Azərbaycanlı killer milyarder Teddi Saqini öldürməyə gedibmiş - "Rusiyalı şəriki son anda qaça bilib"

04 oktyabr, 2021 14:54

Bir neçə gün əvvəl  Kiprdə yaxalanan azərbaycanlı killerin (Rusiya vətəndaşlığı daşıyır, - red.) yəhudi milyarder Teddi Saqini öldürmək üçün göndərildiyi üzə çıxıb.

"Azsiyaset" virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda “The Times of İsrael” nəşri yazır. Bildirilir ki, milyarder ölümdən son anda qurtulub və sui-qəsd planı haqda xəbərdarlıq alan kimi Kipri tərk edib.

Teddi Saqi 1971-ci ildə Təl-Əvivdə anadan olub, İsrail əsilli kiprli biznesmendir, qismən Londonda mənzillənib. Saqi “Playtech” qumar oyunları üçün proqram təminatını işləyib hazırlayan şirkətin və Londondakı iri “Camden Market”in sahibidir. Habelə daşınmaz əmlak sferasında, elektron ödənişlər və rəqəmsal reklam biznesində də fəaliyyət göstərir. Şəxsi kapitalı 5.6 milyard dollar qiymətləndirilir. Saqi İsrailin 4 ən zəngin adamından biridir.

Rusiya pasportu daşıyan 38 yaşlı azərbaycanlı killer sentyabrın 27-də Kiprin yunan və türk hissəsi arasındakı Aqios Dometios nəzarət-buraxılış məntəqəsini keçərkən saxlanılmışdı. Məlum olmuşdu ki, o əlbir olduğu daha bir neçə şəxslə birlikdə saxlanılmazdan iki həftə əvvəl Rusiyadan Kiprin Larnaka aeroportuna uçub. Oradan adanın türk hissəsinə keçib, daha sonra geri qayıdıb. Bir neçə dəfə o tərəf-bu tərəfə keçdikdən sonra Kipr xüsusi xidmət orqanlarının diqqətini cəlb edib. Onu izləməyə başlayıblar və növbəti dəfə adanın yunan hissəsinə keçəndə saxlayıblar. Killerin üzərindən səsboğuculu tapança və üç mobil telefon tapılıb. Kipr mənbələri onun bu ölkədə yaşayan 3 israilli biznesmeni öldürmək üçün göndərildiyini, İran xüsusi xidmət orqanları tərəfindən ələ alınmış ola biləcəyini iddia ediblər.

Lakin indi İsrail mənbələri bildirir ki, killeri göndərən İran xüsusi xidmət orqanları yox, milyarder Teddi Saqinin Rusiyada yaşayan şəriki olub. Belə ki, Saqi rusiyalı tərəfdaşına iri məbləğdə borcludur və qaytarmaq istəmədiyi bu borca görə ortağı onun qətlini sifariş verib.

Teddi Saqi ona qarşı sui-qəsd hazırlandığı haqda Kipr hakimiyyətindən məlumat alan kimi son anda ölkəni tərk edib.

Bildirilir ki, muzdlu qatil kirayə götürdüyü avtomobili Saqinin ofisinin yaxınlığında park edərkən həbs olunub. Killer milyarderi təqib etmək üçün elektrosamokatdan istifadə edib, dəfələrlə Kiprin yunan və türk hissəsi arasında gedib-gəlib.

Lakin Teddi Saqinin başçılıq etdiyi “Sagi Group” şirkəti killerin hədəfində milyarderin olduğu haqda İsrail KİV-lərinin yaydığı məlumatı təkzib edir. Və bildirir ki, söhbət “İranın planlaşdırdığı terrordan” gedir. “Bu planın qarşısını almaq mümkün olub. Hədəf Teddi Saqi yox, Kiprdə yaşayan israillilər olub. Çox təəssüf ki, korrekt olmayan informasiya bu cür asanlıqla yayılır və şəxsin imicinə zərbə vurur”,-açıqlamada deyilir.

Lakin “Walla News” portalı israr edir ki, bu sui-qəsd planının arxasında Saqinin işgüzar tərəfdaşları dayanır. Hüquq-mühafizə orqanlarındakı mənbələrin bildirdiyinə görə, Saqinin tərəfdaşları ilə bir neçə şirkətə görə münaqişəsi yaranıb və onlar biznesmenin məsələsini həll etməyi kriminal elementlərə  həvalə ediblər. 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR