"İran İsraillə Azərbaycanın yaxınlaşmasından narahatdır" - Analitik

28 sentyabr, 2021 17:17

"İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib ki, İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər bütün bölgənin sülhü və sabitliyi üçün həyata keçirilir. Ancaq bu, Prezident İlham Əliyevin haqlı iradlarına arqumentli və məntiqli cavab hesab oluna bilməz".

Sfera.az xəbər verir ki, bunu siyasi analitik Samir Feyruzov deyib. Analitik sərhəddə sülhə təhdid kimi İran hərbi təlimlərini göstərib:

"Azərbaycanla sərəddə sülhü təhdid edəcək yeganə amil İranın əsassız hərbi təlimləridir. Əslində isə rəsmi Tehran İlham Əliyevin aşağıdakı haqlı suallarına cavab verməyi bacarmayıb:

- İran Ermənistanın işğalı dövründə niyə hərbi təlimlər keçirmirdi?

- Niyə ermənilər Cəbrayıl, Zəngilan və Füzulidə olarkən heç bir təlim keçirilmirdi?

- Niyə bütün bunlar biz bu torpaqları azad edib, 30 illik əsarət və işğala son qoyandan sonra edilir?

İran XİN-in sözçüsü daha sonra əsl "niyyət sandığı"ndakı mətləblərdən birini açıqlayaraq deyib: "İran Respublikası öz sərhədləri yaxınlığında sionist rejimin (İsraili nəzərdə tutur) varlığına dözməyəcək və təhlükəsizlik tədbiri olaraq hər şeyi edir".

Göründüyü kimi, neofars despotizmi əslində bu açıqlama ilə Azərbaycanın xarici siyasətinin hüdudlarına müdaxilə edir. İsrail-Azərbaycan arasındakı əsl dostluq münasibətləri İranı qane etmir və bundan qıcıqlanır. İsraillə dostluq münasibətlərinin yaradılması Azərbaycanın müstəqil seçimidir. Birincisi, İsrail qondarma "erməni soyqırımı"nı tanımır. İkincisi, erməni hücumlarından ən çox əziyyət çəkən xalqlardan biri də məhz yəhudilərdir. Üçüncüsü, hər bir dövlət öz maraqları çərçivəsində siyasət həyata keçirir və İsrail həmişə ölkəmizin regionda və dünyadakı ədalətli mövqeyinə öz siyasi dəstəyini ifadə edib. İsrail təkcə "biz Azərbaycanın ərazi bütövlyünü tanıyırıq" bəyanatı ilə kifayətlənməyib və İran kimi ölkəmizin təhlükəsizliyinə təhdid yaradacaq məkrli planlar qurmayıb".

S.Feyruzov İranın İsrailin Azərbaycan və Türkiyə ilə münasibətlərinin istiləşməsindən narahat olduğunu qeyd edib:

"Rəsmi Tehran Azərbaycanın İsrail və Türkiyə arasındakı münasibəltərinin istiləşməsindən dərin narahatlıq keçirir. Rəsmi Tehran daha da məntiqsiz açıqlama ilə İraildən gələn təhlükəni Azərbaycan üzərindən görür. Lakin adi məntiq belə, İsrailin Azərbaycan üzərindən İrana hücum edə biləcəyi ehtimalını rədd edir. Görünür, coğrafi və siyasi blokada şəraitinə düşən İran "saman çöpündən yapışmağa" başlayıb və bu "saman çöpü" də onlar üçün sərhəddəki hərbi təlimlər keçirməkdir.

Rəsmi Tehranın Qarabağdakı terrorçulara göndərilən yardımlarla və yük maşınları ilə bağlı Prezident İlham Əliyevin sərrast iradlarına isə cavab verməyə cəsarəti çatmayıb. Bu məsələ bir daha sübut edir ki, Qarabağdakı terrorçulara yardım edən İranın bu istiqamət gətirdiyi bütün bəhanələr əsassızdır. Problemin qoyuluşu isə belə olmalıdır: "İran terroru dəstəkləyir" və hətta bunu özünün o qədər cılız "əsas"ları ilə rədd edir ki, əslində qəsbkar mahiyyətini bir daha ortaya qoyur".

Əzizə Zeynal
Sfera.az

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR