Şuşa ətrafında "nizamsız" atəşlər Ermənistan qoşunları Rusiya sülhməramlılarının arxasına necə keçib?

15 iyul, 2021 16:08

Artıq iki gündür ki, Şuşa ətrafından atışma xəbərləri gəlir, üstəlik Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətində hər iki tərəfdən yaralıların (erməni tərəfindən bir itki) olduğu atışmalar baş verib. Bütün bunların fonunda ötən gün axşam Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında, Qarabağdakı sülhməramlı əməliyyatlara aid bölmədə qəribə məlumat yerləşdirilib. Orada deyilir ki, Şuşa ətrafında Azərbaycan ordusu ilə “Ermənistan silahlı qüvvələri” arasında “nizamsız atışma” baş verib, Rusiya sülhməramlıları vəziyyətə müdaxilə edib və atəş dayandırılıb.

Hansı “Ermənistan silahlı qüvvələri”? Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, general İqor Konaşenkov bülleteni redaktə edərkən bu ifadəni gözdən qaçırıb, yoxsa bilərəkdən ora daxil edib? Axı Şuşa ətrafında, ümumiyyətlə Qarabağda Ermənistan silahlı qüvvələri olmalı deyil, bu qüvvələr ötən ilin payızında darmadağın ediliblər və qalıqları 10 noyabr üçtərəfli razılaşması əsasında Azərbaycan ərazisindən çıxarılmalı idi.

Bəlkə gecəylə “Ermənistan silahlı qüvvələri” Rusiya sülhməramlılarını yuxuya verərək Laçın dəhlizi ilə irəliləyib və onların arxasına keçib və Şuşa ətrafında mövqe tutub? Heç ağlabatan deyil-Rusiyanın Qarabağa yeritdiyi kontingent peşəkarlardan ibarətdir və Abxaziyada, Suriyada, Liviyada, Osetiyada...döyüş təcrübəsi qazanıblar.

Bəlkə general Konaşenkovun idarəsi Qarabağın hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan hissəsində hələ də tərksilah edilməyən qondarma “dqr müdafiə ordusunun” qalıqlarını (təxminən 18 minlik qruplaşma)  nəzərdə tutur? Əgər belədirsə həmin qanunsuz silahlı birləşmənin elementləri niyə hansısa nizami ordu birləşmələri kimi təqdim olunur, üstəlik Ermənistana mənsub olduğu göstərilir?

Prinsipcə, Şuşadan şimal-qərbdə həmin qanunsuz silahlı birləşmələrin elementlərinin mövqe tutması mümkündür. Onlar hələ də tərksilah edilməyiblər və qondarma “dqr müdafiə ordusu” çətiri altında fəaliyyət göstərirlər, özlərinə yeni postlar qururlar. Amma onları “Ermənistan silahlı qüvvələri” kimi təqdim etməklə Rusiya Müdafiə Nazirliyi 10 noyabr üçtərəfli razılaşmasına (həmin sənədin altında isə Rusiya prezidentinin də imzası var) “nizamsız atəş” açmış olmurmu?

Yaxud bir halda ki, general Konaşenkovun idarəsi “nizamsız atəş” açanları hər halda “Ermənistan silahlı qüvvələri” kimi tanıyır,  o zaman belə çıxır ki, onların Rusiya sülhməramlılarının məsuliyyət zonasında mövqe tutmasına və sərbəst hərəkətinə bilərəkdən şərait yaradılıb. Maraqlıdır, belə olan halda Rusiya sülhməramlı qüvvələrinin komandanlığı həmin “nizamsız atəşi” dayandırmaq üçün necə hərəkət edib? İndiki halda Yerevana, Nikol Paşinyana zəng vurub? (Axı söhbət “Ermənistan silahlı qüvvələrindən” gedirsə atəş açanlara dayanmaq əmrini də Paşinyan, yaxud onun Baş qərargahı verə bilərdi). Yoxsa atəş açan tərəfləri sakitləşdirmək üçün hər iki tərəfə cavab atəşləri açılıb?

Hər halda müəmmalı vəziyyətdir və çox nizamsız sülhyaratma əməliyyatıdır. Çünki necə olursa son günlər bu “nizamsız atəş” səsləri daha tez-tez eşidilməyə başlayıb. Rusiya sülhməramlıları isə, bu ölkənin Müdafiə Nazirliyinin yaydığı son məlumatda deyildiyi kimi, Qarabağdakı poliqonlardan birində növbəti döyüş təlimi keçiblər. Və minaatanlardan, artilleriya qurğularından atəş açmaq vərdişlərini təkmilləşdiriblər. Qulaqlarının dibində “nizamsız atəşlər” ara vermir, bunlar poliqonda təlim keçirlər? Üstəlik artilleriya qurğuları ilə, hansı ki, artilleriya qurğuları ilə silahlanmış sülhməramlı kontingent bir az qəribə səslənir...

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib