İsraildə Azərbaycan nefti üçün ciddi rəqib meydana çıxır

01 sentyabr, 2020 17:34

İsraillə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin normallaşması bu ölkənin neft idxalından asılı olan İsrail bazarına yolunu açır. Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, “Anadolu” agentliyi OPEC-in neft ehtiyatlarına görə dördüncü ən iri ölkəsi olan Birləşmiş Ərəb Əmirliklərinin İsraillə münasibətlərini normallaşdırmasının energetika sahəsində yeni imkanlar açdığını yazır.

Agentliyin əldə etdiyi məlumatlara görə, Birləşmiş Ərəb Əmirliklərinin nefti İsrailin cənubundan başlayan Eylat-Aşkelon kəmərinin sahibi olan şirkət tərəfindən təchiz ediləcək. Daha sonra İsrailin ümumi gücü sutkada 300 min barrel olan iki neftayırma zavodunda emal olunacaq.

İsrailin neftə tələbatı sutkada 236 min barreldən çoxdur. Ölkə istehlak etdiyi neftin 92 faizini idxal edir, bunun əsas hissəsini Rusiya və Azərbaycandan alır.

İsrailin indiyədək ərəb ölkələrindən neft almaq imkanları olmadığına görə indi Təl-Əvivlə Əbu-Dabi arasında yaxınlaşma sutkada 3 milyon barrel neft hasil edən Birləşmiş Ərəb Əmirliklərinin əlverişli bazara çıxış imkanlarının yaranmasına səbəb olacaq. Bu əməkdaşlığın əvəzində Əmirliklər öz neft yataqlarını İranın raket hücumlarından qorumaq üçün İsraildən raketdən müdafiə sistemləri almaq istəyir.

Vaşinqtondakı “Gulf State Analytics” konsaltinq şirkətinin direktoru Corcio Kaferiyo deyir ki, Əmirliklər İsrailə rəsmən neft ixrac edən ilk Fars körfəzi ölkəsi ola bilər. Onun sözlərinə görə, iki ölkə arasında energetika sahəsində əməkdaşlıq barədə imzalanacaq müqavilə İsrailin energetika təhlükəsizliyinə uyğundur. “İsrail bir çox ölkələrdən neft alır, amma Birləşmiş Ərəb Əmirlikləri yaxında olduğundan İsrailin xərcləri azala bilər”, - o deyib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR