"Taliban" Moskvada peyda oldu - "Müqəddəs yer" yenə boş qalmayacaq?

09 iyul, 2021 10:28

Əfqanıstanda “Taliban” yaraqlıları Amerika qoşunlarının ölkəni tərk etməsindən istifadə edərək bir-birinin ardınca Kabil hökumətinin nəzarətində olan rayonları ələ keçirdiyi bir vaxtda təşkilatın siyasi qanadının nümayəndələri gözlənilmədən Moskvada peyda olublar.

Virtualaz.org xəbər verir ki, nümayəndə heyətinə “Taliban”ın Qətərdəki siyasi ofisinin rəhbərlərindən biri Şahabuddin Delavar başçılıq edir. Onların Moskvaya səfəri barədə ötən gün iyulun 8-də məlum olub. Talibançılar Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, XİN-in ikinci Asiya departamentinin rəhbəri Zamir Kabulovla görüşüblər. Lakin səfər bu gün də davam edir və “Taliban” nümayəndələrinin Moskvada başqa görüşlərinin olacağı, o cümlədən Rusiya xüsusi xidmət orqanlarında görüşlərin keçiriləcəyi gözlənilir.

Rusiya “Taliban”ı terror təşkilatı kimi tanıyır və öz ərazisində onun fəaliyyətini qadağan edib. Lakin göründüyü kimi, bütün bunlar təşkilatın siyasi qanadının Moskvaya səfəri üçün maneə yaratmır.

Məlumatlarda deyilir ki, danışıqlar zamanı Kabulov Əfqanıstanın şimalında vəziyyətin gərginləşməsindən narahatlıq ifadə edib və talibançıları münaqişənin Əfqanıstan hüdudlarından kənara çıxmasına yol verməməyə çağırıb. Cavab olaraq talibançılar bildiriblər ki, Əfqanıstan ərazisindən başqa ölkələrə, o cümlədən Rusiyaya hücum üçün istifadə edilməsinə yol verməyəcəklər. Nümayəndə heyəti Orta Asiya respublikalarının sərhədlərinin təhlükəsizliyinə də təminat veriblər, Orta Asiya ilə Əfqanıstan arasında sərhəd-keçid məntəqələrinin stabil işini təmin edəcəklərini deyiblər.

Moskvadan əvvəl isə “Taliban” nümayəndələri Tehranda səfərdə olublar və İran xarici işlər naziri Cavad Zəriflə görüşüblər. Cavad Zərif görüşü açaraq deyib ki, ABŞ Əfqanıstanda məğlub olub və bu səbəbdən öz qoşunlarını geri çəkir. Nazir əfqan siyasətçilərini ölkələrində sabitlik yaratmaq üçün dialoqa çağırıb.

“Taliban” nümayəndələrinin Tehrana və Moskvaya səfərləri belə deməyə əsas verir ki, ABŞ-ın çəkildiyi Əfqanıstanda indi bu və ya digər şəkildə Rusiyanın və İranın öz mövqelərini gücləndirməsinə hazırlaşmaq lazımdır. Doğrudur, Rusiya vaxtilə SSRİ-nin buraxdığı səhvi təkrarlayıb Əfqanıstana qoşun yeritməyə hazırlaşmır. Lakin siyasi baxımdan Əfqanıstanda öz mövqelərini möhkəmləndirə bilər, üstəlik “Taliban”la anlaşaraq. Belə ki, Rusiyanın “Taliban”ın silahlı qanadı ilə gizli əlaqələri haqda iddialar hələ Donald Trampın administrasiyası dövründə yayılmışdı, hərçənd Moskva bunu inkar edir.

İndi “Taliban”ın Əfqanıstanda ABŞ-ın qurduğu mərkəzi hökuməti devirməsi əlbətdə ki, Moskvanın maraqlarına uyğun olardı. Hansı ki, Əfqanıstanda baş verənlər Birləşmiş Ştatların dəstəklədiyi Kabil hökumətinin “Taliban” qarşısında çox da davam gətirməyəcəyini təxmin etməyə əsas verir. Belə olan halda Rusiya Əfqanıstanda məhz “Taliban”la işləməklə öz mövqelərini yenidən gücləndirə bilərdi. “Taliban” isə öz növbəsində 2000-ci illərin əvvəllərindən fərqli olaraq tam beynəlxalq siyasi təcrid vəziyyətində olmaq istəmir və bir sıra regional oyunçularla, o cümlədən Rusiya və İranla işləməkdə maraqlı görünür.

Başqa sözlə, gözləmək olar ki, “müqəddəs yer” yenə boş qalmayacaq və ABŞ-ın sürətlə çəkilməsindən sonra Əfqanıstanda bu dəfə Rusiya öz mövqelərini gücləndirməyə çalışacaq. Lap hərbi yolla olmasa da belə.

 

Əlbəttə, ABŞ və onun başçılıq etdiyi NATO koalisiyası Əfqanıstandan tam silinib getmir. Birləşmiş Ştatlar Əfqanıstanda bir neçə yüz nəfərlik məhdud kontingent saxlayacaq və Kabil hökumətinə təhlükəsizlik sahəsində dəstəyi davam etdirəcəyinə söz verir. Bununla belə, ABŞ-ın yetişdirdiyi Əfqanıstan ordusunun “Taliban” qarşısında nə qədər dayanacağı sual altındadır.

Bu arada prezident Cozef Bayden ötən gün Ağ evdə bəyan edib ki, ABŞ-ın Əfqanıstandakı hərbi missiyası avqustun 31-də başa çatacaq. O əlavə edib ki, qoşunların çıxarılmasının mümkün qədər tez baş verməsi təhlükəsizlik baxımından məqsədəuyğundur. Baydenin bildirdiyinə görə, Birləşmiş Ştatlar Əfqanıstanda Talibanın hərbi uğurları ilə mümkün vətəndaş müharibəsi təhlükəsinin artmasına baxmayaraq, bu ölkədəki 20 illik missiyasını başa çatdırmağa çalışır.

 “Biz Əfqanıstana ölkə qurmağa getməmişdik. Ona görə də Amerikanın ən uzun müharibəsinə son qoyuruq”, -ABŞ prezidenti deyib.

Qoşunların çıxarılmasına daha müfəssəl izahat verməsi üçün ona göstərilən təzyiqlərə baxmayaraq Bayden deyib ki, öz ölkələrini necə idarə etmək məsələsi yalnız əfqanların haqqıdır: “Əfqan liderlər bir araya gəlməli və gələcəyə doğru hərəkət etməlidirlər. Öz gələcyi barədə qərar qəbul etmək haqqı yalnız əfqan xalqının hüququ və məsuliyyətidir”.

ABŞ prezidenti bəyan edib ki, ABŞ-ın Əfqanıstan hökumətinə və təhlükəsizlik xidmətlərinə dəstəyi bundan sonra davam edəcək. Onun sözlərinə görə bu missiya zamanı ABŞ qüvvələri üçün işlədiklərinə görə indi “Taliban” təhlükəsi ilə üzləşən minlərlə tərcüməçiyə isə Birləşmiş Ştatlarda sığınacaq veriləcək.

Talibanın ölkə ərazisinin böyük hissələrini ələ keçirməsinə baxmayaraq, Bayden ümid etdiyini deyib ki, o Əfqanıstan hökumət qüvvələrinin hücumları dəf edə biləcəyindən əmindir:"Mən Talibana etibar etmirəm, amma mən Əfqanıstan hərbçilərinin qüdrətinə inanıram”."Talibanın qələbəsi qaçılmazdırmı" sualına Bayden “yox” cavabı verib.

Pentaqon bildirib ki, Baqram hərbi-hava bazasının ötən həftə təhvil verilməsindən sonra Amerika qüvvələrinin Əfqanıstandan çıxarılması 90 faiz başa çatıb. ABŞ koalisiyasına daxil başqa ölkələr də Əfqanıstandakı qoşunlarını nizamlı bir şəkildə çıxarıblar. Əfqanıstandan qoşunların çıxarılması ötən il keçmiş prezident Donald Trampın administrasiyası tərəfindən əldə olunmuş razılaşma əsasında icra edilir. Razılaşmaya əsasən “Taliban” Əfqanıstan ərazisində radikal terror təşkilatlarının (İŞİD, “Əl-Qaidə”) fəaliyyətinə imkan verməməli və Kabil hökuməti ilə barışıq əldə etməlidir.

Lakin ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqları ötən sentyabr ayında Qətərdə başlayandan bəri yavaş irəliləyib və demək olar heç bir uğurlu nəticə əldə olunmayıb. “Taliban” isə son bir ayda Əfqanıstanın 400-ə yaxın inzibati rayonundan 150-dən çoxuna nəzarəti ələ keçirib...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR