"Azərbaycan Qarabağ probleminin həllində BMT-nin rolunu öz üzərinə götürdü" - Lyuk Koffi

20 sentyabr, 2021 00:12

Türkiyənin Prezident Administrasiyası “Türkiyənin Beynəlxalq Nizama Baxışı” adı altında bir sıra mütəxəssislərlə görüş keçirib.

"Azsiyaset" xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Görüş zaman Duqlas və Sara Allison Xarici Siyasət Mərkəzinin direktoru Lyuk Koffi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası öncəsi Əfqanıstandakı vəziyyəti, Türkiyənin bölgədəki əhəmiyyətini və BMT-də islahatları analiz edib.

Son 5-6 ildə Türkiyənin Orta Asiya, Qafqaz və Əfqanıstanda təsirinin artdığını vurğulayan Koffi münasibətlərdə mövcud problemlərə baxmayaraq, Ankaranın NATO-dakı rolunun ABŞ-a böyük fayda verdiyini qeyd edib.

 

O, Türkiyə ilə ABŞ-ı birləşdirən faktorların onları parçalayanlardan daha çox olduğunu vurğulayıb: “Türkiyə Əfqanıstanda ABŞ üçün rol oynaya, ABŞ-ın “Taliban”a qarşı maraqlarını dəstəkləyə bilər”

Koffi BMT-nin beynəlxalq siyasətdəki rolunu və təşkilatın islahata ehtiyacını da qiymətləndirib.

Bu gün vacib beynəlxalq problemlər qarşısında BMT-nin rolu ilə bağlı çox optimist olmadığını ifadə edən ekspert dövlətlərin milli maraqlarına diqqət yetirdiklərini və dünyada bir çox vacib və mübahisəli mövzularda fikir birliyinin olmadığını qeyd edib.

“Bir il əvvəlki Qarabağ Müharibəsinə baxa bilərik. Bu müharibədə Azərbaycan, demək olar ki, 30 illik uğursuz BMT və ATƏT prosesindən sonra 90-cı illərdə qəbul edilən dörd BMT qətnaməsini özü həyata keçirməyə məcbur oldu. BMT Qarabağ məsələnin həll edilməsində istəksizlik və ya könülsüzlük göstərdi”, - deyə o qeyd edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR