Ərdoğanın sabah açıqlayacağı sürprizlə bağlı ilk versiya - "Azərbaycan Şimali Kipri tanıyır..."

19 iyul, 2021 14:54

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sabah iyulun 20-də Şimali Kipr parlamentində çıxışı zamanı “xoş sürpriz” açıqlayacağını bildirib.

Ərdoğanın Şimali Kiprə səfəri bu gün iyulun 19-da başlayır və Türkiyədən  prezidentin rəhbərliyi ilə geniş heyət ada türklərinin milli bayramında iştirak etmək üçün gedir. Bu aralarda Azərbaycan Milli Məclisindən AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi heyət də Şimali Kiprdə səfərdədir. Heyət Şimali Kipr prezidenti Ersin Tatar da daxil olmaqla bir sıra şəxslərlə görüşlər keçirib. Belə görünür ki, Azərbaycan nümayəndə heyəti də Ərdoğanın sabahkı çıxışını izləyəcək.

Bəs Türkiyə prezidenti Şimali Kiprlə bağlı hansı sürpriz açıqlamağa hazırlaşır? Virtualaz.org xəbər verir ki, CNN Türk bununla bağlı beş versiya irəli sürüb. 1-ci versiya budur ki, Ərdoğan Azərbaycanın Şimali Kiprlə diplomatik əlaqələr quracağını elan edəcək.

Bildirilir ki, Azərbaycan Milli Məclisinin üzvlərindən ibarət heyətin üç gündür Lefkoşada olması bu ehtimalı gücləndirir. Şimali Kipr prezidenti Ersin Tatar heyəti qəbul edərkən “Biz bir millət, üç dövlətik” ifadəsini işlədib. Əgər Azərbaycan Şimali Kipri tanısa bu, Türkiyənin adada nizamlama ilə bağlı BMT-yə təqdim etdiyi, iki ayrı dövlətin mövcudluğunu nəzərdə tutan həll modelinə də dəstək olacaq.

2-ci versiyaya əsasən Ərdoğan yunanları Şimali Kiprdə vaxtilə yaşadıqları Maraş şəhərinə geri dönməyə çağıracaq. 3-cü versiyaya əsasən 1974-cü ildə Kipr əməliyyatı zamanı Türkiyə ordusunun təyyarələrinin adaya enməsi üçün qurulan, ancaq ötən illərdə istifadəsiz qalan Geçitkale hərbi bazasında daimi əsasla “Bayraktar TB2” döyüş pilotsuz təyyarələri üçün aviabaza yaradılması qərarı elan ediləcək. 4-cü versiyaya əsasən Gazimağuş limanında Türkiyənin hərbi dəniz bazası qurulacaq. Nəhayət 5-ci versiyaya əsasən Şimali Kipr sahillərində təbii qaz kəşf olunmasının xəbərini verəcək. Belə ki, Türkiyənin kəşfiyyat gəmiləri ötən il Kipr sahillərində bir sıra zondaj və seysmik araşdırmalar həyata keçirmişdi.(virtualaz.org)

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR