"Əgər bu hakimiyyət Azərbaycanla sülh razılaşması imzalasa..." - Erməni hərbi ekspert

08 avqust, 2021 21:18

Ermənistanda Azərbaycanla həmsərhəd Əskipara (Voskepar) kəndində Rusiya sərhəd qoşunlarının zastavasının yerləşdirilməsi ətrafında müzakirələr davam edir.

Azsiyaset.com xəbər verir ki, bir çox ekspertlər bunu Qazaxın işğal edilmiş kəndlərinin Azərbaycana qaytarılmasına hazırlıq kimi qiymətləndirmişdilər. Belə ki, Əskipara kəndi Qazaxın işğal edilmiş Aşağı və Yuxarı Əskipara kəndləri arasında yerləşir. Bu baxımdan Rusiya sərhədçilərinin həmin kənddə yerləşdirilməsi Azərbaycanın nəzarətinə qaytarılacaq eksklav ərazilərinə gediş-gəlişin təhlükəsizliyinin təmin edilməsinə hesablandığı deyilirdi.

Lakin hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Artur Ovannisyan deyir ki, Rusiya sərhədçiləri Əskipara kəndində “Azərbaycanın sərhəd boyu təhdidkar hərəkətlərinə” cavab olaraq yerləşdirilib. O, bildirib ki, Tavuş vilayətində Rusiya sərhədçilərinin əlavə bölmələri də yerləşdirilə bilər.  Çünki baş nazir Nikol Paşinyan bütün sərhəd boyu Rusiya sərhədçilərinin yerləşdirilməsi təklifini publik şəkildə açıqlayıb.

Hərbi ekspert David Camalyan isə hesab edir ki, Ermənistan hakimiyyəti Əskipara kəndində Rusiya sərhədçilərini yerləşdirmək amilindən illüziya yaratmaq üçün istifadə edir. Rusiyanın köməyinə ümid bəsləyir və bu ölkə ilə münasibətlərini yaxşılaşdırmağa çalışır. Amma nəzərdə tutulan “ərazi güzəştlərindən” (Qazaxın 7 kəndinin qaytarılması nəzərdə tutulur,-red.) sonra Rusiya hərbi bazalarının Ermənistanı tərk etməsini tələb edəcək.

“Əgər bu  hakimiyyət bütün güzəştlərdən sonra sənədləri imzalasa, sırf hüquqi müstəvidə Azərbaycan və Türkiyə ilə artıq heç bir problemin qalmadığı, bu qonşulardan daha təhdid olmadığı, hər şeyin razılaşdırıldığı haqda təsəvvür yaratsa növbəti addım Rusiya tərəfinə öz bazalarını Ermənistandan çıxarmaq tələbi olacaq”,- Camalyan deyir.

Yəni onun fikrincə, bir tərəfdən Paşinyan ruslara müraciət edir və belə təsəvvür yaradır ki, Rusiya öz mövqelərini Ermənistanda möhkəmləndirir. “Amma fikrimcə, müttəfiqlərimiz çox yaxşı başa düşür ki, oyunun sonu bunun tam əksi olacaq. Yəni məsələ qoyulacaq ki, onlar buradan çıxıb getsinlər, çünki Azərbaycandan və Türkiyədən qaynaqlanan heç bir təhdid qalmadığını deyəcəklər. Bir halda ki, belə təhdidlər yoxdur, o zaman Ermənistanda da Rusiya hərbi bazalarının iştirakı “mənasız” olacaq. Bu oyun çox aydın görünür və hesab edirəm ki, bunu Kremldə də başa düşürlər”,- D.Camalyan belə deyib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR