XİN-də attestasiya başlayıb - Sıravi əməkdaşlar işdən çıxarılır, mühüm post tutanlar isə...

04 sentyabr, 2020 17:56

Xarici İşlər Nazirliyində (XİN) baş verən dəyişikliklərdən sonra kadr islahatlarına start verilib. Bu günlərdə nazirin müavini Nadir Hüseynov tutduğu vəzifədən azad edilərək xüsusi tapşırıqlar üzrə səfir təyin edilib. Onun yerinə isə Birinci vitse-prezident Katibliyi rəhbərinin müavini Fariz Rzayev gətirilib.

Azsiyasət.com azpolitika.info-ya istinadən xəbər verir ki, yeni rəhbərlik nazirliyin işçilərinin attestasiyadan keçirilməsi barədə əmr imzalayıb. Bununla bağlı qurumda komissiya yaradılıb, kadrların şəxsi işi, fəaliyyətləri, habelə qohumluq əlaqələri araşdırılır.

Mənbə bildirib ki, attestasiya adı ilə himayədarları olmayan işçilərin XİN sistemindən uzaqlaşdırılacağına dair iddialar var.

"Sıravi heyətin və aşağı vəzifəli işçilərin bir çoxunun "attestasiyadan keçmədi" adı ilə işdən uzaqlaşdırılcağı, yerinə  təhsil və s. sahələrdən gətirilmiş yeni kadrların yerləşdiriləcəyi gözlənilir. Bu isə XİN-də diplomatik sahədə uzun illər çalışmış, peşəkar mütəxəssislərin sayının bir qədər də azalmasına gətirib çıxaracaq"- deyə mənbə bildirib .

Mənbə eyni zamanda attestasiya adı ilə himayədarları olmayan işçiləri XİN sistemindən uzaqlaşdırmaq cəhdinin Prezidentin tapşırığına zidd olduğunu da qeyd edib.

Prezident Cehun Bayramovu Xarici İşlər naziri təyin edərkən bildirmişdi: "Əlbəttə ki, xarici siyasətlə bağlı əsas istiqamətləri mən bu gün bir daha qeyd edəcəyəm. Amma ondan əvvəl demək istəyirəm ki, ilk növbədə, nazirlik sistemində vəziyyət sağlamlaşdırılmalıdır. İlk növbədə, təhlil aparılmalıdır, nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görülməlidir. Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir.."

Ancaq çox təəssüf ki, daxil olan məlumatlar XİN-də aparılması gözlənilən kadr dəyişiklikləri zamanı Prezidentin tapşırıqlarına əməl olunacağına şübhə yaradır. "Məgər vətənpərvərliyi, Vətənə və dövlətə bağlılığı attestasiya ilə müəyyən etmək mümkündür? Belə görünür XİN sisteminin "təmizlənməsi" Prezidentin vurğuladığı kriteriyalara uyğun deyil, kimlərinsə maraqları daxilində aparılacaq"- deyə mənbə qeyd edib. 

 Bu kimi halların isə XİN işçiləri arasında ciddi narazılıq yaratdığı vurğulanır. Çünki nazirlikdə Elmar Məmmədyarov dövründən mühüm post tutan kadrların əksəriyyəti vəzifədə qalsa da, sıravi işçilər “təmizləmə əmliyyatı”nın qurbanına çevriliblər. Prezident İlham Əliyevin XİN-də, səfirliklərdə vətənə xəyanət edən, xarici kəşfiyyatların girovuna çevrilən diplomatlar barədə çıxışını xatırladan mənbə, hələlik onlarla bağlı tədbir görülməməsinə diqqət çəkib.

Politoloq Elxan Şahinoğlu şərhində Xarici İşlər Nazirliyində islahatların zəruri olduğunu bildirib. "Prezident də demişdi ki, xarici siyasət idarəsində biabırçı hallar - korrupsiya, rüşvətxorluq, qohumbazlıq yer alıb. Bütün bu neqativ halların kökünü kəsməklə yanaşı ciddi kadr islahatları aparılmalıdır. Əvvəllər kimin qohumu vardı, XİN-də yerləşdirilirdi, amma əslində savadlı, təcrübəli kadrlar irəli çəkilməli idi" - deyə politoloq vurğulayıb.

E.Şahinoğlu hesab edir ki, səfirliklərdə də "təmizləmə" işləri aparılarkən uzun illər XİN sistemində çalışan peşəkarlara toxunulmamalıdır: 

"Bu sistemdə uzun illər çalışmış təmiz, bacarıqlı əməkdaşlar öz işləri davam etdirməlidir, eyni zamanda yeni kadrlar da cəlb olunmalıdır. Azərbaycan müharibə şəraitindədir, bir sıra ölkələrdən bizə təzyiqlər var. İnformasiya savaşı aparılmalıdır. Bütün bu işləri görmək üçün təcrübəli, peşəkar, vətənə, millətinə bağlı kadrlara ehtiyac var. Səfirliklərimizdə, konsulluqlarımızda uzun illər çalışmış peşəkar kadrları qorumaq lazımdır".

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib