"Həbs olunan icra başçılarının himayədarı idi" -Savadsız kadrlar onun gözünün işığı idi

08 sentyabr, 2020 10:32

“Əli İnsanovun son müsahibəsində bu fikirlər diqqətimi çəkdi: "Yeni gələn kadrlara mən fikir verirəm, heç bir təcrübəsi olmayan, öz sahələrindən belə başı çıxmayan, heç bir şey edə bilməyəcəkləri də bəri başdan bəlli olan bir yeni qruppadır." Əli İnsanov nəslinin kadrları ölkəyə korrupsiya, dövlətin qanunlarına saymamazlıq, yekəxanalıq, mədəniyyətsizlik gətiriblər”.

Asiyasət.com xəbər verir ki, bunları tanınmış təhsil eksperti, deputat Etibar Əliyev sabiq səhiyyə naziri Əli İnsanovun son müsahibəsinə münasibət bildirərkən yazıb.

Deputat özünün “Feysbuk” səhifəsində paylaşdığı yazısında daha sonra qeyd edir: 

“Əli İnsanovun 12 il rəhbərlik etdiyi səhiyyə sistemi korrupsiya, yerlibazlıq, istedadlı kadrların vurulması ilə bataqlığa yuvarlandı. Feodal təfəkkürlü Ramiz Mehdiyevin heç bir elmə və standarta söykənməyən kadr siyasəti, əlləm-qəlləm işləri ölkədə savadlı insanların əlini işdən soyutdu. Həbs olunan icra başçılarının himayədarı idi. Savadsız kadrlar onun gözünün işığı idi. Onun himayə etdiyi, lakin işdən azad olunmuş icra başçıları indi də toplaşıb dövlətin əleyinə iş aparırlar. Əli İnsanov nəslinin şanlı kadrlarından biri Azərbaycan təhsil sistemini yerlə-yeksan etdi. Məktəb direktoru, maarif müdiri vəzifələrinin qiymətini 11-ci sinif şagirdləri də bilirdi. Cümhuriyyətdən miras qalmış Bakı Dövlət Universiteti gözəl tostlar deyən birinin rəhbərliyi ilə kollec səviyyəsinə endirildi. Biri Pedaqoji Universitetdə artıq türk tələbələrdən rüşvət tələb edəndə Türkiyə səfirinin işə qarışmasından sonra vəzifədən kənarlaşdırıldı. “Narxoz”, AZİ korrupsiya yuvasına çevrilmişdi. Vergi cəlladı Fazil Məmmədovun əlindən ölkədə sahibkar qalmadı. Az qala Əli Həsənovu unutmuşdum. Adam savadsızlığı və ambisiyası ilə ölkə mətbuatını 100 il geri atdı. Bunlarımımı deyirsiniz?! Mən ölkəni yağmalayan, onun inkişafına mane olanların hələ bir neçəsinin adını çəkdim”. 

E.Əliyev yazısını hazırkı komanda haqda fikirlərini qeyd etməklə yekunlaşdırır: 

“İndiki kadrlar birmənalı şəkildə rüşvətxorluqdan uzaq, yüksək təhsil görmüş, sizlər kimi yalançı sədaqətdən danışmayan insanlardır. Postsovet məkanına diqqət edin: yalnız bizdə keçmiş korrupsionerlər islahatlara müqavimət göstərirlər. Qalan respublikalarda belə insanlar tamailə siyasi səhnədən siliniblər...”

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR