Bişkekə gedərək qırğız həmkarıyla geniş fikir mübadiləsi apardı. Akar Tacikistanda olarkən bu ölkə ilə də hərbi əməkdaşlığı genşləndirməyə hazır olduğunu bildirib. Qırğızıstan kimi Tacikistanın da Türkiyənin hərbi dəstəyinə ehtiyacı var. 

Bu ölkələri Əfqanıstandakı xaosa qarşı birgə mübarizə də birləşdirir. Mərkəzi Asiya ölkələri Taliban hərəkatının Əfqanıstanda yeni-yeni məntəqələr ələ keçirməsindən narahatdırlar. Taliban Mərkəzi Asiya ölkələrinin sərhədlərinə yaxınlaşıb. Türkiyə hərbçiləri ABŞ və digər NATO ölkələrindən fərqli olaraq Əfqanıstandan çıxmayacaq, Kabil hava limanını qoruyacaq. Bu mənada Türkiyənin Əfqanıstanda oynadığı rol Mərkəzi Asiya ölkələrinin də maraqlarına cavab verir".

Bu arada, Türkmənistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qayıdacağını bəyan edib. Politoloq hesab edir ki, bu da türk birliyinin və türkdilli dövlətlər arasında inteqrasiyanın xeyrinədir.

"Rusiyanın bəzi ekspertləri ondan narazıdırlar ki, Kreml Azərbaycanda və Mərkəzi Asiyada boşluq yaradıb və bundan Türkiyə öz məqsədləri üçün məharətlə istifadə edir. Bu boşluq deyil, hadisələrin doğru istiqamətdə inkişafıdır. Kreml buna qarşı nə edə bilər ki? Azərbaycan və Mərkəzi Asiya ölkələri dili, kökü və dini bir Türkiyə ilə sıx əlaqələr qurmaq, təhlükələrə qarşı birgə mübarizə aparmaq istəyirlər. Rusiyanın yeganə dərdi isə bu ölkələri özündən asılı vəziyyətə salaraq tədricən vassala çevirməkdir. Özünə hörmət edən heç bir dövlət vassal olmaq istəmir, ona görə də bölgə ölkələri Rusiyanı deyil, Türkiyəni seçirlər"- deyə, E. Şahinoğlu vurğulayıb

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR