Tehran keçmiş səfirin dili ilə mesaj verir

18 sentyabr, 2021 15:38

İranın yeni hökumətinin elan etdiyi siyasət İranın Azərbaycana xarici siyasi yanaşmasını dəyişməyə imkan verir və Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması, bank, energetika, ticarət sahələrində çoxvədli əməkdaşlığın inkişafının, Xəzər dənizində qarşılıqlı fəaliyyətin təmin edilməsi kimi tədbirləri də əhatə edə bilər. Bu barədə İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pak Ayinin məqaləsində deyilir. Məqalə diplomatik missiyanın saytında dərc olunub.

Eyni zamanda iranlı diplomat hesab edir ki, "bəzi transregional oyunçular, etnomərkəzçilər və onlara bağlı KİV son həftələrdə iki ölkə arasında münasibətlərin zəifləməsi məqsədilə anlaşılmazlıq yaratmağa çalışıblar".

“Təəssüf ki, bəzən Azərbaycan Respublikasının bəzi az sayda kütləvi informasiya vasitələri bu oyunun yoluna çıxıblar və əsaslandırılmamış xəbərləri dərc etməklə düşmənə fürsət veriblər ", - deyə diplomat gileylənib.

Bununla yanaşı, o, İran yük maşınlarının Qarabağa daşımalarını inkar etməyə çalışır.

"İran hakimiyyətinin dəfələrlə inkar etdiyi,  bu ölkənin yük maşınlarının Qarabağ regionunda olması problemi həmin KİV-in iki ölkə arasında münasibətlərin zəifləməsinə yönəlmiş cəhdlərindən biridir. Bu təkrarlanan xəbərlərə istinadların əksəriyyəti kiberməkanda dərc edilmiş, etibarsız və xəbər dəyəri olmayan kontentə aiddir. Başqa sözlə, qeyri-formal və qeyri-hökumət kanallarından sitat gətirilməsi və iki ölkə arasında münasibətlər əleyhinə təbliğat əsasən bədxahlar tərəfindən  ortaya çıxır və iki ölkə arasında artan münasibətlərin xeyrinə deyil", - Mohsen Pak Ayin yazır.

Dağlıq Qarabağ problemilə bağlı İran İslam Respublikasının mövqeyi, xüsusən də inqilabın ali liderinin bununla bağlı bəyanatları tamamilə prinsipialdır və beynəlxalq standartlara uyğundur, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və İranın münasibətləri inkişaf etdirmək iradəsini nümayiş etdirir, Mohsen Pak Ayin vurğulayıb.

"Azərbaycan Respublikasının dost və qardaş hökumətinin ölkənin kütləvi informasiya vasitələri üzərində öz nəzarətini gücləndirəcəyi və strateji münasibətlərin pozulmasına yol verməmək üçün hər iki tərəfin iki dövlət arasında dostluq münasibətlərinə qayğı göstərəcəyi gözlənilir", - diplomat fikrini yekunlaşdırıb. 

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR