İran səfiri ovunmur - Yenə erməni nazirin qəbuluna getdi

30 sentyabr, 2021 23:11

İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri yenidən Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşüb.

Rəsmi məlumatda səfir və nazirin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrini müzakirə etdiyi bildirilib. Həmçinin ticari-iqtisadi münasibətlərin inkişafı, ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması üçün “konkret proqram”ın reallaşdırılması haqda da danışılıb.

“Elektrik enerjisinin qazla dəyişdirilməsi” məsələsinə toxunduqdan sonra isə tərəflər regiondakı vəziyyətə keçiblər.

Erməni nazir Azərbaycanın “provokasiyası” və “Ermənistanın suveren ərazisinə iddiası”nın regional sülhü pozduğunu bildirib. Bu kontekstdə Mirzoyan İranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı mövqeyini yüksək qiymətləndirdiyini deyib.

Eyni zamanda Gorus-Qafan yolundakı vəziyyət də müzakirə edilib və erməni nazir çəkilən alternativ yol və “Şimal-Cənub” şosesi haqda məlumat verib.

Qeyd edək ki, İranın Ermənistandakı səfiri son bir neçə gündə olduqca fəallıq göstərir. O, vaxtaşırı olaraq medianın diqqətini Azərbaycan əleyhinə açıqlamaları ilə çəkir. Paralel olaraq isə Ermənistan rəsmiləri ilə ardıcıl və təkrar görüşlər keçirir. Bu gün o, həm də Ermənistan vitse-premyeri Suren Papikyanla görüşüb.

Azərbaycan Ermənistanın ərazisinə iddia etmir və etməyib. Regionda hansı işğalın sülhü 30 ildir necə pozduğunu isə Ermənistan XİN rəhbərinin yalanlarına şərik olan İran səfiri çox yaxşı bilir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR