Jirinovski Əliyevə məktub göndərəcək - Vahabzadədən şikayəti var

11 avqust, 2021 14:34

RLDP lideri Vladimir Jirinovski rusiyalıları təhqir etmiş azərbaycanlı diplomata cavab verib.

Azsiyaset.com “RİA Novosti”yə istinadla xəbər verir ki, Jirinovski “sözlərini təkcə özünə deyil, bütün ruslar üçün təhqiramiz saydığı” azərbaycanlı diplomata qarşı cinayət işinin başlanması tələbi ilə Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərəcəyini bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Belarus, Moldova və Pakistandakı keçmiş səfiri İsfəndiyar Vahabzadənin Jirinovski və "rus milləti"nə təhqir yağdırdığı, "donuzlar", "eşşək" və s. ifadələrini işlətdiy bir video ortaya çıxıb.

"Dövlət başçısına dərhal cinayət işi açılması tələbi ilə bir məktub göndərəcəyik. Çünki bunların hamısı təhqirdir... Bu dəhşətdir, bu orta əsrlərdir. Hətta xalq arasında beləsi yoxdur, amma bu adam professordur" - deyə Jirinovski qeyd edib.

O bu açıqlamanı “SolovyovLive” "YouTube” kanalında deyib.

"Əliyev bunu istəmir, ara sıra başqaları tərəfindən bu sayaq sözlər dilə gətirilir”.

Təhqirləri Vahabzadənin etməsindən də çaşqınlıq ifadə edən Jirinovski "bunun sovet hakimiyyəti illərində toplanmış nifrət olduğu" iddiasını irəli sürüb.

RLDP lideri deyib: “O, bədbəxt bir adamdır və Rusiyanı günahkar sayır".

Jirinovskinin fikrincə, Rusiyaya və keçmiş SSRİ ölkələrinə qarşı bir proses var və Antirusiya layihəsinin Orta Asiyada genişləndirilməsi planlaşdırılır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR