Əfqanıstanda uduzan Bayden Rusiyanın üzərinə yeriyir

23 avqust, 2021 00:21

Müəllif: Dmitriy Roy

ABŞ-ın nüvə və raket sənayesi ilə əlaqəli məhsul və texnologiyaların Rusiyaya ixracına əlavə məhdudiyyətlər tətbiq etdiyi bəlli olub. Həmçinin Rusiyanın bəzi odlu silah və döyüş sursatının idxalına məhdudiyyətlər qoyulub. Bunlardan əlavə, Vaşinqton “Şimal axını-2”-nin tikintisinə görə Rusiya vətəndaşlarına və gəmilərinə qarşı sanksiyalar tətbiq edəcək. Bu haqda ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.

Həftə yetərincə gözlənilməzliklə qapanır - ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə. Üstəlik sanksiyalar iki istiqamətdədir - “Şimal axını-2” və silah ixrac-idxalı. Navalnının zəhərlənməsinin ildönümü ərəfəsində buna bənzər addımları gözləmək olardı - bu, Rusiya iqtisadiyyatının ABŞ və transmilli şirkətlərlə hələ də nisbətən rəqabət qabiliyyətini saxlayan sahələrinə zərbə vurmaq üçün əlverişli səbəbdir.

“Şimal axını-2”nın inşası bitmək üzrədir - cəmi 15 kilometr boru çəkilməlidir

Baydenin bu haqda bəyanatında dramatizm ifadə olunur: «Mən Rusiya Federasiyası hökumətinin müəyyən ziyanlı xarici siyasətinin ABŞ-ın milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına yaratdığı qeyri-adi və fövqəladə təhlükə ilə bağlı ölkədə 15 aprel 2021-ci ildə 14024 nömrəli qərarla elan olunmuş fövqəladə vəziyyətlə əlaqədar Rusiyanın enerji daşıyıcılarının ixracı üçün nəzərdə tutulan bəzi boru kəmərlərinə qarşı əlavə tədbirlərin görülməsi haqqında qərar qəbul etmişəm».

Bu cümləni oxuyursan və dərhal həyəcan hiss edirsən. Amerikaya görə. Onun Rusiya qazının həmləsinə tab gətirməyəcək iqtisadiyyatına görə. Düzdür, müəyyən dəqiqləşmələrlə - söhbət Avropaya nəql olunan rus qazından gedir. Yəni, ABŞ şirkətlərinin xarici bazarlar uğrunda mübarizəsindən.

Əslində, “Şimal axını-2” uğrunda mübarizənin bütün məğzi də elə bundadır: onun tikintisi başa çatsa - dəniz dibi ilə çəkiləcək cəmisi ilə 15 kilometrlik yol qalıb, - 2021-ci ilin sonunadək bu kəmərlə Avropa 5,6 mlrd kubmetr qaza ala bilər. Rusiya büdcəsinin götürəcəyi gəlir isə ABŞ şirkətlərinin gəlirlərinin azalması və Avropanın Rusiya enerji daşıyıcılarından asılılığı deməkdir.

Bir sözlə, Avropanı özünün şəriksiz təsir dairəsinə qaytarmağa çalışan Bayden administrasiyası üçün başdan ayağa pis xəbər. ABŞ-da belə bir şübhə var ki, sıxılmış təbii qazı (STQ) mükafatla da sata bilərlər - təki rus qazını almasınlar. Bunun üçün amerikalıların imkanı var - yalnız Avropada siyasi iradə çatışmır. Elə bunu da sanksiyalar vasitəsilə Bayden stimullaşdırmağa çalışır. Əvvəlcə Rusiyaya münasibətdə. Daha sonra isə rus qazı ilə işləyən avropalılarla bağlı.

ABŞ Rusiyadan müəyyən növ silah idxalına məhdudiyyətlər qoyur.

Vaşinqtonun problemi ondadır ki, onun “Şimal axını-2” ilə bağlı təşəbbüsləri Avropada yetərincə ehtiyatlı münasibətlə qarşılanır. Amerikanlar müqəddəs mövzuya toxunurlar - biznesin daha sərfəli qiymətlər olan tərəfə yönəlmək hüququna müdaxilə edirlər. Üstəlik, Avropada qaz biznesi əsl Qordi düyünüdür, burada hər şey bir-birinə sarmaşıb. Və oraya sanksiyalarla soxulmaq yüzlərlə, hətta minlərlə qabarı tapdalamaqdır.

Üstəlik, Rusiya bu tarixçənin başlamasına aparıb çıxaran əsas şərtə əməl edib - qazın Ukraynadan tranzitinə razılaşıb. Yeganə xahişi zəmanət verilmiş tranzit həcminin ona bildirilməsidir. Ancaq bu rəqəm Kiyevdə də, Brüsseldə də, Berlində də yoxdur - odur ki, hələlik Vaşinqtonda da şübhələnirlər: “Şimal axını-2”-nin axırına çıxmaq, yoxsa Moskva üçün müəyyən nəfəslik saxlamaq. Birdən Moskva ilə nə haqdasa sövdələşmək lazım ola bilər.

Rusiya ilə silah idxal-ixracı isə başqa məsələdir. Burada Ağ evin məqsədi daha qətidir: göstəriciləri minimuma endirmək. “ Rusiyanın odlu silah və döyüş sursatlarının bəzi növlərinin idxalına məhdudiyyətlər” formulu yetərincə birmənalıdır - Rusiyanın adi silah sistemləri (əl sistemlərindən artilleriya sistemlərinə qədər) beynəlxalq bazarlardan sıxışdırılıb çıxarılmalıdır.

Soyuq Müharibə qayıdır?

Əgər ordunuz bu silahlardan çox asılıdırsa, istehsal üçün lisenziya alın. Bu isə ilk növbədə hərbi quru qüvvələrinin silahlanmasının əsasını Rusiyanın hərbi-sənaye kompleksinin təşkil etdiyi bir çox MDB ölkəsi üçün problemlər yaradır. İstəyirsiniz - NATO-dakı əməkdaşlarınızla, elə Türkiyə ilə öz nümunələrinizi işləyib hazırlayın, xoşbəxtlikdən, yeni model seçimi genişdir. Və tədricən onlara keçin.

İndiki sanksiyaların digər, daha maraqlı aspekti Rusiyaya “nüvə və raket məhsullarını və texnologiyaların” ixracıdır. O, ikili təyinatı olan malların Amerika hüdudlarından kənara ixracını məhdudlaşdıran 2018-ci ilin “İxracat nəzarətinin islahatı haqqında” ABŞ qanunu ilə sıx bağlıdır.

Soyuq müharibə dövrləri qayıdır. İlk növbədə onunla ki, Moskvanın ikili təyinatı olan texnologiyalara yolunu kəsirlər. Yeni silah nümunələrinin adətən Qərbdən alınan elektron içliyi bundan sonra əlçatmaz olacaq. İstehsal üçün Rusiyanın öz imkanları isə yoxdur. Hər halda hələlik. Amerikanların fikrinə görə, bu, Rusiyanın NATO ölkələrindən texnoloji geriliyini artırmalıdır.

Əslində necə olacaq - başqa söhbətin mövzusudur. İstənilən halda, Moskva üçün sadə olmayacaq. Moskva Qərblə qarşıdurmada Co Baydenin artıq başlatdığı yeni mərhələyə daxil olur.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR