Qarabağın işğaldan azad olunması regiona nə verəcək? - Batiaşvili şərh edir

27 sentyabr, 2021 20:21

Biz bir neçə gün Azərbaycanda olduq, işğaldan azad edilmiş əraziləri gəzdik. Qarabağda xarabalığa çevrilmiş kəndləri gördük. Mən orada gördüklərimdən dəhşətə gəldim. İllər ərzində Qarabağda bütün tikililər, hətta yollar dağıdılıb. Bu əraziləri ürək ağrısı olmadan izləmək olmur.

"Azsiyaset" xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Azərbaycanda səfərdə olmuş Gürcüstanın Rondeli Fondunun Yaxın Şərq üzrə mütəxəssisi Zurab Batiaşvili söyləyib.

Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində hazırda mühüm işlər görülür:

“Biz gördük və bir daha əmin olduq ki, Azərbaycan çox güclü dövlətdir. Azərbaycan xalqı çalışqan və güclü, möhkəm iradəyə malik olan bir xalqdır. Biz Şuşada da olduq. Şuşanın bərpası istiqamətində görülən işlər, bölgədə yaradılan yeni infrastruktur hamı kimi, bizim də xoşumuza gəldi. Şuşada aparılan bərpa və yenidənqurma işləri çox heyranedici idi. Qısa bir zamanda çox böyük işlər görülüb.

Z.Batiaşvili deyib: “Bu da, onu deməyə əsas verir ki, Azərbaycan Qarabağın bütün bölgələrini gözəl məkana çevirəcək. Əminəm ki, Azərbaycan o bölgəni çox gözəl məkana çevirəcək. Düzdür bu bir günə, bir aya başa gələn işlər deyil. Bu gün artıq Azərbaycan dövləti bölgədə quruculuq işlərinə başlayıb. İnanıram ki, çox yaxın vaxtlarda həmin xarabalıqlar cənnət bir məkana çevriləcək”.

Zurab Batiaşvili onu da deyib ki, Azərbaycanın öz gücünə torpaqlarını işğaldan azad etməsi bütün regionun inkişafına təkan verəcək.

“Əgər bir qonşunda alov, atəş varsa, bu sənin üçün də problem yarada bilər. Əgər kimsə bu atəşi, alovu söndürübsə, bu, sənin də xilasın deməkdir. Azərbaycanın öz torpaqlarını azad etməsi həm də bizim inkişafımıza təkan verəcək”, – deyə Batiaşvili vurğulayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR