Rusiyanın sərhədə yenidən qoşun cəmləşdirməsi nə məqsəd güdür?

26 iyul, 2021 11:37

Xəbər verildiyi kimi, Rusiya yenidən Ukrayna sərhədlərinə, bu dəfə Krım istiqamətindən qoşun cəmləşdirməyə başlayıb. Ukrayna rəsmilərinin bildirdiyinə görə, yarımadaya oradakı qüvvələrdən əlavə 21 minlik qruplaşma yeridilib və bura müxtəlif zirehli texnika, radioelektron mübarizə vasitələri və hava hücumundan müdafiə sistemləri, o cümlədən xüsusi təyinatlı qüvvələr daxildir.

Gürcüstanın eks-prezidenti və Ukraynanın islahatlar üzrə Milli şurasının icraiyyə komitəsinin rəhbəri Mixail Saakaşvili bu baş verənləri şərh edərkən bildirib ki, Rusiya Ukraynaya iki hücum ssenarisini nəzərdən keçirə bilər. Onun fikrincə, Rusiya hərbçiləri ya ölkənin cənubuna hücum edəcək, ya da Qara dənizdəki Zmeynıy adasına desant çıxararaq orada raketlər yerləşdirəcək.

Belə ki, Saakaşviliyə görə Rusiya hazırda Ukrayna xüsusi təyinatlılarının mövqe tutduğu Zmeynıy adasına desant çıxararaq oradan Odessa, “Yujnıy” və Qara dəniz limanlarını blokadaya alacaq. İkinci ssenariyə görə isə, Rusiya qoşunları NATO-nun Ukraynadakı təlimlərinin başa çatmasının ardınca Mariupol-Zaporojye-Xerson-Nikolayev xətti üzrə hücum edəcək, oradan isə Ukraynanın dərinliklərinə doğru irəliləyəcək.

“Ukrayna ətrafında indi baş verənlər mənə 2008-ci ildə Gürcüstan ətrafında baş verənləri çox xatırladır”,- Saakaşvilini bildirib.

Siyasətçi qeyd edib ki, Rusiyanın cənubuna desant bölmələrinin “atılması” sadəcə olaraq manevr ola bilməz, onun fikrincə, Rusiya baş verənlərə Qərbin reaksiyasını yoxlamaq istəyir. “Moskvanın başlıca məqsədi təkcə Donbass üzərində deyil, Kiyev üzərində də nəzarəti ələ almaqdır”,- Saakaşvilini deyib.

Gürcüstanın keçmiş prezidenti hesab edir ki, ABŞ Rusiyanın Ukraynaya açıq hərbi müdaxiləsinə cavab verə bilmək üçün hazırlıqlar görür və NATO-Ukrayna təlimlərində bu ssenari məşq edilir.(virtualaz.org)

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR