"Bakı Bəyannaməsi"nin mətni açıqlandı

28 iyul, 2021 12:07

İyulun 27-də Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin imzaladığı Bakı Bəyannaməsi açıqlanıb.

Bəyannamədə bildirilir:

“Parlament sədrləri
- Azərbaycan Pakistan və Türkiyə arasında qardaşlıq, tarix və mədəni əlaqələri, qarşılıqlı hörmət və əməkdaşlığı gücləndirməyin lazımlılığını qəbul edərək;
- Dövlətlərimiz və millətlərimiz arasında mövcud olan əlaqələrin daha da dərinləşdirilməsi üçün üç ölkə arasındakı parlamentar dialoqu və əməkdaşlığın gücləndirilməsinin vacibliyini qəbul edərək;
- Azərbaycan, Pakistan və Türkiyənin bölgələrindəki sülhü, sabitliyi və inkişafı inşa və inkişaf etdirməkdə oynadıqları önəmli rolları və faydalarını vurğulayaraq;
- Öz bölgələrində sabitlik, təhlükəsizlik və rifahı təmin etmək üçün Azərbaycan, Pakistan və Türkiyə arasında daha əhatəli iş birliyinin strateji önəmini qeyd edərək;
- Xarici dəstəkli terror təhdidi daxil, ancaq bunlarla məhdudlaşmamaqla, kiber hücumlar, hibrid savaş formaları, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkədə müsəlman toplumların barış içində bir arada yaşamasına təmin edən, artan islamafobiya tendensiyası kimi ölkələrin qarşı-qarşıya olduğu saysız çətinlik və ortaya çıxan təhdidlərin fərqində olaraq;
- Beynəlxalq hüququn prinsip və normalarına, ayrıca ölkələrimizin tərəf olduğu beynəlxalq anlaşmalar və digər beynəlxalq sənədlərdəki öhdəliklərimizə olan bağlılığımızı əməkdaşlığın möhkəmləndirilməsi üçün yenidən vurğulayaraq;
- COVID-19 pandemiyasının iqtisadi inkişafla bağlı dünya miqyasındakı təsirlərinin fərqində olaraq;
- Ermənistanın 30 ilə yaxın sürməkdə olan işğalının ardından ərazi bütövlüyünü yenidən təmin edən Azərbaycan hökumətini və xalqını təbrik edərək;
- Azərbaycan-Pakistan-Türkiyə üçlü Parlament Sədrlərinin Birinci Görüşünə ev sahibliyindən ötrü Azərbaycan Milli Məclisinə təşəkkürlərini çatdıraraq ;

- Azərbaycan, Pakistan və Türkiyənin qardaş xalqlarını daha da yaxınlaşdırmaq üçün həm ikili, həm də çoxtərəfli səviyyələrdə parlamentlərararası dialoq və əməkdaşlığı inkişaf etdirməyə yönəlik qərarlılıqlarını bəyan etdilər;
- Mövcud əlaqələri gücləndirmək və daimi komitələrin, dostluq qruplarının və parlamentlərin işçi heyətlərinin əlaqələrini təşviq etmək məsələsində qərarlılıqlarını təyin etdilər;
- Beynəlxalq problemlərin həllində və dünyada barış və təhlükəsizliyin möhkəmləndirilməsində ikitərəfli və çoxtərəfli parlamentlər əlaqələrinin rolunu vurğuladılar:
- Konstruktiv bir dialoq və əməkdaşlıq üçün uğurlu bir platforma təqdim etmək səylərində beynəlxalq təşkilatları, xüsusən də parlament assambleyalarında dəstəklədiklərini ifadə etdilər:
- qadın parlamentarilərin qərar qəbul etmə prosesindəki rol və məsuliyyətlərinin artırılmasına yönəlik səyləri və atılan addımları dəstəklədiklərini bildirdilər;
- Qarşılıqlı mənfəətlərin olduğu bölgə və qlobal məsələlərdə yaxın çalışmağa hazır olduqlarını və beynəlxalq qarşılıqlı mənfəətlərin ön plana çıxdığı regional və qlobal məsələlərdə yaxından fəaliyyət göstərməyə hazır olduqlarını və beynəlxalq parlament strukturlarında üç qardaq ölkə olaraq ortaq bir mövqe sərgiləməyə çalışacaqlarını ifadə etdilər
- Bölgə və beynəlxalq parlament platformalarında islamafobiya, ayrı-seçkilik və müsəlman azlıqlara yönəlik təzyiqlərə qarşı mübarizə məsələsində ortaq səyləri koordinasiya etməyi qərara aldılar:
- Nəqliyyat, ticarət, enerji, xalqlar arasında təmas, təhsil, sosial və mədəniyyət, turizm, elm və rabitə texnologiyalarında regional müstəvidə daha yaxın əməkdaşlıq inşa etmək səylərində hökumətlərə ətraflı dəstək vermək məsələsində konsensusa gəldilər;
- COVID-19 pandemyiasının geniş miyqaslı təsirləri ilə bağlı müzakirə apardılar, informasiya və ən yaxşı təcrübələri dəstəkləməkdə razılığa gəldilər və bu problemlə əhatəli mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə çağırış etdilər;
- Müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı üçün güclü dəstəklərini və qarşılıqlı hörmətlərini yenidən təsdiq etdilər;
- Ermənistanın Azərbaycana mina xəritələrini verməyi rədd etməsini qınayaraq, azad edilmiş torpaqların yenidən inşası və məcburi köçkünlərin evlərinə qaytarılması səylərində Azərbaycan ilə tam həmrəylik içində olduqlarını vurğuladılar”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR