Moskvada qapalı görüş: Şoyqu Karapetyanla nədən danışıb?
28 iyul, 2021 00:17

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada Ermənistan müdafiə naziri vəzifəsini icra edən Arşak Karapetyanla görüşüb.
Bu barədə "İnterfaks" hərbi-diplomatik mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, Karapetyan iyulun 27-də səhər saatlarında Moskvaya gedib.
"Danışıqlar qapalı keçirilib. Bu səbəbdən mövzuları və təfərrüatları hələ məlum deyil", - mənbə vurğulayıb.
Qeyd olunur ki, dünən tərəflər arasında Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına həsr olunmuş telefon danışığı olub.