"Rusiyaya bağlı siyasi-hərbi qüvvələr hakimiyyəti devirmək istəyirdilər" - MÜSAHİBƏ

25 avqust, 2021 15:26

Azsiyaset.com Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbərin müsahibəsini təqdim edir: 

- Parlament seçkilərindən sonra Ermənistan parlamentində tez-tez qarşıdurma baş verir. Hətta tərəflər bir-birinə fiziki güc tətbiq etməkdən çəkinmirlər. Hadislərin bu istiqamətdə cərəyan edəcəyi gözlənilirdimi?

- Bəli gözlənilən idi. Çünki Ermənistan İkinci Qarabağ savaşında məğlub olduqdan sonra Rusiyaya bağlı siyasi-hərbi qüvvələr birləşərək hakimiyyəti devirmək istəyirdilər. Lakin xalqın dəstəyini qazana bilmədikləri üçün buna nail ola bilmədilər. Nəticədə də Paşinyanın "siyasi yol xəritəsi"ni izləməli və seçkiyə getməli oldular. Seçkidə də gözlənildiyi kimi məğlub oldular. Ona görə də bu revanşist qüvvələrin təbii ki, Rusiyanın dəstəyini alaraq bu sərt xətti davam etdirəcəkləri bəlli idi. Və bu gün də biz onun şahidi oluruq. Çünki bir tərəfdən mövcud hakimiyyət öz rəqiblərinə qarşı siyasi repressiya aparır, onları müxtəlif yollarla təqib edir. Eyni zamanda Ermənistanın daxili siyasətində həll olunmamış siyasi məsələlər, problemlər var.Ona görə də bunlar hamısı gözləniləndir. Və Ermənistan parlamentinin tarixini də nəzərə alsaq, görərik ki, hələ bundan sonra hadisələr daha da aqressiv, sərt şəkil alacaq.

- Analoji hadisələrin tez-tez təkrarlanması Ermənistanı siyasi böhrana sürükləyə bilərmi?

- Görünən odur ki, əslində Ermənistanda siyasi böhran seçkidən sonra müəyyən dərəcədə həll olunub. O mənadakı erməni xalqı Paşinyanın apardığı siyasətə dəstək verdi. Erməni xalqının əksəriyyəti müharibənin nəticələri ilə barışıb, sülh və sabitlik, inkişaf istəyir. Region ölkələri, o cümlədən Azərbaycan və Türkiyənin təklif etdiyi yol xəritəsi ilə barışır. Diqqət etsək görərik ki, Paşinyan son parlamentdəki çıxışında da bunu bir daha vurğuladı. O anlayır ki, regionda sülh, sabitlik olmadan Ermənistanın inkişafı mümkün deyil. Regionda sülh və sabitliyin olması üçün də qonşu ölkələrin, o cümlədən Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması, kommunikasiyaların açılması lazımdır. Bu səbəbdən Ermənistanda iki baxışın və siyasi görüşün toqquşması gedir. Bu toqquşma bir müddət davam edəcək. Daha da sərtləşə bilər.

- Ermənistan müxalifəti Nikol Paşinyana qarşı aqressiv çıxışlar edirlər. Sizcə müxalifətin müqaviməti nə qədər davam edəcək?

- Ermənistanı biz nə qədər tənqid etsək də, görürük ki, onlarda az da olsa demokratik şərait və siyasi qüvvələr var. Onların arxasında duran biznes və xarici dairələr də var. O baxımdan düşünmürəm ki, Ermənistan müxalifətinin resursları qısa zamanda tükənəcək. Əksinə, Ermənistan müxalifətinin resursları qıraqdan gələn dəstəklə daha da arta bilər. Buna görə də gərginliyin daha da artacağı, sərtləşərək münasibətlərin kəskinləşməsi gözləniləndir.

- Sizcə, Paşinyan rəqiblərini ram edə biləcəkmi?

- Bu elə də asan bir problem deyil. Paşinyan əslində hakimiyyətə gəldikdən bu günədək bu problemi həll etməyə çalışır. Amma həm müharibədə məğlub olması, həm müxalifətin arxasında açıq şəkildə Rusiyanın dayanması, eyni zamanda Ermənistanın Rusiyadan müharibədən sonra asılılığını daha da artması bu məsələni çətinləşdirir. Ona görə də Paşinyan bir tərəfdən buna çalışacaq, digər tərəfdən də Rusiya faktorunu nəzərə almalı olacaq. Bunun üzücü, uzun bir prosesə çevrilməsi ehtimalı getdikcə artacaq(yenisabah.az). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR