Putinin keçmiş müşaviri: "Bunu Əliyev diktə etdi" - VİDEO

07 sentyabr, 2021 00:15

Rusiya Prezidenti Vladimir Putinin keçmiş müşaviri, politoloq Andrey İllarionovun 44 günlük müharibənin başa çatmasından sonra verdiyi müsahibənin videogörüntüləri sosial şəbəkələrdə geniş yayılmağa başlayıb. Ötən ilin noyabrında verdiyi müsahibəni təqdim etməyimizin səbəbi orada İllarionovun 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları birgə bəyanatla bağlı maraqlı məqamlara toxunması və bunun sosial şəbəkələrdə hazırda ciddi müzakirə olunmasıdır.

"Azsiyaset" axar.az-a istinadla xəbər verir ki, İllarionov Naxçıvanla sərhəddə vurulan Mi-24 helikopterinə aydınlıq gətirib. O bildirib ki, bu, hərbi-nəqliyyat və yaxud digər helikopter yox, məhz Mi-24 hücum maşınıdır.

“Mi-24 Naxçıvanla sərhəddə, Zəngəzurda vuruldu. Sual oluna bilər ki, 102-ci bazanın hücum helikopteri orda nə gəzirdi? 102-ci baza Gümrüdə yerləşir, Türkiyə sərhədində. Zəngəzurda isə nə Türkiyə ilə sərhəd var, nə də bu ərazi 102-ci bazanın əhatə dairəsinə daxildir. Bəs, Mi-24 orda nə gəzirdi?”

Bu suallara aydınlıq gətirən İllarionov iddia edib ki, Mi-24 Qarabağa gedən rus ordusunu müşayiət edirdi. Rus ordusu orada sülhməramlı missiya yerinə yetirəcəkdi:

“Amma niyə Putin sülhməramlı missiyanı Gümrüdə yerləşən 102-ci bazanın əsgərlərinə yox, Qarabağdan 1500 km uzaqlıqda yerləşən Ulyanovskdakı 15-ci motoatıcı briqadaya tapşırdı? Niyə bu ilkin tapşırıq Gümrüdə yerləşən əsgərlərə verilmədi? Gümrüdə yerləşən ordu Laçına daha yaxındır, nəinki Ulyanovskdan gələn əsgərlər. Təbii ki, Putin əvvələcə 102-ci bazanın əsgərlərini sülhməramlı missiyası üçün göndərdi və helikopter onları müşayiət edirdi. Cənab Əliyev də bununla razılaşmadı: Yox, bunlar olmaz! Ermənistan ərazisində yerləşən ordu sülhməramlı ola bilməz! Aydındır ki, rus ordusunu öncədən qəbul edən Ermənistan tərəfi ilə onlar arasında simpatiya və ünsiyyət yaranmışdı. Helikopterin vurulması məhz bunun qəbuledilməzliyinə dair bir işarə idi”.

Onun sözlərinə görə, Putin bu olaydan qəzəblənmədi, əksinə, dedi ki, bağışlayın, 102-ci baza sülhməramlı missiyasını qəbul etməyəcək. Onun yerinə Ulyanovskdan 15-ci motoatıcı briqada gətiriləcək:

“Əlbəttə ki, Ulyanovskdan ordunun Qarabağa gəlməsi daha çox vaxt aparırdı və bu müddət ərzində Azərbaycan ordusu Qarabağda daha nələrsə edə bilərdi. Bu, onu göstərir ki, Azərbaycan müharibədə real olaraq yalnız qalib deyil, həm də diktə edən tərəfdir.

Digər vacib məsələyə diqqət edək: Bəyannamənin bəndlərini məhz Əliyev oxudu, Putin yox! Diqqət edin – Əliyev! Əliyev onu oxudusa, deməli, əsas müəllif də Əliyevdir. Kreml mətbuatı Putin və Lavrovun sənədi işləməsi barədə çox şey yaza bilər. Amma oxuyan Əliyev idi, diktə edən də o idi. Bu onu sübut edir ki, danışıqların əsas şəxsi Əliyev idi. Əliyev öz məqsədinə çatdıqdan sonra Putinlə razılaşdı. Razılaşma olmasaydı, Azərbaycan ordusu Xankəndini ala bilərdi, bu, sual doğurmur. Lakin görünür, Əliyevə bu lazım deyildi. Ona Azərbaycan xalqının simvolu olan Şuşa lazım idi. Şuşanı götürməklə o, əsas strateji yolu götürdü, Qarabağı Ermənistanla birləşdirən yolu ələ aldı. Daha sonra ikinci yolu Kəlbəcəri götürməklə əldə etdi. Bununla da bütün Qarabağı torbaya saldı. Bu, Əliyev üçün bütün Qarabağı ələ keçirməkdən daha vacib, daha sərfəli idi, nəinki bütün Qarabağda Azərbaycan Ordusunun oturması. Ona Qarabağı mühasirəyə almaq lazım idi. Bu mühasirə Ermənistan üçün yox, Rusiya üçün idi. O da bunu aldı və nümayiş etdirdi. O bəyanatı da nə Putin, nə Ərdoğan, məhz Əliyev diktə etdi”.

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR