Avropa İttifaqı Azərbaycan hansı sahələrə pul ayıracaq? - 5 sahə üzrə...

05 iyul, 2021 12:32

Avropa Komissiyasının "Şərq Tərəfdaşlığı" Proqramı növbəti işçi sənədində 2020-ci ildən sonrakı dövr üçün prioritetlərini dərc edib. "Bərpa, davamlılıq və islahat" başlığı ilə dərc olunmuş sənədin Azərbaycana aid hissəsində beş istiqamət əks olunub.

İşçi sənəddə iqtisadi diversifikasiyanın Azərbaycan üçün əhəmiyyətinə diqqət çəkilir. Sənəddə əksini tapmış istiqamətlərin bu ümumi məqsədə töhfə verəcəyi qeyd edilir. Bu istiqamətlərə xırda və orta biznesə birbaşa dəstək vasitəsilə dayanıqlı, innovativ, yaşıl və rəqabətli iqtisadiyyatın dəstəklənməsi, kənd ərazilərinin innovativ inkişafı, Bakı limanının yaşıllaşdırılması, rəqəmsal nəqliyyat dəhlizinə dəstək, ağıllı və yaşıl şəhərlər konsepsiyasının inkişafı daxildir.

Sənəddə daha sonra Azərbaycanın Avropa İttifaqının (Aİ) strateji enerji tərəfdaşı olmasına, Cənub Qaz Dəhlizinin əhəmiyyətinə və gələcəkdə genişləndirilməsi ehtimalına diqqət cəlb edilir. Bu dəhliz tullantısız yanacaq növü olan təbii qaz ötürücüsü olduğu üçün həm də yaşıl iqtisadiyyat konsepsiyası baxımından ciddi əhəmiyyət kəsb edir. Dəhlizin Avropa və qonşu regionların digər ölkələrinin tədricən karbonsuzlaşdırılmasında rol oynayacağı gözlənilir.

"Şərtlər imkan verən kimi Avropa İttifaqı Cənubi Qafqazda müharibəsonrası bərpa və münaqişənin sülhə transformasiyasını dəstəkləməyə hazırdır. Bura minalardan təmizləmə, münaqişənin təsirinə məruz qalmış bölgələrin sosial-iqtisadi inkişafı, tarixi abidələrin qorunub saxlanması, bağlantı, sülhyaratma və barışıq işi də daxildir", – sənəddə deyilir.

Yaşıl Bakı limanına dəstək sənəddə göstərilən birinci istiqamətdir. Qeyd edilir ki, Ələtdəki yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı qərb (Türkiyə və Aİ), cənub (İran və Hindistan) və şimalı (Rusiya və Şimali Avropa) birləşdirən nəqliyyat qovşağı, Xəzər dənizinin ən iri və ən məşğul limanıdır. Eyni zamanda, regionun ilk rəsmi ekoloji limanı olan Bakı limanı Aİ tərəfindən dəstəklənir.

Qeyd edilir ki, bu istiqamət çərçivəsində limanın yaşıllaşdırılması və dayanıqlı qovşağa çevrilməsi işinə dəstək veriləcək. Bu təşəbbüs üçün ayrılan sərmayənin həcmi 10 milyon avro təşkil edəcək. Vəsait qrant, kredit, qarantiyalar və bunların qarışığı şəklində ayrılacaq.

Göstərilən ikinci istiqamət rəqəmsal nəqliyyat dəhlizinə dəstəyi nəzərdə tutur. Sənəddə deyilir ki, Azərbaycan istər şimal-cənub, istərsə də şərq-qərb dəhlizinə böyük sərmayə qoyub. Bura Bakı-Tbilisi-Qars dəmir yolu və yeni dəniz ticarət limanı da daxildir. Bu təşəbbüs çərçivəsində Azərbaycandakı nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırlmasına, o cümlədən peyk naviqasiya xidmətləri, yükdaşıma xərclərinin azaldılmasına yardım ediləcək. Bu istiqamət üçün ayrılan büdcə də 10 milyon avro təşkil edir.

Üçüncü istiqamət "Dayanıqlı, innovativ, yaşıl və rəqabətli iqtisadiyyata dəstək – 20 min kiçik və orta həcmli şirkətə birbaşa dəstək" adlanır. Sənədin bu hissəsində kiçik və orta biznesin yenilənə bilən enerji növləri, qeyri-neft sektoru, yaşıl rəqəmsal iqtisadiyyatın inkişafı, innovasiya və məhsuldarlığın artırılması, dayanıqlı iş yerlərinin yaradılması işində əsas rol oynaya biləcəyi vurğulanır.

Kiçik və ortahəcmli şirkətlərin maliyyə vəsaitinə çıxışının təmin edilməsi, sahibkarlığın inkişafına dəstək, startaplara dəstək, biznes məsləhəti bu istiqamətin əsas komponentləridir. Bu təşəbbüs üçün 50 milyon avro vəsait ayrılıb.

"Kənd ərazilərinin innovativ inkişafı" adlanan dördüncü istiqamət isə kənd təsərrüfatının inkişafı üçün maliyyə sahəsində əməliyyatları nəzərdə tutur. Bu təşəbbüsün əsas məqsədi kiçik və ortahəcmli fermaların, habelə qida biznesi ilə məşğul olan sahibkarların kreditlərə çıxışını təmin etməkdir. Qida təhlükəsizliyi standartları, dayanıqlı suvarma praktikaları, kənd ərazilərində dayanıqlı turizm və yaşıl inkişafı nəzərdə tutan sərmayələr bu təşəbbüsün əsas prioritetləri olacaq.

Həmin təşəbbüs kənd təsərrüfatında balanslı inkişaf, iqlim dəyişikliyinə uyğunlaşma, rəqabətliliyin gücləndirilməsi, aqro-qida sektorunun dayanıqlığına investisiya qoyulmasını nəzərdə tutur. Bu istiqamət üzrə də investisiyaların həcmi 50 milyon avrodur.

Sonuncu, beşinci istiqamət "Daha ağıllı və yaşıl şəhərlər" adlanır. Sənəddə deyilir ki, Aİ və beynəlxalq maliyyə qurumları seçilmiş bölgələrdə enerji səmərəliliyini nəzərdə tutan ağıllı və yaşıl şəhərləri dəstəkləməyə hazırdır. Burada dayanıqlı şəhər mobilliyi və tullantıların idarə olunması xüsusi qeyd edilir. Bu təşəbbüs ölkənin daha az inkişaf etmiş bölgələrinə fokuslanacaq.

Qeyd edilir ki, "yaşıl şəhər" konsepsiyasının ən inkişaf etdiyi yer Gəncədir. Bu şəhərdə pilot layihə bərk tullantılar, şəhər işıqlandırılması, dayanıqlı ictimai nəqliyyat infrastrukturu (elektrikli tramvaylar) kimi sahələrə fokuslanacaq. Bu pilot layihəsindən sonra daha beş smart və yaşıl şəhər layihəsi üzərində işləmək nəzərdə tutulub. Sənəddə deyilir ki, növbəti şəhər Mingəçevir ola bilər. Bu istiqamət üçün ümumilikdə 20 milyon avro ayrılıb.

"Azadlıq" radiosunun xülasəsi.. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR