Şoyqunun izahatı Bakını qane etmir, bundan sonra hansı addımlar atıla bilər?

31 avqust, 2020 17:15

Prezidentin köməkçisi Hikmət Hacıyev bildirib ki, Ermənistana hərbi yük daşınması ilə bağlı İlham Əliyevin Putinin qarşısında qaldırdığı məsələyə Rusiyanın verdiyi cavab Azərbaycanı qane etməyib.

Bəzi politoloqların fikrincə, Azərbaycan bundan nəticə çıxararaq, hərbi sahədə Türkiyə ilə daha şıx əməkdaşlıq etməlidir və Rusiyanın bundan narazı qalmağa haqqı olmayacaq.

Avqustun 25-də Bakıda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistana hərbi təyyarələrlə daşınan yükün oradakı Rusiya hərbi bazası üçün nəzərdə tutulan "tikinti materiallarının" olduğunu bildirmişdi.

Prezident İlham Əliyev "Ermənistan-Azərbaycan sərhədində bu ilin iyulunda baş vermiş toqquşmalar başa çatandan sonra Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb", - telefon danışıqlarının ertəsi gün - avqustun 13-də yayılan rəsmi bəyanatda göstərimişdi.

Reuters agentliyinə əsasən, Rusiyanın Ermənistana İl-76 təyyarələrinin tikinti materialları daşıdığını söylədiyini vurğulayan Hikmət Hacıyev bu cavabın onları qane etmədiyini deyib: "Biz gözləyirik ki, hansı əsaslarla Ermənistanın intensiv silahlandırılmasının davam etdiyinə aydınlıq gətirilsin".

"Guya təyyarələrin tikinti materialları daşıdığı barədə cavab bizi qane etmir," - söyləyən Hikmət Hacııyev qeyd edib ki, bu cür yük "başqa yollarla da daşına bilərdi".

"Azərbaycan ən yağlı müştəri idi"

Milli Məclisin üzvü Rasim Musabəyovin fikrincə, Bakının reaksiyası ona dəlalət edir ki, Azərbaycan Rusiyanın bu cür mövqeyindən özü üçün nəticə çıxaracaq və bundan sonra Rusiya hərbi sənayə kompleksi ilə əməkdaşlığın həcmini getdikcə azaltmağa çalışacaq.

"Azərbaycan indiyədək postsovet məkanında Rusiya hərbi-sənaye kompeksi üçün, necə deyərlər, ən "yağlı" müştərilərdən biri idi, 5 milyard dollar həçmində Rusiyadan silah-sursat alınmışdı, - Rasim Musabəyov qeyd edib: "Bundan sonra isə Azərbaycan hərbi sahədə Türkiyə ilə daha şıx əməkdaşlıq etməlidir və Rusiyanın bundan narazı qalmağa haqqı olmayacaq".

Politoloq əlavə edib ki, "misal üçün, sabah Türkiyədən hərbi-yük təyyarəsi Bakıya ensə və Rusiya bu təyyarələrin nə daşıması ilə maraqlansa, o zaman Azərbaycan da cavab verə bilər ki, tikinti materiallarıdır".

"Karib böhranı" zamanı Kremlin verdiyi izahata bənzəyir

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun qənaətincə, Hikmət Hacıyevin açıqlaması onu göstərir ki, "birincisi, Şoyqunun cavabından rəsmi Bakı razı qalmayıb; ikincisi isə, Rusiyadan başqa bir açıqlama gözlənir".

"Amma, məncə, daha bir açıqlama olmayacaq, - Elxan Şahinoğlu deyib. - Kreml bu nağılı ona görə quraşdırıb ki, rəsmi Bakı bir daha hərbi yük məsələsinə qayıtmasın".

"Atlas" araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Siyasi şərhçi Sergey Şoyqunun Bakıda verdiyi açıqlamasını 1962-ci ildə "Karib böhranı" dövründə Kremlin ABŞ-a verdiyi "izahına" bənzədib.

O, Şoyqunun Bakıya səfərinin ertəsi günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparmasına diqqəti çəkərək qeyd edib ki, Lavrov həmin danışıqlardan sonra keçirilmiş mətbuat konfransında "həmsədrlərlə bağlı danışıqların tərkibinin dəyişdirilməsinin qəbuledilməz olduğunu vurğulayıb".

Elxan Şahinoğlunun fikrincə, Lavrovun mesajı Bakıya və Ankaraya ünvanlanıb: "Minsk Qrupu həmsədrləri arasında Azərbaycan Türkiyəni də görmək istəyir, Lavrov isə buna "yox" deyib."

Elxan Şahinoğlu xatırladıb ki, Rusiyanın xarici işlər naziri Moskvada azərbaycanlı həmkarı ilə görüşdən sonra erməni həmkarı Mnatsakanyana zəng edib: "Görünür, Lavrov bununla mesaj verir ki, Azərbaycanla iqtisadi və regional layihələr çərçivəsindəki "strateji tərəfdaşlıq" öz yerində, ancaq Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın maraqlarının əleyhinə addım atılmayacaq."

O hesab edir ki, "belə bir şəraitdə Azərbaycanın əsas strateji müttəfiqi Türkiyə olmalıdır".

20 avqust

13:25 - Fransanın Azərbaycana göndərdiyi yeni səfir kimdir?13:22 - Azərbaycanda qadınlar kişilərdən daha çox pul xərcləyir - Rəsmi statistika13:20 - "Bakı və İrəvan arasında saziş İran üçün təhdud yox, fürsət yaradacaq" - Cavad Zərif13:16 - "Kontakt Home”dan şikayətlər səngimir" - "Qızıl Zəmanət" müştəriləri tələyə salıb

18 avqust

13:44 - Rusiyadakı azərbaycanlılara yeni qadağa...13:42 - Əcnəbilərə cinayət işi açıldı - DİN məlumat yaydı13:39 - Rusiya Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub

15 avqust

13:01 - İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı vacib mesaj...12:58 - "İran Ermənistan və Azərbaycan arasında sülh sazişini alqışlayır, lakin..." 12:56 - "Rusiya Ermənistanı "Tramp yolu"nun yaradılmasında dəstəkləyir" - Overçuk

12 avqust

10:11 - Qarabağda milyonluq tender maxinasiyası - Leysan Məmmədov yenə "iş başındadır"

11 avqust

15:18 - "Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma" İB-dən İlham Əliyevə AÇIQ MƏKTUB15:15 - Paşinyan Putinə hesabat verdi...15:12 - "İran bu şərtlə Zəngəzur dəhlizinin açılmasının lehinədir" - Pezeşkian15:10 - nvestorlar Tramp-Putin görüşünə fokuslanıblar - Neft sürətlə ucuzlaşır

21 iyul

14:06 - Neft Fondunun mənfəəti azalıb14:05 - Karapetyan zindandan məktub göndərdi - Zəngəzur dəhlizi tezliklə reallığa çevriləcək...13:59 - Ermənistan konstitusiyasını dəyişmək istəmir13:57 - Abbas Abbasovun Rusiyadakı biznesi 10 milyon zərər edib

14 iyul

13:09 - Erməni oliqarx yeni partiya yaradır 13:05 - Azərbaycan ildə 2.4 milyard... - Ekspert maraqlı faktlar açıqladı13:02 - Hindistanlı turistlərin Azərbaycana səfəri kəskin artıb - Boykot işə yaramayıb

11 iyul

15:07 - Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi "Qida Təhlükəsizliyi Ayı"na yekun vuruldu - FOTOLAR

07 iyul

12:31 - Xaricdəki diplomatlarımız Bakıya çağırıldı - SƏBƏB12:29 - Hüquqşünas deputatlardan gileyləndi - "Qanunlara dəyişikliyi yadda saxlamaq çox çətindir"12:27 - Dağıstan rəhbərindən Azərbaycan-Rusiya münasibətlərinə - Reaksiya

04 iyul

11:45 - Bu dəfə... - 539 "Şahed", 10 "İsgəndər" raketi11:43 - İlham Əliyev Donald Trampa məktub göndərdi 11:26 - İrəvan Sülh Fondundan 10 milyonu ala bilmir

30 iyun

13:26 - Rusiyada azərbaycanlılara qarşı OMON hücumları