Hakopyan niyə "hərbi təlim" keçir?

04 sentyabr, 2020 11:54

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyan cəbhənin Tovuz rayonu istiqamətindəki döyüşlər zamanı – 2020-ci il iyul ayının 13-də Azərbaycan qadınlarına müraciət etmişdi. Hətta “sülh naminə qadınlar” adlı kampaniya da məhz onun təşəbbüsü ilə yaradılmışdı. O, müraciətində iki xalq arasında sülhün mövcud olmasının, əsgərlərin həyatlarının təhülkəyə atılmamasının və hərbi əməliyyatların dayandırılmasının vacibliyindən danışırdı. Heç şübhəsiz ki, iyul döyüşləri zamanı “yazıq” görkəm alaraq, Azərbaycan qadınlarına müraciət edən Hakopyanın “sülh çağırışları”ndan əri Paşinyanın xəbəri var idi, o, özbaşına belə bir addım ata bilməzdi. Müharibə davam edəcəyi təqdirdə cəbhə xəttində sarsıdıcı zərbələr alan Ermənistan ordusunu hansı aqibətin gözlədiyi öncədən bəlli idi.

A.Hakopyan bu ilin avqust ayında müxtəlif ölkələrdə yaşayan rəfiqələrini, turstləri Qarabağa apararaq, “ermənilərin qədim tarixi, abidələri və mədəniyyət nümunələri” ilə tanış etdi. Erməni xisləti dəyişməzdir, A.Hakopyan da ermənilərin həyasız, gülünc “simvol”larından birinə çevrildi.

Dünən Azərbaycan qadınlarına “sülh çağırışları” edərək yalvarış dolu məktub yazan bu qadın (?) bu dəfə əlinə silah alıb 15 nəfər qadınla birlikdə “hərbi təlim” keçir. Bu barədə onun rəsmi saytında məlumatlar və fotolar yer alıb. Guya “hərbi təlim”də iştirak edib. Hakopyanın “hərbi təlim”dən paylaşdığı fotolardan açıq şəkildə görünür ki, bu, sadəcə reklam – PR üçün seçilmiş növbəti addımdır. Hakopyan bu addımı əri Paşinyanın, ölkənin təhlükəsizlik şurasının və Ermənistandakı “beyin mərkəzləri”nin məsləhəti ilə atıb. Burada əsas məqsəd erməni əsgər analarının artan narazılıqlarının qarşısını almaqdır. Çünki Ermənistan ordusunda müxtəlif səbəblərdən demək olar ki, hər gün bir əsgər ölür, yaxud öldürülür.

Diqqətçəkən məqam odur ki, Hakopyan “hərbi təlim” keçən keçərkən, eyni vaxtda Ermənistanda könüllülərdən ibarət qoşun yaradılması haqqında qanun müzakirəyə çıxarıldı. Hazırda bu qanun ictimai müzakirəyə verilib. Həqiqətən də Ermənistanda vəziyyət ağırdır, sosial narazılıq, xüsusilə də, orduya olan etimadsızlıq günbəgün artır. Orduya qarşı etimadsızlığın artdığı bir ərəfədə Hakopyanın saxta hərbi təlimlərə cəlb olunaraq erməni qadınlara mesaj verilməsi uğursuz taktikadır.

Hakopyanın srəsmi saytında bir həftə davam etdiyi deyilən “hərbi təlim”lər zamanı onun hər gecə kazarmada yatdığı, müxətlif silahlardan istifadə etməyi öyrəndiyi yazılır.

Amma erməni sosial şəbəkə istufadəçiləri Hakopyanın Qarabağda “hərbi təlim” adı altında istirahətə getdiyini, sadəcə hərbi forma geyinib şəkillər çəkdirdiyini, ucuz reklam oyunları qurduğunu və bununla da, xalqa və erməni əsgər analarına növbəti dəfə hörmətsizlik etdiyini bildiriblər.

Azsiyasət.com

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR