"Qərbdə Qarabağla bağlı bütün təsir imkanlarından kənar qaldıqlarını başa düşüblər" - Rusiyalı ekspert

25 iyul, 2021 00:50

Fransanın Ermənistandakı səfiri Conatan Lakot “Azadlıq” radiosunun erməni xidmətinə verdiyi müsahibədə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi tərəfindən əvvəllər irəli sürülən tezisi dilə gətirib: Ermənistanın KTMT-də iştirakı İrəvana hərbi yardım göstərməyə imkan vermir.

Rusiya Federasiyası Hərbi Elmlər Akademiyasının professoru, tanınmış rusiyalı və belaruslu hərbi-siyasi analitik Aleksandr Tixanski Caliber.Az-a verdiyi açıqlamada bildirib ki, hazırda Rusiya sülhməramlı qüvvələri bölgəyə yerləşdirilib və Qərb ümumiyyətlə prosesdən kənarda qalıb.

Ekspert hesab edir ki, Qərb Ermənistanın qarşısına onun yerinə yetirə bilməyəcəyi şərtlər qoyur:

“İrəvana kömək edəcəklərinə söz verirlər, bəs hansı köməkdən söhbət gedir? Əgər silahlarla ediləcəksə, bu silahları verən ölkələrin təlimatçılarını, hərbçilərini gətirmək lazımdır. Bunlar sadəcə Qərbin münaqişənin həllində iştirak etdiyini göstərmək üçün hazırlanmış oyunlardır. Ancaq Qərb bu məsələlərdə səriştəsizdir".

Siyasi analitik Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikovun “Ermənistan Rusiyanın deyil, Rusiya Ermənistanın müttəfiqidir” açıqlamasına da münasibət bildirib.

Aleksandr Tixanski qeyd edib ki, Ermənistan KTMT-də Rusiyanın müttəfiqidir, lakin hazırda bu iki ölkə arasında siyası ziddiyyətlər çox böyükdür:

“Ən azından Ermənistanda kimin hakimiyyətdə olduğuna, KTMT-yə və Rusiya ilə Ermənistan arasındakı ikitərəfli münasibətlərə nə qədər ziyan dəydiyinə baxmaq kifayətdir”.

Müsahibimiz Fransanın Ermənistandakı səfiri tərəfindən status məsələsinin qaldırılmasını, Fransa diplomatlarının, eləcə də ATƏT-in Minsk qrupunun həmsədri olan digər ölkələrin diplomatlarının Qarabağa təşkil ediləcək səfərlərə qatılmayacaqları barədə dediklərinə də münasibətini açıqlayıb:

“Mən yenidən təkrar edirəm: Qərb güclü bir zərbə alıb. Orada Qarabağla bağlı bütün təsir imkanlarından və veriləcək qərarlardan kənar qaldıqlarını başa düşüblər. Bu, onları özlərindən çıxarır. Fransa prezidenti Emmanuel Makrona isə əlavə olaraq erməni lobbisi təzyiq göstərir”.

“Bəlkə bütün məsələlər iqtisadiyyatla əlaqəlidir. Fransız şirkətləri azad edilmiş ərazilərdə bərpa işlərində iştirak etmirlər...” sualına cavab verən ekspert bu məqamı şərh edərkən deyib:

“...Mən düşünürəm ki, Azərbaycan Fransa şirkətlərindən onların erməni lobbisi ilə olan bağlılığından dolayı imtina edə bilər. Daxildə belə şirkətlərin olması öz ayağını basdalamaq deməkdir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR