Türkiyə onsuz da Əfqanıstana girəcək, ancaq başqa qapıdan...

26 avqust, 2021 16:40

Cəmal Bustani 

Türkiyə artıq öz hərbi kontingentini Əfqanıstandan, Kabil aeroportundan çıxarmağa başlayıb.  Eyni zamanda taliblər Kabildəki Həmid Karzay adına hava limanının fəaliyyətinin təşkilində köməklik üçün Türkiyəyə müraciət edib.

Bu xəbərləri eşidən Türkiyənin bədxahları yaş ovuclarını məmnunluqla  bir-birinə sürtür: “Taliblər Ərdoğanın Əfqanıstanda möhkəmlənmək planlarını necə məharətlə qarışdırdılar!  Vəssalam, daha Ankaranın Kabildə işi qalmadı.  Türkiyənin prezidenti hədəfi vura bilmədi, Bacarmadığı tikəni qoparmaq istəyirdi”. Ancaq çığır-bağır salanlara pis xəbərimiz var: Türkiyənin müharibənin davam etdiyi dövr üçün nəzərdə tutduğu plan başa çatdı. Ankaranın Əfqanıstanda sülhü nəzərdə tutan planının vədəsi yetişdi.  

Hər şey sadədir - şərait dəyişir, ancaq Kabillə Ankaranın bir-birinə münasibətdə qarşılıqlı maraqları dəyişmir. Əgər əvvəllər buna amerikanların Əfqanıstanda mövcudluğu ciddi mane olurdusa, indi həmin maraqların reallaşması üçün bütün şərtlər yaranır. İqtisadi zəminlərlə mübahisə etmək çətindir. Gec ya tez, onlar özlərinə yol açacaq - ona heç kəs mane ola bilməyəcək, lap üç Bayden də gəlsə.

Bədxahların yaş ovuclarını bir-birinə sürtməsi üçün hələ tezdir. Türkiyə hərbçilərinin Kabili tərk etməsi hələ heç nə demək deyil...

Həmid Karzay adına beynəlxalq hava limanı üzərində nəzarət yoxdur - qorxulu deyil. Belə ki, “Lazurit dəhlizi” - əfqanların Heratından başlayıb İstanbulda bitən ümidverici nəqliyyat dəhlizi layihəsi qalır. İstənilən malı Çindən Londona 12 gün ərzində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə dəhlizi ilə çatdırmaq mümkündür.

Bu marşrutdan layihəçilər hələ təzə danışmağa başlayanda o, fantastik və yaxın gələcəkdə həyatakeçməz sayılırdı. Ancaq cəsur layihələr artıq reallığa çevrilir: amerikanların Əfqanıstanı tərk etməsi, Azərbaycanın Qarabağda qələbəsi ilə Lazurit və Zəngəzur dəhlizləri geosiyasətdə yeni səhifə açır, ayrı-ayrı ölkələrin də yox, bütöv bölgələrin inkişafına təkan verir.

Məhz buna görə taliblərin nümayəndəsi Süheyl Şahin “böyük və qardaş islam ölkəsi” adlandırdığı Türkiyədən “Taliban”ın əməkdaşlıq və yardım gözlədiyini deyir. Və məhz buna görə Ərdoğan “Taliban” liderləri ilə şəxsi görüşün mümkünlüyünü nəzərdən keçirə biləcəyinə eyham vurur.

Ankara taliblərlə münasibətləri eyni vaxtda bir neçə mövqedən qurur. “Taliban”ın siyasi qanadı ilə - Dohada sınaqdan keçmiş əvvəlki təmaslar vasitəsilə. Hərbçilərlə - Pakistan vasitəsilə. Və artıq taliblərin rəhbərləri ilə ortaq nöqtələr tapılır.  Məsələn, hərəkatın rəhbərlərindən olan Məhəmməd Naim Vardak bu günlərdə bildirib: “Türkiyə bizim üçün vacib ölkədir, türk xalqı - müsəlman və qardaş xalqdır. Bizim Türkiyə ilə tarixi, sosial və mədəni əlaqələrimiz var və ümid edirik ki, o, bizim xalqımıza və ölkəmizə kömək edəcək “.

 Yeni Əfqanıstanın NATO üzvü olan yeganə müsəlman ölkəsi Türkiyə ilə sıx əlaqələri taliblərin nəzərində ciddi dəlildir. Çünki, indiki Taliban beynəlxalq legitimliyə önəm verir. Yəni, Ankara və Kabilin əməkdaşlığı üçün iqtisadi və siyasi zəminlər yaranıb. Müharibə qapıları bağlanıb - Türkiyə Əfqanıstana sülh qapılarından daxil olacaq.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR