Paşinyan öz imzasından imtina edir? - "Ermənistan yazılı öhdəlik götürməyib"

04 avqust, 2021 12:51

“Azərbaycan elə bir təəssürat yaratmağa çalışır ki, regionda və Ermənistan ətrafında hansısa gündəm yaradıb və bunu diktə edir”.

Azsiyasət.com xəbər verir ki, bunu Ermənistanın yeni təyin olunmuş Baş naziri Nikol Paşinyan Müdafiə naziri Arşak Karapetyanı nazirlik aparatına təqdim edərkən deyib.

O, regionda vəziyyətin sabit olmadığını, Azərbaycanın Ermənistana münasibətdə “müəyyən aqressiv siyasət” apardığını vurğulayıb. “Bizim öz gündəmimiz var, Ermənistan Respublikası özünün beynəlxalq öhdəlikləri çərçivəsində hərəkət edib və edir”, – deyən Paşinyan regionda kommunikasiya xətlərinin açılmasına da toxunub. O, sözügedən məsələnin 9 noyabr atəşkəs razılaşmasının əsas maddələrindən biri və Ermənistan hökuməti üçün prioritetlərdən olduğunu vurğulayıb.

“Bəs Azərbaycan nə edir? Bu məsələyə mahiyyətcə Ermənistan Respublikası üçün qəbuledilməz komponentləri əlavə etməyə çalışır. Xüsusilə dəhliz haqda söhbətləri nəzərdə tuturam. Hamınız bilməlisiniz ki, Ermənistan Respublikası öz ərazisindən dəhlizlə bağlı hansısa razılaşma olmayıb. Ermənistan Respublikası üzərinə bu mövzuda hansısa şifahi, yaxud yazılı öhdəlik götürməyib, oxşar təkliflər səslənəndə öz mövqeyini aydın ifadə edib. Əldə etdiyimiz razılaşmalar 9 noyabr və 11 yanvar bəyanatlarında əks olunub”, – Paşinyan deyib.

Baş nazirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə 11 yanvar bəyanatında bildirilir ki, tərəflər bir-birinin ərazisindən tranzit imkanı əldə etməlidirlər.

“11 yanvar bəyanatının mətnində aydın yazılıb ki, gömrük, sərhəd, sanitar və fitosanitar nəzarətlə bağlı razılaşmalar müzakirə edilərək əldə olunmalıdır... Məntiqlə Ermənistan ərazisində tranzit məqsədilə istifadə də digər hallarda tətbiq olunan qaydalara uyğun baş verməlidir. Məsələn, bu gün Gürcüstan, yaxud İran İslam Respublikasının vətəndaşları sərhədi necə keçirlər? Yəni, həmin qaydalar üzrə. Əlbəttə ki, bu məsələni qəbul etdik”, – deyən Paşinyan kommunikasiyaların açılmasının Azərbaycanın deyil, onların gündəmi olduğunu qeyd edib. “Hesab edirik ki, kommunikasiyaları açmaqla Azərbaycanın Ermənistanın blokadasıyla bağlı siyasətini üstələyirik”, – o, sözlərinə əlavə edib. (Azadliq.org)

“Azərbaycan da elə bu səbəbdən dəhliz məntiqini irəli sürür, bunun qəbuledilməz olduğunu anlayır. İstəyir, hadisələr elə inkişaf eləsin ki, kommunikasiyalar açılmasın. Yəni, Ermənistan blokadadan çıxmasın”, – o deyib.

Prezident Əliyev bir müddət öncə Zəngəzur (Ermənistanın Sünik vilayəti) dəhlizi ilə bağlı müzakirələrdə yaxşı nəticələr olduğunu deyirdi.

Paşinyan sərhədlərin demarkasiyası və delimitasiyası məsələsinin də Ermənistanın gündəmində olduğunu söyləyib, Azərbaycan əsgərlərinin “bizim ərazimizdə” olmasını qəbuledilməz adlandırıb.

Ermənistan bu il mayın 12-də Azərbaycan əsgərlərinin ərazisinə girdiyini bəyan edib. Azərbaycan isə sadəcə, sərhəd mövqelərini tutduğunu bildirir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR