"Qardaş briqadası"nın yaradılmasının əhəmiyyəti nədir? - ŞƏRH

12 sentyabr, 2021 00:05

Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın yeni mərhələsi inkişaf edir. Dünyada baş verən proseslər fonunda hərbi əməkdaşlığın daha intensiv şəkil alması həm də Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir. Bu barədə “Kaspi” qazetində məqalə dərc olunub. 

Məqalədə bildirilir: "Xüsusilə, Vətən müharibəsindən sonra bölgədəki sabitliyi təmin etmək üçün Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli siyasi, iqtisadi, o cümlədən hərbi cəhətdən münasibətlərin inkişafında maraqlıdır. Bu məsələdə ölkə rəhbərliyinin də iradəsi özünü göstərir. Belə ki, Ali Baş Komandan İlham Əliyevin müvafiq tapşırığına əsasən, Müdafiə Nazirliyi Türkiyənin Milli Müdafiə Nazirliyi ilə qurduğu əməkdaşlıq çərçivəsində ilboyu birgə hərbi təlimlər keçirilir. Məqsəd isə Azərbaycan ordusunun döyüş qabiliyyətini artırmağa, yeni təcrübənin tətbiqinə və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

Bu günlərdə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı yeni açıqlama da iki qardaş ölkə arasında mövcud hərbi əməkdaşlıq baxımından diqqəti cəlb edir. Bu qurumun rəsmisi Pinar Kara qeyd edib ki, Türkiyə və Azərbaycan arasında hərbi sahədə qarşılıqlı əlaqəni təmin etmək, təlim, idarəetmə və icra prinsiplərini uyğunlaşdırmaq üçün “Qardaş Briqada” layihəsi başladılıb. 

O vurğulayıb ki, Türkiyə Azərbaycan Ordusuna dəstək olmaq məqsədilə Ermənistanın işğalından azad edilmiş ərazilərdə minatəmizləmə işlərini davam etdirir: “Türkiyə Silahlı Qüvvələri qardaş ölkə Azərbaycanla hərbi əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə və təlim fəaliyyətini dəstəkləməyə davam edir. "İki dövlət, bir millət" anlayışı ilə kədər və sevinc içərisində bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımızın yanında bütün imkanlarımızla olmağa davam edəcəyik”.

Onu da qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri “Qardaş Briqada” layihəsi çərçivəsində Türkiyədə təlimdə iştirak etmək üçün Gelibolu vilayətinə gediblər.

İki qardaş ölkə arasında “Qardaş Briqada”nın yaradılmasının əhəmiyyəti nədən ibarətdir? Bu layihə bizə nə verəcək? Ümumiyyətlə, Azərbaycan və Türkiyənin bu addımı maraqlı dövlətlər tərəfindən necə qarşılanacaq?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Ruslan İmamquliyev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkəmizlə Türkiyə arasında bir çox istiqamətlərdə, o cümlədən hərbi müstəvidə sıx əlaqələr olub: “Biz 44 günlük müharibədə də bunun verdiyi faydanı görmüş olduq. Təbii ki, bundan sonra da Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlıq davam etdirilməlidir. Bundan əvvəlki illərdə digər ölkələrin nümunələri Azərbaycana tətbiq edilib. Lakin bu günün reallığına uyğun olaraq ölkəmizdə Ali Baş Komandanlıq səviyyəsində qərar verilib ki, Azərbaycan ordu quruculuğunda Türkiyə modelini əsas götürsün”.

Hərbi ekspertin sözlərinə görə, Türkiyə ordu modelinin əsas götürülməsi o deməkdir ki, bu sahədəki əlaqələr daha da inkişaf etdirilməlidir: “Bir sözlə, hərbi təlimlərin keçirilməsi, hərbi təhsil sahəsində, o cümlədən müdafiə sənayesinin inkişaf etdirilməsi baxımından Azərbaycan, Türkiyə və Pakistanla olan əlaqələrin inkişafı olduqca vacibdir. Ümummilli lider Heydər Əliyev təsadüfən “Bir millət, iki dövlət” fikrini səsləndirməyib. Məhz “Bir millət, iki dövlət” prinsipi çərçivəsində regionda söz sahibi ola bilmək üçün Azərbaycan və Türkiyə orduları mütəmadi olaraq ortaq təlimlər keçirir, müştərək beynəlxalq əməkdaşlıq əməliyyatlarında iştirak edirlər. Biz bunun bariz nümunəsini Əfqanıstanda Kabil hava limanının qorunmasında Türkiyə ilə Azərbaycanın ortaq fəaliyyətində gördük”.

R.İmamquliyev qeyd etdi ki, Azərbaycanın Türkiyə ilə sıx əlaqələri silahlı qüvvələrimizin tək regionda deyil, dünyadakı ordular sırasında yer alması üçün əhəmiyyətlidir: “Ola bilsin ki, bu gün bu prosesin reallaşması bizə bir qədər uzaq görünə bilər. Amma unutmayaq ki, Türkiyə ordusu bu gün bütün dünyada ən güclü ordulardan biridir. Dünyada sözünü deyən bir ordu ilə eyni qanı daşımaq, eyni adət- ənənəyə sahib olmaq, müştərək təlimlərdə iştirak etmək o deməkdir ki, Azərbaycan, sadəcə regionda deyil, dünyada sözünü deyə bilən ordular sırasına addım-addım yaxınlaşır və baş verən proseslər buna bir işarədir”.

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"