İrəvan təxribatlarla öhdəliklərindən yayınmağa çalışır - Ekspert

16 iyul, 2021 00:28

Vətən müharibəsindən sonra Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxarmalı və təxribat addımları atmamalıdır.

Azsiyaset.com xəbər verir ki, bunu bakupost.az-a AMEA Qafqazşünaslıq İnstitutu Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.

Onun sözlərinə görə, əgər təxribatlarını törətməkdə davam edərsə və Azərbaycanın etdiyi xəbərdarlıqlardan nəticə çıxarmazsa, Ermənistan bunun cavabının sərt olacağını və böyük problemlə üzləşəcəyini bilməlidir.

Q.Hacıyev bildirib ki, Azərbaycanın humanist yanaşmasını düzgün dəyərləndirə bilməyən, cılız düşüncəli ermənilər 2020-ci il noyabırın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əməl etməlidirlər: “Ermənistan ordusunun son nəfərinədək məhv olmasından qorxaraq kapitulyasiyaya imza atdı. Lakin indi müxtəlif təxribatlar törədərək götürdüyü öhdəliklərdən yayınmağa çalışır”.

Q.Hacıyev qeyd edib ki, Ermənistan yalnız Azərbaycana qarşı deyil, Gürcüstana və Türkiyəyə qarşı da əsassız ərazi iddiaları irəli sürüb və bu iddialarını gercəyə çevirmək üçün zaman-zaman dəhşətli terror hadisələri törədib. Terrorun Ermənistanın dövlət siyasətinin tərkib hissəsi olduğunu deyən tarixçi alim əlavə edir ki, terror yuvası olan Ermənistana xaricdən dəstək verən fondlar və maliyyə resursları böyük dövlətlərə məxsusdur.

Q.Hacıyevin sözlərinə görə, Ermənistan təkcə Azərbaycana qarşı deyil, regionda yerləşən digər dövlətlərə qarşı da müxtəlif şəkildə terror fəaliyyəti həyata keçirir: “Bəlkə heç bir ölkədə ermənilərdə olduğu qədər terror təşkilatı və terrorçu yoxdur. Dünyada ermənilərin törətdiyi terror hadisələri qədər dözülməz və dəhşətli vəhşiliklər görünməyib”.

Alim qeyd edib ki, ermənilərin Cənubi Qafqazda ilk terror təşkilatlarını yaratması özü də bu millətin terrordan necə qidalandığını göstərir.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR