Separatçı bölgədəki Rusiya sülhməramlılarına dəhliz açmaq üçün desant əməliyyatı planı - General Bondarev hədə-qorxu gəldi

02 avqust, 2021 12:35

Rusiya imkan verə bilməz ki, NATO Dnestryanı bölgədəki Rusiya sülhməramlılarını blokadaya alsın. Belə cəhd olarsa Rusiya ordusu Dnestryanı bölgəni mühasirədən çıxarmaq üçün hərəkətə keçəcək və Müdafiə Nazirliyinin bununla bağlı hazır planı var.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, Rusiya Federasiya Şurasının təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri, general-polkovnik  Viktor Bondarev Moldovanın qərbyönümlü hakimiyyətinin NATO-nun köməyi ilə Dnestryanı bölgədəki rus qoşunlarını blokadaya almaq planları barədə danışarkən belə deyib.

General əmindir ki, məhz Rusiya sülhməramlılarının (Rusiya Dnestryanı bölgəyə yeritdiyi qüvvələri “sülhməramlılar” adlandırır,-red.) iştirakı bütün bu illər ərzində regionda stabilliyi və təhlükəsizliyi təmin edib. “Bütün bu müddət ərzində NATO üzvü kimi Rumıniya özünün aqressiv planlarını heç gizlətməyə də çalışmayıb. Prosesin daha bir iştirakçısı Ukraynadır. 2014-cü ildən bəri Kiyevdə Dnestryanı bölgədəki Rusiya sülhməramlılarını blokadaya almaq imkanları fəal şəkildə müzakirə olunur”,-Viktor Bondarev bildirib.

Senator qeud edir ki, Moldovanın yeni seçilmiş qərbyönümlü prezidenti Maya Sandu belə planları publik şəkildə səsləndirib. Xüsusən də Sandu ilə bağlı olan siyasi qüvvənin parlament seçkilərində qalib gəlməsindən sonra bu niyyətlər nəzərə daha çox çarpır.

“İndi Şimali Atlantika alyansı üçün bu imkan prinsipial olaraq yeni rənglərdə meydana çıxıb, onların Rusiyaya həm siyasi, həm hərbi planda kifayət qədər ağrılı zərbə endirmək üçün real şansı var”,-Bondarev qeyd edib.

General hesab edir ki, NATO-nun dəstəyi olmadan nə Rumıniya, nə Ukrayna Dnestryanı bölgədəki Rusiya ordusunu blokadaya almağa risk etməz. Alyans isə vəziyyəti kəskinləşdirməklə həqiqətən belə variant işləyib hazırlayır. Bondarevin sözlərinə görə, alyansın bu strategiyası Rusiya üçün sirr deyil bə üstəlik Müdafiə Nazirliyi onun başçılıq etdiyi komitə ilə birlikdə cavab tədbirlərini artıq hazırlayıb.  Əgər Dnestryanı bölgədəki Rusiya qüvvələrini blokadaya almağa cəhd edilərsə Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanmasının desantı Odessaya çıxarılacaq. Bondarevin fikrincə, bu təkcə Dnestryanı bölgəyə dəhliz açmayacaq, eyni zamanda Donbass məsələsinə dair ayrın perspektivləri də ortaya çıxaracaq.

Xatırladaq ki, Moldova prezidenti Maya Sandu Rusiya qüvvələrinin Dnestryanı bölgədən çıxarılmasına çağırıb. Lakin Moskvada qoşunları bu separatçı bölgədən çıxarmaq niyyətində deyillər, üstəlik bölgəni “tarixi Rusiyanın ayrılmaz tərkib hissəsi” adlandıranlar da var. Məsələn, ermənipərəst və keçmiş sovet respublikalarındakı separatçıları dəstəkləməsi ilə tanınan “Regnum”  agentliyinin direktoru Modest Kolerov kimi. Kolerov iyulun 29-da başçılıq etdiyi ağentliyin təşkilatçılığı ilə keçirilən “Dnestryanı respublikası bu gün və sabah” mövzusunda konfrans zamanı belə deyib.

O qeyd edib ki, Dnestryanı bölgədə 2006-cı ildə keçirilmiş referendumun nəticələri hələ də əhəmiyyətli və legitim olaraq qalır. Həmin referendumun nəticələrinə əsasən Dnestryanı bölgənin müstəqilliyi elan olunurdu və daha sonra Rusiyaya birləşməsi baş verməliydi.

“2006-cı ilin sentyabrında Dnestryanı bölgədə referendum keçirildi və referenduma çıxarılan suallar burada (Rusiyada,-red.) razılaşdırılmışdı. Bu səsvermədən hamı razı deyildi, amma məsələ razılaşdırılmışdı. Və başlıca məsələ budur ki, referendumda iştirak edənlərin 97 faizi Dnestryanı bölgənin müstəqilliyinə və daha sonra Rusiyaya birləşdirilməsinə səs verdi. Xalqın bu iradəsi hələ də əhəmiyyətlidir, legitimdir”,- Kolerov belə deyib.

Qeyd edək ki, Dnestryanı bölgənin statusuna dair bir neçə dəfə müxtəlif variantlar müzakirə olunsa da hazırda danışıqlar dalana dirənib və faktiki olaraq heç bir müzakirə getmir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR