Tomas de Vaal: "Hansısa mənada Paşinyanın bəxti gətirdi" - Onun qələbəsi Bakıya sərf edir...

11 iyul, 2021 00:11

Qarabağ üzrə nüfuzlu beynəlxalq ekspert Tomas de Vaal özünün World Politics Review nəşrində dərc edilmiş məqaləsində Ermənistanda iyunun 20-də keçirilmiş seçkilərin nəticəsindən yazır.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, müəllif bu seçkilərin Ermənistanın Qarabağda sarsıdıcı məğlubiyyətə uğramasından sonra  üzləşdiyi, bir neçə ay davam edən çaxnaşmalardan sonra baş tutduğunu vurğulayır

“Zamanla cəmiyyətdə gərginlik və təzyiq o dərəcədə güclü idi ki, hərdən erməni dövlətinin bunlardan salamat çıxmayacağı qənaəti yaranırdı. Bununla belə tənqid alovu ilə üzləşən baş nazir Nikol Paşinyan nəinki bütün bunlardan sağ çıxdı, hətta seçkilərdə də qalib gəldi”,- ekspert yazır.

Tomas de Vaal xatırladır ki, 10 noyabr üçtərəfli razılaşmasına əsasən erməni qoşunları 25 ildir işğal etdikləri əraziləri tərk etdi, Yerevan isə son 30 ilin layihəsini-Dağlıq Qarabağda ikinci erməni dövləti qurmağı unutmalı oldu.

“Azərbaycanlılar isə verdikləri qurbanlara baxmayaraq, onların ölkəsi üzərindən sanki lənətin götürüldüyünü hiss etdilər. Bakı uzun müddət erməni işğalı altında olan yeddi rayonu geri qaytardı. Bu ərazilərin minalardan təmizlənməsi və bərpası üçün uzun illər lazım gələcək, amma yarım milyondan çox azərbaycanlı nəhayət evlərinə qayıtmaq üçün real şans əldə etdilər”,- müəllif qeyd edir.

Tomas de Vaal hesab edir ki, bu seçkilərdə hansısa mənada Paşinyanın bəxti gətirdi. Onun başlıca rəqibi Robert Köçəryan olduqca ziddiyyətli fiqurdur. Ermənistanın və Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək imkanında olan adam kimi özünü təqdim edərək Köçəryan seçki kampaniyasını Paşinyanın tənqidi üzərində qurdu. Paşinyan isə ermənilərə azadlıq hisslərini yaşadan 2018-ci il məxməri inqilabına istinad edirdi.

“Bu, faktiki olaraq ermənilərin 2018-ci ildən əvvəlki dövrə qayıtmaq istədiklərini yoxlamaq üçün referendum idi. Bir çox ermənilər  Köçəryanın prezident olduğu 1998-2008-ci illəri iqtisadiyyatın əsas sektorlarını tam nəzarətdə saxlayan kiçik korrupsioner klanın hökmranlıq illəri kimi xatırlayır. Hələ də populyarlığını itirməmiş məharətli natiq Paşinyan isə daha inamlı təsir bağışladı. Onun partiyası 107 yerlik parlamentdə 71 deputat mandatı qazandı”,-müəllif xatırladır.

Ekspert qeyd edir ki, seçkilərin gedişini Azərbaycanda da diqqətlə izlyirdilər. Onun fikrincə, Paşinyanın qələbəsi Bakı üçün yaxşı nəticədir. Çünki üçtərəfli razılaşmanı imzalayanlardan biri kimi, o kövrək sülhü möhkəmləndirməkdə davam edəcək. Gözlənilir ki, öz öhdəliklərini yerinə yetirəcək , Azərbaycanla Naxçıvan arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına imkan yaratmaq üçün Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyalarını açacaq.

“Paşinyanın yenidən seçilməsi ilə tərəflərə yeni beş illik müddət üçün nəfəs almaq imkanı yaranıb. Lakin Ermənistan hələ də zəif baş nazirə və zəif dövlət institutlarına malik olan qeyri-stabil ölkə olaraq qalır. Paşinyan özünü məharətli seçki kampaniyası ustası kimi göstərsə də pis rəhbər sayılır”, - ekspert bildirir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR