Paşinyan BMT-də çıxış etdi - Ermənistanda narazılıq yarandı

25 sentyabr, 2021 13:52

Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda etdiyi çıxışı ölkəsində narazılıqla qarşılanıb. 

"Azsiyaset" xəbər verir ki, yerli media ölkə başçısının fikirlərini qənaətbəxş hesab etməyib.

Siyasətçilər isə Ermənistanı uçuruma yuvarlayan rəhbərin hansı üzlə BMT sessiyasında çıxış etdiyini sual edirlər.

Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan ölkənin və xalqının gələcək taleyindən narahat olduğunu göstərən fikirlər səsləndirib. O Paşinyanın dünyanın diqqətlə izlədiyi sessiyadakı onlayn çıxışını tənqid edib.

- BMT Baş Assambleyasının sessiyasında dünyanın yeganə kapitulyatorunun (Nikol Paşinyan-red.) çıxışı bir daha bunu göstərdi ki, o, ölkənin gələcəyini məhv edib.

Ermənistan parlamentinin sabiq deputatı Vahan Babayan da paşinyanın çıxışını mənasız sayıb. O yaxın gələcəkdə ölkəsi adına müsbət heç nəyin baş verməyəcəyini düşünür.

- Kapitulyator 9 noyabr sənədini BMT -də qanuniləşdirəcək və erməni xalqının baş verənlərlə barışdığını bütün dünyaya sübut etməyə çalışacaq.

O yenə də özünün "inqilabı" üçün ucuz reklamla məşğul olacaq və əvvəlki sələflərini tez-tez tənqidlərlə xatırlayacaq. Həmçinin sponsorlarının təşəbbüsü ilə Rusiyanın "bağına" daş atacaq.

Ancaq maraqlı olan budur ki, indi "qərb layihəsi" deyilən proseslər artıq İrəvanın qapısı önündədir və o insanları küçələrə çıxmağa sövq edir. Yeni hadisələr gözlənilir, Ermənistan yeni kapitulyasiya ərəfəsindədir.

Politoloq Robert Marqaryan isə deyir ki, Paşinyanın beynəlxalq aləmə hesablanmış çıxışları ilə bağlı ilk və bəlkə də yeganə müsbət məqam bu oldu ki, o 3 il yarımdan sonra nəhayət belə tədbirlərdə tərcüməçinin köməyi ilə erməni dilində siyasi mesajlar göndərməyin lazım olduğunu anlayıb.

- Belə normaldır, nəinki keyfiyyətsiz və anlaşılmaz ingilis dilində danışmaq ola.

Amma o Azərbaycan Prezidentinin dünən təqdim etdiyi 40 dəqiqəlik çıxışı-mesaj və ittihamlarına cavab olaraq qeyri -kafi və çox zəif görünürdü... Hətta səs tonu da düşmən qarşısında məğlub olan bir lider təəssüratı yaradırdı.

Kapitulyantın dediyinə görə, düşmən Sotk-Xoznavar ərazisində Ermənistan respublikasının suveren ərazisinə "girib" və o qüvvələri geri çəkməyi təklif etdi. Ancaq düşmənin Sünikin Vorotan sektoruna daxil olması haqqında bir söz deyilmədi...

Hər iki halda əsaslandırma Sovet dövründən miras qalmış sərhəddirsə, niyə bir halda qoşunların çıxarılmasını tələb edir, digər halda isə ərazini Azərbaycan adları ilə adlandırır?

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı videoformatda çıxış edib. Onun bir sıra fikirləri, o cümlədən “Ermənistan regionda dayanaqlı və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq konstruktiv dialoqa hazırdır” deməsi müxalifyönlü mediada tənqidlə qarşılanıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR