"Putinizm" və yeni rus ideyası" - Yaxud modernləşdirilmiş "sovet-çar" hibrud doktrinası

19 avqust, 2021 09:23

"L'OBS" jurnalı - Fransa

“Kommunizm Məkkəsi”nə çevrilməmişdən öncə özünü xristian dünyasının “üçüncü Roması” hesab edən Moskva uzun illər sürən böhranları, əzabları, müharibələri, təhqirlərı, intellektual və mənəvi xaosu geridə qoyaraq, SSRİ-nin və sovet kommunizminin dağılmasından iyirmi il sonra, nəhayət ki, könülsüz də olsa, ”yeni rus ideyası” ilə “silahlanmaq” qərarına gəlib.

Bu ideya sərt, yığcam, plastik, ikibaşlı, bəzənsə hətta ziddiyyətli fikirlərlə dolu olan, ”milli dirçəliş” kimi tanıtdırılan və çox vaxt “Putinizm” adlandırılan çoxcəhətli doktrinadır. Necə deyərlər, bu doktrina onun ideya müəllifi və ruhlandırıcısı olan Rusiyanın indiki Prezidenti Vladimir Vladimiroviç Putinin adıyla bağlıdır. 1990-cı illərin demokratik yüksəlişi fonunda bu ideoloji əməliyyat əks-inqliabi görkəm alır.

Uzun müzakirələrdən sonra 2020-ci ilin yayında keçirilən referendumda ”müqəddəs rus”, ”yeni dəyərlər” kimi forma və anlayışlar konstitusiyada öz yerini tapdı. Qəbul olunmuş yeni konstitusiya artıq iyirmi ildir ki, hakimiyyətdə olan Rusiya Prezidentinə 2036-cı ilə kimi Kremldə qalmağa imkan verir. 2036-cı ildə Vladimir Putinin artıq 84 yaşı olacaq...

“Sovet-Çar” hibrid doktrinasının modernləşdirilməsi

2010-cu illərdə başladılmış ideoloji dönüş anını təcəssüm etdirən yeni konstitusiya fundamental mətn olaraq, ikibaşlı məna daşıyan ziddiyyətli sənət əsəri kimi görünür. Beləliklə, Rusiya dövlətinin sovet xarakterli olduğunu təsdiqləməklə və ateist Sovet İttifaqı irsini tərifləməklə yanaşı, yeni konstitusiyaya “bizə öz ideallarını və İlahiyə inamını miras qoymuş əcdadlarımızın xatirəsi” sözləri həkk olunur.

Daha böyük planda bu mətn Rusiyanın “yeni dəyərlərini” müdafiə edir. Əslində isə bu “yeni dəyərlər” “ənənəvi” adlandırılan köhnə mühafizəkar dəyərlərdir. Əlbəttə, bu, birbaşa olaraq, ənənəvi ailə institutunun qorunmasıdır. Konstitusiyada göstərilir ki, nikah yalnız “kişi ilə qadının ittifaqıdır” və bu, qətiyyən homoseksual cütlüyün ittifaqı ola bilməz. Ailə institutunun mühafizəsi Putin rejiminin daha bir sevimli mövzusu olan demoqrafik tənəzzülün dayandırılması ilə birləşdirilir. Beləliklə, Rusiyanın suverenliyini, özünəməxsusluğunu və gücünü təsdiqləmək üçün yeni konstitusiyada göstərilir ki, burada yazılanlar beynəlxlaq hüquq üzərində prioritet təşkil edir. Bu, Rusiyanın möhtəşəmliyinin təbliğinə yönəlmiş və “vətənpərvərlik” adlandırılan yeni ideoloji düşüncədir. Çünki o, bütün tarixi mərhələləri əhatə edir və sovet təbliğat elementləri ilə çarlıq dövrünün dini inancının ayrı-ayrı parçalarının putinsayağı calaq edilməsinin kobud məhsuludur.

Moskvadakı “Karneqi Mərkəzi”ndə çalışan politoloq Andrey Kolesnikov bu mövzuyla bağlı deyir: ”Bu, “Lenin, partiya, komsomol” kommunist triadası ilə Qraf Sergey Uvarovun 19-cu əsrdə Çar I Nikolay dövründə irəli sürdüyü məşhur “pravoslavlıq, mütləqiyyət, xalqçılıq” formulunun yöndəmisiz birliyinə oxşayır”.

Əslində, “yeni rus ideyası” modernləşdirilmiş “sovet-çar” hibrid doktrinasıdır və o, heç də təqdim olunduğu kimi deyil. Bu doktrina siyasi və sosial mənada liberalizmə qarşıdır. Liberalizm isə Qərb, əsasən də Amerika mənşəli ideoloji-sosial cərəyan sayılır.

Liberalizmlə və tənəzzül yaşayan Qərblə toqquşan Rusiya bəyan edir ki, o, “həqiqi dəyərlər” və ”həqiqi Avropa” ideyasını həyata keçirməklə, əslində, Avropanı xilas edir. Yəni demək istəyir ki, Avropa mühacirlərsiz (xüsusən də müsəlmanlarsız) həqiqi xristian ənənələrini və dəyərlərini önə çəkən mühafizəkar bir qitə olmaldır.

Yeni “rus hekayəsi”nin yolu uzun, dolaşıq və nahamar olub. 1990-cı illərdə Rusiya islaholunmaz və kütləşmiş dövlət sosializmindən vəhşi kapitalizmə doğru anarxistcəsinə keçid etmək istəyirdi. Ona görə də ölkə yoxsulluq və dərin iqtisadi böhranlar girdabına girdi.

Dağıdıcı separatçılıq meyllərinin məngənəsində qalan belə bir böyük ölkə Çeçenistandakı qanlı müharibə nəticəsində xaosa qərq olmuşdu. Hətta 1997-ci ildə çarəsiz qalmış rəsmi hökumət “Rossiyskaya qazeta”da mənasız konkurs elan etmişdi. Ölkənin məhvini dayandırmaq üçün ictimaiyyətə “yeni rus ideyası” tapılması təklifi ilə müraciərt olunurdu. Çünki böyük rus filosofu Nikolay Berdyayevin (1874-1948) dediyi kimi, Moskva “Rus ideyası” olmadan yaşaya bilməzdi.

1993-cü ilin oktyabrında dağıdıcı iqtisadi islahatlardan imtina edərək, üsyankar milliyətçi mövqe tutmuş parlamentə tanklardan atəş açılması dönüş anı oldu. Baş verənlərin məntiqi davamı kimi bunun ardınca hakimiyyətə DTK-dan olan Vladimir Putin gəldi. İlk əvvəl Putin, formasından asılı olmayaraq, Rusiyada rəsmi dövlət ideologiyasının bərpa edilməsinə qarşı çıxırdı. Çünki dövlətin yeni başçısı ideoloji uğursuzluğa düçar olmuş sovet rejimində yaşayanlar nəslinin nümayəndəsi idi. O, rəsmi süarlar və reallıq arasındakı uçurumu yaxşı anlayırdı.

Utanmaz və idealist

Ona görə də, Putin hakimiyyətinin ilk illərində hər hansı ideologiyaya güvənməkdən imtina edirdi. Praqmatik olan Putin, həmçinin öz bəlağətini vəziyyətə və auditoriyaya uyğunlaşdırmağı bacaran realistdir. 

Görəsən, doğrudanmı Rusiya Prezidenti riyakarlıq edir və ikibaşlı oyun oynayır?

Putinin ideologiyasının mənbəyi haqqında filosof Mişel Elçannikovun yazdığı essedə Rusiya Prezidenti Dostoyevskinin qəhrəmanı Dmitri Karamazov kimi “geniş qəlbə” malikdir. Yəni o, eyni zamanda həm utanmaz və həm də idealistdir.

Hakimiyyətdə olduğu ilk illərdə liberal hesab edilən Putin indi daha sərt mövqe tutur. O, mühafizəkarlığa doğru dönüş etməyə başlayıb. Kremlin bu dönüşü Ukrayna və Gürcüstanda baş verən qərbpərəst “rəngli inqilablar”ın nəticəsində daha da sürətlənib. Onun belə bir mövqe nümayiş etdirməsi 2010-cu illərdə Rusiyada siyasi etirazların baş qaldıması ilə də izah olunur.

Rus dünyası üzrə tanınmış ekspert Marlen Laurel “Herodote” jurnalında qeyd edib ki, Rusiyanın yeni hakimiyyət fəlsəfəsi kifayət qədər dəqiq olmalıdır. Məhz dəqiq olmalıdır ki, Putin rejiminə şübhə ilə baxanlar təcrid vəziyyətinə düşsünlər və həm də bu fəlsəfə asan anlaşılan olmalıdır ki, buraya daha çox insan qoşula bilsin.

Mühafizəkar inqilab güc struktularındakı avtoritar baxışlı insanlara arxalansa da, onun intellektual nüvəsini irticaçı Rusiyanın dayağı sayılan Pravoslav Rus Kilsəsi təşkil edir. Kilsə Kremlə tabedir və hakimiyyətə xidmət göstərir. Həmçinin, əgər Rusiya Prezidenti əvvəlki kimi çətinliklə üzləşərsə, o zaman DTK-nın keçmiş podpolkovniki nəhəng sovet sistemindən miras qalmış repressiv üsullardan incə şəkildə və məharətlə istifadə etmək ustalığını bir daha nümayiş etdirəcək(tərcümə-azpolitika.info).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR