Üçüncü Dünya müharibəsi harda başlayacaq? - ŞƏRH

31 avqust, 2021 13:19

«Üçüncü dünya müharibəsi başlaya bilərmi» sualı son illərdə tez-tez səslənir. Həqiqətən dünyada baş verən kataklizmlər, müharibələr, əzələ nümayişləri, nüvə dövlətlərinin sayının artması gedişatın təhlükəli olduğunu göstərir. “Ərəb baharı” Suriyaya çatdıqda böyük dövlətlərin qarşıdurması daha da gücləndi. Bu halda da “üçüncü dünya müharibəsindən” danışanların sayı artdı. İş o yerə çatdı ki, Roma Papası da “üçüncü dünya müharibəsi” ifadəsini səsləndirmək məcburiyyətində qaldı.

Azsiyaset.com xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, “Üçüncü dünya müharibəsi” ilə bağlı yeni baxış Amerikadan gəldi.

“ABŞ-ın Hərbi-Dəniz Akademiyasının Strateji Təhlillər kafedrasının müdiri Ceyms Holms “The National Interest” dərgisində yayımladığı məqaləsində “üçüncü dünya müharibəsinnin” başlanğıc nöqtəsini fərqli məkanda işarə edib: “Rusiya və Çin Yaponiyaya qarşı ərazi iddiası əsasında bölgədə gərginlik artacaq və bu üçüncü dünya müharibəsinə təkan verəcək”.

Amerikalı alimin sözlərinə görə, Moskva və Pekin Yaponiya torpaqlarının bir hissəsinə ərazi iddiası irəli sürə bilərlər:

“Moskva ilə Tokio arasında Kuril adalarına görə mübahisə davam edir. Bu mübahisə Moskvanı Tokioya qarşı əks-planlar hazırlamağa sövq edir. Bundan başqa Pekin Yaponiyanın Senkaku adasında iddia edir. Aydındır ki, əgər Rusiya və Çin adalara görə Yaponiyaya qarşı vahid cəbhə açarlarsa, Tokionun strateji müttəfiqi ABŞ işə qarışmalı olacaq”.

Amerikalı alim Vaşinqtonun Tokioya dəstəyini artırması vacibliyini bildirib. Onun sözlərinə görə, əks halda Çin Rusiya ilə birgə Yaponiyaya qarşı aqressiyanı gücləndirəcəklər”.

Politoloq deyir ki, Yaponiyanın hər hansı bir dövlətə qarşı müharibə aparmaq planı yoxdur. Buna baxmayaraq, Tokio Kuril adalarının geri qaytarılması siyasətindən əl çəkmir və Pekinin ona qarşı ərazi iddiasını rədd edir. Pekin isə hesab edir ki, Yaponiya İkinci Dünya Müharibəsinin nəticələrindən hələ dərs çıxarmayıb. Yəni Pekinin fikrincə, əgər Yaponiya İkinci Dünya Müharibəsində məğlub olubsa üstündən uzun onilliklər keçdikdən sonra da Tokio hələ də məğlubiyyətin acısını yaşamalı və haqqını tələb etməməlidir.

“Yaponiya keçmiş səhvlərindən nəticə çıxarıb, aqressiv siyasət yürütmür, müharibələrdə iştirak etmir, nüvə dövləti olmağa çalışmır və s. Eyni sözləri Rusiya və Çin haqqında demək mümkün deyil.

Bu arada, bəzi mütəxəssislərin fikrincə, Vaşinqton Moskva ilə münasibətlərdə strateji sabitliyə nail olmağı arzulayır. Ancaq Moskva və Pekinin siyasəti hələ ki, “strateji sabitliyə” imkan vermir. Vaşinqtonda onu da anlayırlar ki, Amerikanın həm Rusiya, həm də Çinlə mübarizə aparması çətindir. Bu siyasət Moskva ilə Pekini bir-birinə daha da yaxınlaşdırır.

Amerika keçmişdə kommunist Çinlə münasibətləri normallaşdıraraq kommunist SSRİ ilə mübarizə aparırdı. Vaşinqtonun 1970-1980-ci illərdə yürütdüyü bu siyasət bəhrəsini verdi, SSRİ dağıldı. İndi isə əksinə, Vaşinqton Çini hədəf seçərək Rusiya ilə münasibətlərdə bütün çətinliklərə baxmayaraq dialoqunu genişləndirməyə çalışır. Ancaq Kreml son illərdə ətrafda o qədər problem yaradıb ki, Vaşintonla dialoq alınmır. Kreml bunun əvəzində Pekinlə müttəfiqliyi gücləndirməyə çalışır. Avqustun 13-də Çində Rusiya ilə birgə hərbi təlimlər başladı. Təlimlərdə hər iki ölkədən 10 min hərbçi və yüzlərlə hərbi texnika iştirak edib”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR