Ermənistanda Rusiya bazaları qalmayacaq, Qarabağda isə... - Bakının tarixi şansı

06 iyul, 2021 09:28

“Anklav”dakı ermənilər üçün “qılınclarını boyunlarından asmaq” zamanı çatıb; rusiyalı politoloq: “Ermənistan gec-tez Azərbaycan tərəfindən ”udulacaq”, Moskva buna əngəl ola bilməyəcək...”

Ötən həftəsonu Azərbaycan Qarabağ trekində daha bir diplomatik uğura imza atdı. Rəsmi Bakı məhkəmə hökmü ilə təzəcə azmüddətli cəzalara məhkum edilmiş 15 erməni diversantı qarşı tərəfə təslim eləməyin qarşılığında İrəvandan Füzuli və Zəngilan rayonlarının mina xəritələrini aldı.

Bu, həm də siyasi praqmatizmin təntənəsi idi. Məsələ ondadır ki, 5-6 erməni diversantını həbsxanalarımızda çürütməklə dövlət və millət olaraq heç nə qazanmırdıq. Üstəlik, diversantlar lazımi dərsi və cəzalarını artıq alıblar və öz ölkələrinə qayıdandan sonra çətin ki, bir də eyni qələti eləsinlər, Azərbaycan tərəfə baxsınlar. Amma onların təhvil verilməsinin əvəzində əldə elədiyimiz xəritələr sayəsində işğaldan azad edilən ərazilərin bərpası, ora böyük qayıdış prosesi birə-üç sürətlənəcək. Üstümüzə haqq-nahaq yağdırılan beynəlxalq qınaqlardan qurtuluş da öz yerində...

*****

Ən mühümü odur ki, biz minlərlə mülki vətəndaşımızın, uşaqlarımızın, mina təmizləyən əməkdaşın həyatını xilas eləmiş olduq. Strateji planda isə işğaldan azad edilən bölgənin tam məskunlaşması, maksimum qısa müddətdə iqtisadi bərpası və inkişafı Xankəndi də daxil, Qarabağ coğrafiyasının Azərbaycana tam inteqrasiyasına gətirəcək ki, bu da “miatsium” ideyasının həmişəlik basdırlması, bölgədə müharibə riskinin aradan qalxması demək olacaq.

Onu da unutmaq olmaz ki, ərazilərin minalardan sürətli təmizlənməsi xarici sərmayələri də bölgəyə daha tez cəlb edilməsinə imkan yaradacaq. Odur ki, bu, son deyil. Bakıda yenə erməni diversantları saxlanılır.

İkinci yandan, diversantlar İrəvana verildi-verilmədi, beynəlxalq humanitar hüquq tələb edir ki, Ermənistan bu xəritələri Azərbaycana qeyd-şərtsiz təqdim eləsin. Bu, onun borcudur. Hansı xəritələri ki, daha gizlətmək də mümkün deyil. Ağdamın, Füzulinin, Zəngilanın mina xəritələri varsa, yüzdə yüz Qubadlının, Cəbrayılın, Laçının, Kəlbəcərin də var.

Qalır indi onları kimin vasitəçiliyi ilə əldə eləmək - Rusiyanın, yoxsa ABŞ-ın və ya Gürcüstanın. Bakı üçün əslində bunun prinsipial önəmi yoxdur. Yada salaq ki, Ağdam rayonunun mina xəritələri ABŞ (Gürcüstan), Füzuli və Zəngilan rayonlarının xəritələri isə Rusiyanın (general Rüstəm Muradov) vasitəsilə Bakıya çatdırılıb.   

*****  

“Heç bir şübhə yox ki, Azərbaycanın bu xəritələri köhnə sxem üzrə - təxribatçıları Gürcüstan üzərindən təhvil verib də ala bilərdi ki, bu da Kremlin növbəti açıq-aşkar alçalması və müharibədən sonrakı Dağlıq Qarabağ nizamlanmasında onun gücsüzlüyünün daha bir sübutu olardı”.

Oleq Kuznetsov

Bu sözləri tanınmış rusiyalı tarixçisi-alim və hərbi ekspert Oleq Kuznetsov söyləyib.

“Lakin Bakı belə bir demarşa getmədi və Rusiyanın prosesdə iştirakına izn verdi ki, Krem bölgədəki düşüncəsiz və çox ucuz güc nümayişi fonunda öz gücsüzlüyünü çox ağrılı şəkildə hiss eləməsin. Artıq tamamilə aydındır ki, Bakı Qarabağla bağlı məsələlərdə Kremllə ustalıqla manipulyasiya edir, onu öz qaydaları ilə oynamaq zorunda qoyur və bu zaman belə bir görüntü yaradır ki, guya Moskva bölgədə öz iradəsini və şərtlərini diktə edir”, - deyə analitik qeyd edib.

Onun fikrincə, Cənubi Qafqazda artıq Moskva getdikcə daha çox fakt qarşısında qoyulur: daha ondan nəyi və necə etmək barədə soruşulmur: “Azərbaycan artıq az gücünə əmin olub və o, müstəqil şəkildə, öz zövqünə və iradəsinə uyğun olaraq tarixi yaratmaq qabiliyyətinin tam fərqindədir. Moskva da bununla barışıb. Kreml, sadəcə, bir məqamı başa düşə bilmir və ya başa düşmək istəmir: Azərbaycanda son iki əsrdə imperiya (Sovet) Rusiyası hakimiyyət orqanlarının dəstəyi ilə ermənilərin əlindən əziyyət çəkməyən bircə ailə də yoxdur. Azərbaycanlılar Rusiya xalqını çoxdan bağışlayıblar və çətin ki, ona qarşı, ümumiyyətlə, kin saxlayırlar.

Amma bu, dövlətə və hakimiyyətə aid deyil. Ona görə də Kreml istəsə də, istəməsə də, azərbaycanlılar nə qədər ki, onların əlində belə bir tarixi şans var və bu şansı da məhz özləri yaradıblar, Kremldən istəməyiblər, onlar ermənilərin gətirdikləri bütün bəlalara və bədbəxtliklərə görə onları artıqlaması ilə  “mükafatlandıracaqlar”. Və burada söhbət intiqamdan deyil, ədalətli haqq-hesabdan gedir. Kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq zaman artıq gəlib".

Sözünə davam edən politoloq deyib: “İrəvanda xəyallar qurmağı xoşlasalar da, Ermənistan heç vaxt ”Qafqazın İsveçrəsi"nə çevrilməyəcək. O, bundan sonra da yavaş-yavaş, davamlı şəkildə çürüməyə, deqradasiya eləməyə davam edəcək. Ta ki Azərbaycan tərəfindən tamamilə “udulacaq”. Bu prosesi ləngitmək olar, amma dayandırmaq mümkün deyil. Görəsən, Kreml daha nə qədər pul, vaxt, resurs və güc sərf etməlidir ki, “əzabkeş” Ermənistanın reanimasiyasının tamamilə qeyri-mümkün olduğunu və onu artıq Bakının “xeyirxah əllərinə” təslim eləməyin vaxtının çatdığını anlasın", - deyə ekspert sonda sual edib.

*****

Öz növbəsində Rusiyadakı erməniyönlü “Regnum” informasiya agentliyinin baş redaktoru, politoloq Modest Kolerov hesab edir ki, Ermənistanda Rusiya hərbi bazalarına artıq heç bir ehtiyac qalmayıb.

Modest Kolerov

Bu barədə o, “Turan”a müsahibəsində deyib.

“İkinci yandan, Ermənistandakı rus hərbi bazalarının qalacağına zəmanət yoxdur, ona görə ki, Nikol Paşinyan hakimiyyətdə qaldı. Paşinyan ümid edir ki, kimsə Rusiyanı əvəzləyəcək və onun təhlükəsizliyinin və digər ütopik fikirlərinin qarantı olacaq. Bu səbəbdən Gümrüdəki və Erebunidəki (İrəvan yaxınlığı - red.) Rusiya bazalarının çıxarılması yaxın gələcəkdə reallaşa bilər”, - deyə o qeyd edib və bir daha bu bazalara ehtiyac qalmadığını söyləyib: “Çünki işğal altındakı Abxaziyada və Cənubi Osetiyada Rusiya bazaları yaranandan sonra onlara ehtiyac yoxdur. ”Kollektiv Qərb" isə Ermənistanın təhlükəsizliyini təmin edə bilməz və bunu istəməyəcək də".

*****

Sonda bir daha təkrarlamağa lüzum var: Ermənistan adlı qondarma dövlətin tək varlıq qarantı nə Rusiyadır, nə də Qərb, qarant - qonşu Azərbaycan və Türkiyədir. Eləcə də Qarabağ ermənilərinin xoşbəxtliyi sırf Bakıya bağlıdır, İrəvana, Moskvaya, Parisə, yaxud Vaşinqtona yox! Odur ki, “anklav”dakı ermənilər də hazırlaşsın:  “qılıncları boyunlardan asmaq” və Bakıya biyət eləmək zamanı çatıb...
Musavat.com

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı