ABŞ-ın Əfqanıstanda 20 ili: 145 milyard doçlar hara xərclınib? - HESABAT

18 avqust, 2021 18:24

ABŞ hökumətinin agentliyi ölkənin Əfqanıstana 20 illik müdaxiləsinin məyusedici portretini cızıb. Bildirilir ki, administrasiya ölkəni yenidən qurmaq üçün gərəkən zamanı düzgün dəyərləndirməyib, Amerikanın ən uzun müharibəsinin kontekstini yanlış anlayıb.

Avqustun 17-də yayılmış hesabatda Əfqanıstanın Bərpası üzrə Xüsusi Baş Müfəttiş (SIGAR) belə bir qənaətə gəlir ki, ABŞ-ın müdaxiləsinin parlaq məqamları da var, uşaq ölümü azalıb, adambaşına ÜDM-də artım qeydə alınıb, savadlılıq səviyyəsi yüksəlib. Amma bu proqresin son 20 ildə Əfqanıstana xərclənmiş 145 milyard dollarla mütənasib olub-olmadığı sual edilir. Axı, məqsəd ABŞ əsgərləri çıxandan sonra Əfqanıstanda davamlı demokratiya qurmaq idi.

Belə bir dəyərləndirmə "Taliban" hakimiyyəti ələ keçirəndən sonra minlərlə əfqanın Kabili tərk etməyə çalışdığı məqamda yayılır. Tənqidçilər ABŞ əsgərlərinin çıxarılmasını dəstəkləyən Prezident Co Bayden administrasiyasını kəskin tənqid edirlər. “Məqsəd arxada bərpa olunmuş və özünü saxlayaraq ABŞ-ın milli təhlükəsizlik maraqlarına təhdid yaratmayacaq ölkə buraxmaq idisə, ümumi mənzərə məyusedicidir”, – xüsusi baş müfəttiş Con Sopko hesabatda yazır.

SIGAR hesabatın 13 illik nəzarət işinə əsaslandığını vurğulayır. Buraya ABŞ-ın indiki və keçmiş, eləcə də digər ölkə rəsmiləri, tərəfdaşlar, podratçılar və ekspertlərlə yüzlərlə müsahibə daxildir. Hesabatın gəldiyi daha bir qənaətə görə, ABŞ hökuməti əfqan kontekstini sosial, mədəni və siyasi baxımdan anlamayıb.

Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan hesabatda Əfqanıstanda yaradılmış irihəcmli resurslarla bağlı deyilənləri vurğulayır. “Yüz milyardlarla dollar xərclənməsinə, xeyli sayda qüvvələrə təlim keçilməsinə, böyük imkanlar, tövsiyə və yardımın təmin edilməsinə baxmayaraq, əfqan təhlükəsizlik qüvvələrinin ayağa qalxıb özü üçün savaşmaq iradəsi yox idi”, – o brifinqdə deyib.

Kabildə Qərbin dəstəklədiyi hökumət yıxılandan sonra Baydenə dəstək reytinqi 7 faiz, yəni 7 aylıq prezidentlik dövründə ən aşağı həddə düşüb. Bunu "Reuters/Ipsos" sorğusu üzə çıxarıb. Avqustun 16-da, Əfqanıstan hökumətinin iflasından sonra keçirilən sorğuya görə, yetkin yaşlı amerikalıların 46 faizi Baydenin işini dəstəkləyir.(azpolitika.info). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR