Mövlud Çavuşoğlu Fransa prezidentini rüsvay etdi - “Aşağılandı və isterikaya qapıldı”

06 sentyabr, 2020 18:45

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabrın 4-də Fransa prezidenti Emmanuel Makronu tənqid atəşinə tutub və bu zaman onun ünvanına xoşagəlməz ifadələr işlədib.

Azsiyasət.com saytı azpolitika.info-ya istinadən xəbər verir ki, Çavuşoğlunun sözlərinə görə, Fransa lideri Liviya və Suriya böhranlarının inkişafına və Şərqi Aralıq dənizində sərhəd məsələsinə görə, «isterikaya qapılıb». NATO üzrə nominal müttəfiq dövlətlər olan Türkiyə və Fransa arasında münasibətlər Suriya, Liviya böhranlarına yönəlik fikir ayrılığına və Şərqi Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasındakı mübahisəyə görə kəskin şəkildə pisləşib.

Ankara Parisi Liviyada üsyançı marşal Xəlifə Həftarı dəstəkləməkdə günahlandırır. Həftar bu ölkədə BMT tərəfindən tanınmış Milli Razılıq Hökumətinə (MRH) qarşı silahlı mübarizə aparır. Türkiyə isə Tripolidəki bu qanuni hökuməti dəstəkləyir.

“Liviyada onlar (Fransa hakimiyyəti - Red.) üsyançı Həftarı dəstəklədilər və ciddi səhvə yol verdilər. Hər şey dəyişdi, balans yerindən oynadı, Həftar məğlubiyyətə uğradı, Makron isə isterikaya qapıldı” - deyə, Çavuşoğlu Ankarada jurnalistlər qarşısındakı çıxışında bildirib.

Onun sözlərinə görə, Türkiyə Fransanın Həftarla birlikdə Tripolini ələ keçirmək ümidini qırdı və bu məsələdə Faiz Səracın başçılıq etdiyi MRH-ə hərbi dəsək verdi.

“Bu isterika ilə o (Makron), nə edəcəyini bilmədi. Bundan dərhal sonra dedi ki, guya bizim gəmilər onların gəmilərini Şərqi Aralıq dənizində təqib ediblər. Amma bunu sübut edə bilmədilər və Makron aşağılanmış oldu” - Çavuşoğlu bəyan edib.

Bunun ardınca Çavuşoğlu bildirib ki, Fransa Şərqi Aralıq Dənizində Yunanıstanı ən çox təxribatlara təhrik edən ölkədir. O, bölgəsəl sabitlik xatirinə Parisi Ankara ilə əməkdaşlığa çağırıb.

“Belə isterik davranışa ehtiyac yoxdur – bu, gülməli görünür. Biz ikimiz də NATO üzvüyük” - deyə, Çavuşoğlu fikrini tamamlayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR