"Deyirlər ki, vaksin vurdurub ölənlərə dövlət 5 min manat pul verəcək" - Sərdar Cəlaloğlu

17 avqust, 2021 15:32

Son günlər sosial şəbəkələrdə və TV-lərdə vətəndaşlara saxta Covid-19 pasportu verən həkimlər haqda məlumatlar yayılır. Bununla bağlı müxtəlif iddialar irəli sürülür.

Deputat Rəşad Mahmudov məsələyə özünəməxsus münasibət bildirib. Millət vəkili təklif edib ki, vətəndaşlara saxta Covid-19 pasportu verən həkimlərin diplomları əlindən alınsın.

Maraqlıdır, bu kimi halların qarşısını almaq üçün hansı mübarizə üsullarından istifadə etmək lazımdır? 

Həmin həkimlərin dipomları ləğv edilə bilərmi?

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu yenisabah.az-a cinayətə görə peşənin əlindən alınmasının düzgün olmadığını deyib:

“Hansısa həkim saxta bir pasport veribsə, onun həkimlik peşəsinin ləğv olunması düzgün deyil. Belə radikal üsullarla cəmiyyəti idarə etmək olmaz..Tutaq o adam öldürür və ya hər hansı bir cinayətə əl atırsa, peşəsinin əlindən alınması nə dərəcədə doğrudur? Bu cür məsələlərə ancaq aydınlıq, izahat gətirilməlidir”.

S.Cəlaloğlu vaksinlərlə bağlı birmənalı mövqenin olmadığını söyləyib:

“Bir çox alimlər vaksinasiyanın düzgün olmadığını deyirlər. Bəziləri isə tam əksini. Bu səbəbdən də əhalidə tərəddüd içərisində qalır. Çünki vaksinasiya olunanların içərisində virusa yoluxub, ağır şəkildə keçirənlər, hətta həyatını itirənlər belə var. Aydınlıq olmadığına görə əhali narahatdır. Birmənalı şəkildə bu məsələyə münasibət olmadığına görə, insanlarda iki tirəli mövqe yaranır. Bu səbəbdən də qeyri-qanuni yollarla pasport əldə etmək istəyirlər”.

Cəlaloğlu bu kimi halların inzibati üsulla qarşısının alınmasının gülünc mənzərə yaratdığını qeyd edib:

“Qətiyyən inzibati üsullarla mübarizə aparmaq olmaz. Gülünc bir şeydir. Ancaq izahat işi aparılmalı, narahatçılıqlarının aradan qaldırılması üçün təlimatlar verilməlidir.

Bunları etmək əvəzinə deyirlər ki, vaksin vurdurub ölənlərə dövlət 5 min manat pul verəcək. Kim 5 min manata görə özünü ölüm riski ilə üz-üzə qoyar?! Bu olduqca yanlışdır. Ona görə də insanlar qeyri-müəyyən vəziyyətdə qalır. Digər tərəfdən də vaksinasiya ilə bağlı elə qərarlar qəbul edirlər ki, vətəndaşların konstitusiya hüquqları pozulur. Bütün bunlar da vətəndaşları qeyri-qanuni yollara üz tutmağa məcbur edir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR