"Onlar Vəzirov, Mütəllibov deyil ki, hakimiyyəti verib qaçsınlar" - Zərdüşt Əlizadədən proqnoz

26 iyul, 2021 16:44

İranda son baş verənlərlə bağlı Bizim.Media-ya danışan politoloq Zərdüşt Əlizadə öncə çox maraqlı bir məqama toxundu: 

“70-ci illərin əvvələrində ərəb ölkələrində işləyirdim, yaşayırdım. Henri Kissincerin (ABŞ dövlət xadimi) bir məqaləsini oxudum. O yazırdı ki; gərək özümüzü aldatmayaq. Kommunizmə liberalizm ideyaları ilə qalib gələ bilməyəcəyik. Biz ona kommunizmdən daha yırtıcı olan millətçilik vasitəsilə qalib gələcəyik. Həqiqətən də Sovet ittifaqında millətçiləri dəstəklədilər və o yırtıcı millətçilər SSRİ-ni dağıtdılar. İndi də İranı dağıtmaq üçün təbii ki, ərəb, Azərbaycan millətçiliyindən, kürdlərdən və s. etnik qrupların hamısından istifadə edirlər”.

MÖVZU İLƏ BAĞLI:

“Ermənistana bu fürsəti Azərbaycan verir...” - Asim Mollazadədən ŞƏRH

Politoloq həmçinin qeyd etdi ki, İranı idarə edən rəsmi zümrənin ideologiyası islamdır. Millətçilik dar zümrəyə aid olsa da, islam ümumbəşəri ideyadır:

“Xuzistanda iki milyon ərəb yaşayır. O ərəbləri İran dövlətinə qarşı qaldırırlar. 20 milyon cənubi azərbaycanlı (bəzi mənbələrə görə 40 milyon) yaşayır ki, onları da İran dövlətinə qarşı qaldırırlar. Əlbəttə ki, İranın da özünümüdafiə imkanları var. Dünyada islam dininə qalib gələn heç bir ideologiya yoxdur, hələ tapılmayıb. Yəni, bu iman məsələsidir, məntiq məsələsi deyil. Bəlkə də məntiqlə islamı tənqid eləmək olar, amma iman məsələsində islama qalib gəlmək mümkün deyil. İslam rejimi də ideoloji silah kimi islam dininə söykənir. İslamda olan ictimai ədalət prinsiplərinə uyğun olaraq islam dövlətini elə qurublar ki, ümumi gəlirdən, ümumi sərvətdən demək olar ki, hamıya pay düşür.

Bizdə məsələn kasıblara heç nə düşmür. Amma İranın güclü kəşfiyyatı var və onlar şəhid ailələrinə, dul qadınlara, kasıblara, zəiflərə dəstək göndərirlər. Ümumi gəlirdən gələn payın xeyli hissəsi kasıbların dəstəklənməsinə sərf olunur. Onlar da islam rejiminin ictimai dayaqlarıdır”.

Zərdüşt Əlizadənin fikrincə, ərəb millətçilərinin “islam inqilabına ölüm”, “Xameneyiyə ölüm” qışqırmaqları heç nəyi dəyişmir, çünki hökumətin casus şəbəkəsi var. Onların şəkilləri çəkilir, fəalların hamısı müəyyənləşdirilir və birdən saxlanılırlar.

Cənubi Azərbaycanda da eynilə:

“İndi imkan verirlər ki, fəallar üzə çıxsın, liderlər müəyyənləşsin və sonra onları həbs etsinlər. İslam rejimi özünü müdafiə etməyə qadirdir.

Bu rejimin başında duran adamlar Vəzirovla Mütəllibov deyil ki, qətiyyətsiz, qorxaq olsunlar, bir ovuc dələduzun qabağından çəkilsinlər. Hakimiyyəti verib qaçsınlar. Onlar elə deyil, onlar iman adamlarıdır, əqidə insanlarıdır. Bu yaxınlarda xarici qüvvələrin və obyektiv daxili çətinliklərin təsiri altında etiraz dalğasının islam rejimini dağıdacağına ümidlər əbəsdir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR