Qazın qiyməti niyə fantastik həddə qalxıb? - "Qazprom"un oyunları və zavodda qəza

11 avqust, 2021 00:13

Avropa bazarında təbii qazın qiyməti görünməmiş həddə artıb və belə görünür ki, bu qış avropalılar qızınmaq üçün ötən ilə nisbətən azı 2-2.5 dəfə çox pul xərcləməli olacaqlar.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, bunun səbəbi Avropanın əsas qaz təchizatçısı və bazarda inhisarçı mövqeyini qoruyub saxlamağa çalışan “Qazprom” şirkətidir.

Son məlumatlara görə, Niderlandın "Title Transfer Facility" (TTF) satış mərkəzində təbii qazın min kubmetr üçün fyuçers qiyməti 542,5 dollara çatıb. Bu, 2021-ci il üçün rekord qiymətdir və ekspertlər son 30 gün ərzində Avropada təbii qazın 30 faizdən çox, yaxud min kubmetrə görə 130 dollar bahalaşdığını qeyd edirlər.

Təbii qazın bu cür sıçrayışla bahalaşmasının səbəblərindən biri avqustun 4-dən 5-nə keçən gecə “Qazprom”un Yamal-Nen Muxtar Vilayətində, Urenqoy şəhərində yerləşən və qaz kondensatını boru kəməri ilə nəql olunmaq üçün ilkin emal edən zavodda partlayışla müşaiyət olunan yanğın hesab edilir.

Qəza zamanı xəsarət alan olmayıb və personal vaxtında təxliyə edilib. “Qazprom”dakı mənbələr RBC agentliyinə deyiblər ki, qəza səbəbindən şirkətin Urenqoydakı və Yamburqdakı əsas qaz yataqlarından qaz və kondensatın eyni vaxtda qəbulu mümkün olmayıb. Nəticədə “Yamal-Avropa” qaz kəməri ilə Avropaya qazın nəqli kəskin-iki dəfədən çox azalıb. Bunun ardınca Avropada təbii qazın qiyməti növbəti rekordu vurub və avqustun 6-da 540 dollara çatıb.

Bu gün səhər saatlarında “Qazprom” zavodda baş vermiş qəzanın nəticələrinin aradan qaldırıldığını və “Yamal-Avropa” kəməri ilə qaz nəqlinin əvvəlki həcminin (saatda 1.8 milyon kubmetr) demək olar, bərpa edildiyini açıqlayıb. Almaniyanın qaz nəqli operatoru “Gascade” şirkəti isə bildirir ki, avqustun 5-dən etibarən Polşadan keçən “Yamal-Avropa” kəməri ilə  nəql olunan qazın həcmi saatda 1.9-2.1 milyon kubmetrdən 1 milyon kubmetrə qədər azalmışdı. Lakin bu gün nəql olunan qazın həcmi saatda 1.8 milyon kubmetrə qədər artıb.

Lakin belə görünür ki, Avropada təbii qazın qiymətinin rekord səviyyədə qalxması təkcə “Qazprom”un zavodunda baş vermiş qəza deyil. Çünki daha əvvəldən də Avropada qazın topdansatış qiyməti sürətlə artmaqda idi. Əsas səbəb isə “Qazprom”un Avropadakı yeraltı anbarlarında qaz ehtiyatlarının sürətlə tükənməsi olub.

Bəzi analitiklərə görə, “Qazprom” Avropa İttifaqında süni şəkildə qaz qıtlığı yaradır və bu zaman iki məqsəd güdür: “Şimal axını-2” (Ukraynadan yan keçməklə) qaz kəməri layihəsinə qarşı sanksiyaları dayandırmaq və kəmərin tikintisini sürətlə tamamlamaq, nəticədə Avropa bazarında inhisarçı mövqeyini möhkəmlədərək bir tərəfdən də Ukrayna üzərindən qaz tranzitini dayandırmaq, beləliklə də Kiyevi iqtisadi baxımdan sıxışdırmaq.

Belə ki, tezliklə Avropa Komissiyası “Şimal axını-2” kəmərinə sertifikat verilməsi məsələsini nəzərdən keçirməlidir və belə bir vaxtda Avopada qazın qıtlığı “Qazprom”un sertifikat alması üçün əlavə arqument olardı. Digər məqsəd isə təbii ki, Avropada qazın qiymətlərinin artmasına səbəb olmaq və daha çox gəlir əldə etməkdir. Eyni zamanda süni qaz qıtlığı Avropada “Qazprom”un əvəzedilməz təchizatçı olduğunu göstərmək üçün də işə yarayır.

“Qazprom”un süni qaz qıtlığı yaratmasına dəlalət edən faktlar bundan ibarətdir ki, şirkət Avropadakı yeraltı qaz anbarlarını sanki qəsdən boşaldır, müqavilə öhdəlikləri üzrə təbii qazı bu anbarlardan təmin edir. Bu səbəbdən Avstriyadakı Baumqarten qaz habında yeraltı anbarların hazırda cəmi üçdə biri doludur. Hərçənd ötən illər bu anbarların ən azı üçdə ikisi dolu olurdu. Almaniyanın yeraltı qaz anbarları isə yarıya qədər boşdur.

Bundan başqa, iyulun sonlarında “Qazprom” özünün Avropadakı yeraltı qaz anbarlarına qaz vurulmasını qismən azaldıb, hətta bəzi anbarlardan qaz götürməyə başlayıb. Ekspertlər yeraltı anbarların bundan sonra da yarıboş qalacağını istisna etmirlər.

Avropada qaz anbarlarının boş olmasına baxmayaraq “Qazprom” “Yamal-Avropa” kəməri ilə qaz nəqlini (zavodda baş vermiş qəzadan əvvəl) artırmayıb, əksinə gündə 82 milyon kubmetrdən 35 milyon kubmetrə qədər azaldıb.

İki il əvvəl “Qazprom”un Avropadakı yeraltı anbarlarında ifrat qaz bolluğu nəticəsində qiymətlər kəskin aşağı düşmüşdü və Rusiya qaz inhisarçısı milyardlarla dollar itirmişdi.

Avropada qazın qiymətinin bu cür artması əlbəttə ki, TAP kəməri ilə Avropaya ildə 10 milyard kubmetr qaz nəql edən Azərbaycan üçün də sərfəlidir. Çünki yüksək qiymətlər Cənub Qaz Dəhlizinə yatırılmış on milyardlarla dollar investisiyanın geri qayıtmasını da tezləşdirə bilər. Lakin qiymətlər nə qədər belə yüksək qalacaq, o haqda aydın təsəvvürlər yoxdur və analitiklər qaz bazarında vəziyyətin kifayət qədər qeyri-stabil olduğunu qeyd edirlər.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR