"Terror təşkilatlarından kömək umanların aqibəti məlumdur" - Ərdoğan
17 iyul, 2021 19:55
"Bu gün hələ də terror təşkilatlarından yardım gözləyənlər varsa, onların aqibətinin məlum olduğunu demək istəyirəm".
Azsiyaset.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ərzurum şəhərində yeni xəstəxananın açılış mərasimində çıxışı zamanı deyib.
"Türkiyə özünün və regionun əsrlərdən bəri gələn problemlərini həll etməkdədir. Bizi bu yoldan heç bir terror qruplaşması, yaxud onların havadarları çəkindirə bilməz", - o bildirib.