"Azərbaycan ərazisində ən böyük mina sülhməramlı adlı rus qoşunudur" - MÜSAHİBƏ

16 iyul, 2021 16:36

Azsiyaset.com Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlununun yenisabah.az-a verdiyi müsahibəni təqdim edir:

- Mirmahmud bəy, Rusiya sülhməramlıları Qarabağda yerləşəndən sonra hərbi əməliyyatların tamamilə dayanacağı proqnozlaşdırılırdı. Lakin son günlər atəşkəsin pozulmasının intensiv xarakter alması və xüsusilə ermənilərin Şuşanı atəşə tutması böyük rezonans doğurdu. Qarabağda hadisələrin belə cərəyan edəcəyini düşünürdünüzmü?

- Əlbəttə! Hələ başlanğıcda işğalçı qoşunların sülhməramlı adı ilə Qarabağa gətirilməsi çox şeydən xəbər verirdi. Biz bunun ilk gündən əleyhinə olmuşuq. Bunu həm şəhidlərimizə, həm qazilərimizə, həm də başladığımız müqəddəs Vətən müharibəsində əldə etdiyimiz nailiyyətlərə görə doğru saymamışıq. Konstitusiyamıza zidd hesab etmişik. Ona görə də aparılan proseslərin hamısının dərhal nöqtələnməsini, rus qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb eləmişik.

Hər şeyi biz həmin saatda növbədənkənar toplantımızda demişik. Bu səbəblə indi baş verənlərin məsuliyyəti birbaşa Azərbaycanın üzərindədir. O qoşunlar buraya gətirilməməli idi. Onun adı sülhməramlı yox, lap belə Quran vərəqlərinə düşmüş bir ad olsaydı belə, qəbuledilməzdir. Yəni indi baş verənlərin hamısının məsuliyyəti bizdədir və biz bunun qarşısını almalı, səhvlərimizi düzəltməliyik.

- Son günlər cəmiyyətdə antiterror əməliyyatının keçirilməsi ilə bağlı çağırışlar artıb. Azərbaycan Qarbağda antiterror əməliyyatlarına başlaya bilərmi?

- Antiterror əməliyyatına başlamaq bizim boynumuzun borcudur, amma terrorçuları da Bakıdan blok-blok, hissə-hissə göndərmək doğru deyil. Çünki terrorçular Bakıya gətirilirlər və bizim də başdanxarab hakimlərimiz xüsusi sifarişlə onların haqqında qərar qəbul edirlər və nəticədə onları azad edirik. Sonra da, “Gəl, antiterror əməliyyatı keçirək”,-deyirik. Axı hələ sən antiterror əməliyyatından qabaq məhkəmədə adamları cəzalandırmalısan. Biz də antiterror əməliyyatına məhkəmələrdən başlamalıyıq. Daha sonra terrorçuları beynəlxalq məhkəməyə verməliyik. Əlimizdə olanları, Azərbaycan əsgərinin canı və qanı bahasına tutulmuş diversantları buraxmalı deyilik. Bizi aldadaraq, “Siz bu terrorçuları buraxın, əvəzində sizə minalanmış ərazinin xəritələrini  verəcəyik”,-deyirlər. Azərbaycan ərazisində ən böyük mina isə sülhməramlı adı ilə yerləşdirilən rus qoşunlarıdır. Onlar bu işi görməkdədirlər.

- Sizcə, rəsmi Bakı hərbi əməliyyatları bərpa etsə, Rusiyanın mövqeyi necə olacaq?

- Bizim özümüzün mövqeyimiz olmalıdır. Düşmənin və düşmənin arxasında duranların mövqeyinin necə olacağı bizi maraqlandırmalı deyil. Ona qalsa, Rusiya Azərbaycanı istədiyi vaxt işğal edə bilər. Onsuz da müəyyən ərazisini işğal edib. Orada sülhməramlı adı ilə dayanmaqla deyil ki... Rusiyanın münasibəti gün kimi aydındır. Rusiya Azərbaycanın müstəqilliyini təhdid edir, imperiya siyasəti aparır. Putin özünü Pyotrun davamçısı kimi aparır, bunu heç yerdə deməkdən çəkinmir, indi də başqa havalarda danışılır, Putinin sözünün çoxunu da müxalifət adı ilə Dumada olanlar, ayrı-ayrı siyasi partiyaların nümayəndələri deyirlər. Ona görə də bizi Rusiyanın mövqeyi yox, daha çox Azərbaycanın taleyi düşündürməlidir. Rusiya baş verənlərin arxasında dayanır, hər şey Rusiyanın planıdır. İndiki halda Şuşaya hücum, Naxçıvanda baş verənlər də birbaşa Kremlin layihəsidir.

- Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişini imzalamaqdan yayınması fonunda hadisələr hansı istiqamətdə inkişaf edə bilər?

- Sülh sazişi torpaqlarımız işğaldan tam azad olunanda imzalanacaq. Vasitəçiyə filan ehtiyac yoxdur. Biz özümüz Azərbaycan Ordusunun əldə etdiyi qələbəni nəzərə almalıyıq və diplomatiyamız da qalib olmalıdır. İndiki halda sülh müqaviləsindən danışmaq tezdir, çünki biz torpaqlarımızı tam azad etməmişik. Sadəcə bizim üçün nəzərdə tutulanlara uyuruq. Ancaq bu işin ardınca getməməliyik, biz ordumuzun qələbəsini davam etdirməli, ondan sonra sülh sazişinə getməliyik. İrəvanın mövqeyinin necə olacağı, Moskvanın bu məsələyə necə baxacağı, Parisdən hansı səsin eşidiləcəyi, Amerikanın buna qıyqacı baxacağı, Tehranın da başqa oyunlar oynayacağı bizi maraqlandırmamalıdır, bunlar ayrı-ayrı strukturların işləridir, biz isə öz işimizi başa çatdırmalıyıq. Qələbəmizi tam və qəti etməliyik.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR