Zəngəzur dəhlizinin açılışı ləngiyir - Azərbaycan hansı addımlar atacaq?

29 sentyabr, 2021 11:06

“Azərbaycan Zəngəzur dəhlizinin açılmasına Ermənistanı məcbur etmək üçün müxtəlif addımlar ata bilər”.

"Azsiyaset" xəbər verir ki, bunu modern.az-a Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı razılaşma üçün Ermənistana vaxt verməsindən danışarkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Politoloq xatırladıb ki, 10 noyabr sazişinə əsasən Rusiya iki dövlət arasında bu məsələlərin tənzimlənməsi üçün vasitəçi kimi çıxış edib:

“Hətta Rusiya prezidenti Vladimir Putin təminatçı qismində addım atdı. Bu baxımdan biz rəsmi Moskvaya müraciət edərək, tələb etməliyik ki, bu öhdəliyi həyata keçirsin. Vladimir Putin artıq siyasi imkanlarından istifadə edib, Ermənistana təsir göstərməlidir. Azərbaycanın da rəsmi İrəvana müxtəlif təsir imkanları var. Erməni tərəfinin kommunikasiya baxımından regionda maraqları çoxdur. Onların həmin fikirlərindən istifadə edib, konstruktiv addım atmağa vadar edə bilərik”.

Ermənistan tərəfinin Zəngəzur dəhlizi vasitəsilə kommunikasiyanın yaradılmasını istisna etmədiyini vurğulayan T. Zülfüqarov deyib ki, rəsmi İrəvanın razılaşmadığı məqam həmin dəhlizə nəzarət prosesi ilə əlaqədardır:

“Ermənistanın iradı burada nəzarəti erməni yox, rus sərhədçilərin həyata keçirməsidir. 10 noyabr bəyanatında da bu nəzərdə tutulub. Hesab edirəm ki, onların mövqeyi o qədər məntiqli deyil. Onsuz da 1992-ci ildən bəri Ermənistan sərhədləri Rusiya tərəfindən qorunur. Ermənistan belə bir fikir ortaya atmaqla sadəcə vaxtı uzatmağa çalışır.

Zəngəzur dəhlizinin açılmasını ləngidən məqamlardan biri də texniki məsələlərdir. Belə ki, kommunikasiyanın bərpa müddəti haqqında müxtəlif rəqəmlər səsləndirilir. Amma 1 ildən çox vaxt tələb edilir ki, bu proses başa çatdırılsın. Azərbaycanın strateji maraqları olduğuna görə, rəsmi Bakı əmindir ki, Zəngəzur dəhlizi açılacaq”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR