Əfqanıstandakı vəziyyət Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

16 avqust, 2021 18:19

“Əfqanıstan iqtisadiyyatı son silahlı çevrilişədək inkişaf dövrünü yaşayırdı. 20 il öncə "Taliban" silahlı qruplaşmasından xilas olan zaman Əfqanıstanın Ümumi Daxili Məhsulu (ÜDM) 4 milyard dollar idisə, ötən müddətdə bu rəqəm 19 milyard dolları keçə bildi”.

Azsiyaset.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Əfqanıstan iqtisadiyyatındakı son vəziyyəti şərh edərkən yazıb. 

Onun sözlərinə görə, Dünya Bankının qiymətləndirmələrinə görə, 40 milyon nəfərə yaxın əhalisi olan Əfqanıstanda əhalinin 54 faizi yoxsulluq səviyyəsində yaşayır və 42 faizi işsizdir: “Bununla belə, Əfqanıstanda dövlət borcu ÜDM-in 7 faizinədək azaldıla bilmişdi. Sözügedən dövrdə Əfqanıstan hakimiyyəti 7.8 milyard dollarlıq xarici valyuta ehtiyatları formalaşdırmağı bacardı. Bu müddətdə Əfqanıstan beynəlxalq qurumlar ilə yenidən əlaqələri inkişaf etdirə bildi. Həmçinin 2016-cı ildə Ümumdünya Ticarət Təşkilatına üzv oldu. 

İlkin proqnozlara görə, son hakimiyyət dəyişikliklərindən sonra Əfqanıstanda həm iqtisadi tənəzzülün dərinləşəcəyi və beynəlxalq maliyyə institutları ilə münasibətlərin yumşaq olmayacağı gözlənilir”.

Deputat həmçinin Əfqanıstandakı vəziyyətin Azərbaycana necə təsir edəcəyi məsələsinə də toxunub. O qeyd edib ki, Azərbaycan Əfqanıstana strateji enerji məhsulları ixracatı həyata keçirir: “Əfqanıstanla Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 37.7 milyon dollar olub. Bu əvvəlki illə müqayisədə 2 dəfədən çox azalma deməkdir. İki ölkə arasında illik ticarət dövriyyəsi 2014-cü ildə ən yüksək məbləğdə, 275 milyon dollardan çox olub. 

Son ilin statistikası göstərir ki, iki ölkə ticarət dövriyyəsi sadəcə Azərbaycandan Əfqanıstana ixrac üzərində formalaşıb. Göründüyü kimi, Əfqanıstandakı son dəyişikliyin Azərbaycan iqtisadiyyatına hər hansı xüsusi təsirləri olmayacaq.

Bununla yanaşı, Əfqanıstanın da uzaq olmadığı Mərkəzi Asiya regionu yeni mərhələyə daxil olur. Bir sıra qərb ölkələrinin seyirci olduğu bu xəmir hələ çox su aparacaq”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR