Türkiyə-Ukrayna: Moskvaya rəğmən...

18 sentyabr, 2021 00:03

Müəllif: Dmitriy Roy

Türkiyənin "Aselsan" şirkəti və «Ukrspeseksport» Uraynanın bəzi hava hücumlarından müdafiə (HHM) komplekslərinin yenilənməsi ilə bağlı müqavilə imzalayıb. Razılaşma çərçivəsində Kiyev həm də HHM qoşunlarının idarə olunmasının yenilənmiş sistemini əldə edəcək.

Ankara və Kiyevin hərbi-texniki əməkdaşlığına dair bu tip məlumatlara son vaxtlar xəbər lentlərində tez-tez rast gəlinir. Türkiyə Ukrayna silahlı qüvvələrinin modernləşməsini öz hamiliyinə götürür və onun hərbi-sənaye kompleksinə ikinci həyat bəxş edir.

İstanbulda Ukrayna Hərbi Dəniz Qüvvələri üçün ilk korvetin inşasına başlanılıb

İstanbulun gəmiqayırma tərsanəsində Ukrayna Hərbi dəniz qüvvələri (HDQ) üçün ilk yeni tipli korvetin inşasına başlanılıb. O, silah və digər sistemlərin quraşdırılması üçün 2022-ci ildə Kiyevə təhvil veriləcək silah isə böyük ehtimalla “dəniz-yer” tipli qanadlı raketlərin yenilənmiş kompleksi olacaq. Gəmi 2024-cü ildə Ukrayna HDQ-nin tərkibinə qatılacaq.

Türkiyə və Ukrayna həmçinin Rusiyanın Mi-17-lərinin təmiri uçun Türkiyə ərazisində bazanın yaradılması ilə bağlı çərçivə razılaşması imzalayıb. Teknik A.Ş şirkəti «Ukrspeseksport» dövlət konserni ilə birlikdə həm türk operatorların, həm də kənar ölkələrin maşınlarını təmir edəcək.

Ukraynanın türk operatorlarının helikopteri ilə iş təcrübəsi artıq var. Belə ki, 2018 ildə ölkə Türkiyə jandarmasına məxsus 17 ədəd Mi-17 helikopterinin təmiri və yenilənməsi üçün 40 milyon dollar dəyərində müqavilə əldə edib. Türkiyənin helikopterlərinin təmirini “Morot siç” şirkəti ilə birgə “Aviakon”un mütəxəssisləri yerinə yetirib.

Ukrayna Mi-17 helikopterlərinin modernləşdirilməsi üzrə sifariş alıb

O da əhəmiyyətlidir ki, Mi-17 dünyada ən kütləvi helikopter sayılan Mi-8MT-nin ixrac üçün modifikasiyasıdır. 1965-ci ildən biri Mi-8-in 13 mindən çox modifikasiyası inşa olunub.

Əlbəttə, qısa müddətdə silah bazarının əfsanəsinə çevrilmiş “Bayraktar”ları da unutmaq olmaz. 2019-cu ildə Ukrayna Türkiyədən Bayraktar TB2-in 6 dronunu və 3 yerüstü idarəetmə qurğusunu əldə edib. Daha bir PUA kompleksi Ukrayna HDQ-niə bu ilin iyulunda verilib. Üç kompleks isə Kiyevə 2022-ci ildə çatdırılacaq.

Bu yay baş vermiş bir hadisənin vacibliyini dəyərləndirmək çətindir. İstanbulda IDEF 2021 beynəlxalq silah sərgisində Ukraynanın sənayenin strateji sahələrinə dair məsələlər üzrə naziri Uruski və Türkiyə kosmik agentliyinin rəhbəri Yıldırımın görüşü baş tutub. Onların söhbətinin mövzusu raket daşıyıcıları, kosmik aparatlar, o cümlədən kəşfiyyat peykləri sahəsində əməkdaşlığın yüksəldilməsi olub.

"Bayraktar"sız hərbi əməkdaşlıq olar?

Burada qarşılıqlı fayda bəllidir. Əgər Türkiyə özünün kosmik proqramına nisbətən yeni başlayıbsa, təcrübəsi isə peyklərin və layihələşmiş hibrid mühərriklərin istehsalı ilə məhdudlaşırsa, Ukraynada vəziyyət fərqlidir. O, Sovet təcrübəsi sayəsində raket daşıyıcılarının inşası texnologiyalarına malikdir. Və Ankaraya birinci mərhələni yerinə yetirmək - 2023-cü ildə Aya pilotsuz aparat göndərmək üçün məhz həmin texnologiyalar çatışmır.

İstənilən bu səviyyəli yüksək texnologiyalarda olduğu kimi, burada hərbi məqam da var - Türkiyə Ukraynanın köməyilə raket daşıyıcılarını inşa etməyi öyrənməklə həm də orta və uzaq məsafəli ballistik raketlər istehsal etməyi öyrənəcək.

Moskva bu cür istənilən məlumata əsəbi reaksiya verir. Və əgər yaxınlara qədər buna elə də ciddi yanaşmırdısa, artıq qıcıqlandığını gizlətmir. Ancaq Ankarada bunu görməməyə üstünlük verirlər, Kiyev isə açıq-aşkar sevinir: Kremldə elə bilirdilər biz Rusiyasız batacağıq? Heç də o cür deyil.

İlk baxışda, hazırda Türkiyə üçün Ukrayna Sovet layihələrinin böyük arxivinə malik olan baxımsız elmi-tədqiqat institutudur. Ancaq bu, çox səthi mülahizədir. Əvvəla, Ankara Kiyevə hərbi-texniki əməkdaşlıq məsələlərində istehsal kooperasiyasını təklif edir.

İkincisi, münasibətlər hərbi məqamlarla məhdudlaşmır. Çoxları bilmir ki, 2017-ci ildə Qətərə qarşı blokada elan olunandan sonra Doxanın supermarketlərində piştaxtalar boşalanda Türkiyənin strateji müttəfiqini yardımına İrandan başqa Ukrayna da gəldi. Bir neçə ay ərzində Qətər böyük həcmdə Ukrayna məhsulları ilə təchiz edildi.

Ukrayna ərzaq təchizatı keçirməklə Qətəri blokadadan necə çıxardı?

İqtisadi təmaslar da az əhəmiyyət daşımır. Əgər 2018-ci ildə ölkələr arasındakı mal dövriyyəsinin həcmi 4 milyard dollar idisə, 2020-ci ildə ikitərəfli ticarət 5 milyard dollara yüksəldi və artmaqda davam edir. Düzdür, Ukrayna Türkiyəyə praktik olaraq mədən və ya bitki xammalı, həmçinin birincili yarımfabrikatlar göndərir - çuqun külçəsi, taxıl və toxumlar təchizatın 70 faizini təşkil edir. Türkiyə isə geniş Ukrayna bazarını inamla mənimsəyərək daha çox maşınqayırma, kimya və yüngül sənaye məhsulları ixrac edir.

Yekunda iqtisadi münasibətlərin və hərbi-texniki əməkdaşlığın möhkəm özülündə siyasi əməkdaşlıq da yaranır. Krım məsələsində Ankaranın mövqeyi birmənalıdır: «Türkiyə Krımın Rusiya tərəfindən qanunsuz işğalını tanımır və tanımayacaq, Ukraynanın ərazi bütövlüyünü müdafiə edəcək». Bu yaxınlarda Kiyevdə keçirilmiş “Krım platforması” ilə bağlı isə Rəcəb Ərdoğan daha sərt çıxış edərək bildirdi ki, müntəzəm əsaslarla keçirilən bu beynəlxalq tədbir «qanunsuz işğal edilmiş Krımın azad olunması işində əməli vasitəyə çevriləcək».

Moskvanın heç bir səyi, Türkiyəni “dadlı” iqtisadi layihələrlə cəlb etmək cəhdləri Ankaranı indiki mövqeyindən çəkindirə bilməyəcək. Ukrayna Türkiyə tərəfi üçün Moskva ilə bərabər səviyyədə oyun aparmağa imkan verən dəlildir. Və Rusiya Türkiyənin İdlibdəki, Qarabağdakı və digər münaqişə nöqtələrindəki “qırmızı cizgilər”ini keçməyə nə qədər çox çalışsa, Ankara ilə Kiyevin münasibətləri də bir o qədər möhkəm olacaq. Moskvaya rəğmən.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR