Paşinyanın beş illik proqramında Qarabağ haqqında nələr var?

19 avqust, 2021 18:02

Xəbər verildiyi kimi, ötən gün Ermənistanın baş naziri rəhbərlik etdiyi hökumətin 2021-2026-cı illər üçün fəaliyyət proqramını açıqlayıb. Bu proqramda təhlükəsizliklə, o cümlədən Azərbaycanla sərhədlərin qorunması ilə bağlı deyilirdi ki, Ermənistan sərhədin “bəzi hissələrindən” hərbi bölmələri çıxaracaq, onların yerinə sərhəd qoşunlarını yerləşdirəcək. Bu da Paşinyanın təqdim etdiyi kimi, “Ermənistan hökumətinin dinc regional gündəmə can atmasının” əlamətidir. Yəni haradakı sülh var, orada sərhədləri ordu yox, sərhədçilər qoruyur.

Lakin Paşinyanın beşillik proqramında elə məqamlar da var ki, bunlar Ermənistanın növbəti beş ildə Azərbaycanla hərtərəfli sülhə gəlmək niyyətlərinin olmadığına dəlalət edir. Bura Azərbaycan ərazilərinin hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan hissəsinə, yəni ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Respublikasının ermənilər yaşayan qisminə aid yanaşma daxildir. Orada deyilir ki, Ermənistan hökumətinin vəzifəsi yaxın illərdə “artsax xalqının təhlükəsizliyinin, Qarabağ münaqişəsinin dinc və hərtərəfli nizamlanmasının təmin edilməsi” olmalıdır.

Və qeyd edilir ki, Ermənistan hökuməti münaqişənin (hansı ki, Dağlıq Qarabağ adlı münaqişə daha mövcud deyil və Azərbaycan 30 il davam etmiş bu münaqişəni hərbi yolla həll edib,-red.) yekun həllini ATƏT-in Minsk Qrupunun rəhbərliyi altında və “Dağlıq Qarabağın statusunun yaxşı məlum olan prinsip və elementlər, o cümlədən öz müqəddəratını təyin etmə” əsasında müəyyən edilməsində görür.

Proqramın digər hissəsində deyilir ki, Qarabağda müharibəsonrası bərpa, iqtisadi həyatın dirçəldilməsi, sosial problemlərin həlli hökumətin diqqət mərkəzində olacaq. Hökumət “artsax hakimiyyəti” ilə əməkdaşlığı dərinləşdirəcək, habelə yeni “əməkdaşlıq standartı” yaradacaq. Habelə bildirilir ki, Ermənistan bundan sonra da “artsax xalqının təhlükəsizliyinin qarantı” olacaq.

Paşinyanın hökumətinin proqramına əsasən “artsaxın və artsax xalqının” təhlükəsizliyini bundan sonra da “Müdafiə ordusu” (Rusiya sülhməramlılarının nəzarəti altındakı ərazilərdə qalan qanunsuz erməni silahlı dəstələri nəzərdə tutulur) təmin edəcək. Eyni zamanda Rusiya sülhməramlı qüvvələrinin regionda iştirakı “ən etibarlı təhlükəsizlik təminatı” kimi qiymətləndirilir.

Beləliklə, bu fəaliyyət proqramına əsasən Ermənistan hökuməti Azərbaycanla yekun sülh danışıqlarında maraqlı deyil və hələ də Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan əraziləri ilə bağlı hansısa planlar, status xəyalları qurur, üstəlik “təhlükəsizliyin təminatçısı” qismində hansısa “Dağlıq Qarabağ müdafiə ordusuna” dəstək verəcəyini göstərir.

Hansı ki, Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə erməni tərəfinə iki ölkə arasında sülh razılaşmasının imzalanması üçün danışıqlar təklif edib. Bu sülh razılaşmasının başlıca şərtlərindən biri heç şübhəsiz ki, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasından keçir. Yəni indiki halda Ermənistan Azərbaycanla sülhün əldə edilməsində maraqlı idisə hökumətin proqramında Azərbaycan ərazilərinin bir hissəsi ilə bağlı o cür müddəalar yer almalı deyildi.

Son aylar Ermənistan rəsmiləri, o cümlədən Paşinyan özü publik çıxışlarında Qarabağ mövzusunda ya ehtiyatlı ifadələr işlətməyə çalışır, ya da bu mövzudan qaçmağa çalışır. Amma indi Paşinyanın hökumətinin fəaliyyət proqramından belə qənaət yaranır ki, Yerevanda heç də Paşinyanın dediyi kimi, “dinc regional gündəmə” can atmırlar.

Azərbaycan ərazilərinin bir hissəsi ilə bağlı iddialarından geri çəkilmirlər və bu da ilk növbədə Ermənistanın özünə çox lazım olan böyük sülhə aparan yolları kəsməkdir(virtualaz.org).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR