Qərar qəbul edildi - NATO yeni tank alayını harada yerləşdirəcək?

05 oktyabr, 2021 00:52

Varşava, nəhayət, ABŞ-dan alınan zirehli maşınlarla nə edəcəyinə qərar verdi - 250 tank şərq sərhədinə yerləşdiriləcək. Çatdırılma 2022-ci ildə başlayacaq. Polşanın müdafiə naziri Mariuş Blaşak açıq-aşkar bildirib: “Abrams”lar “Kreml aqressiyasna” qarşı etibarlı bir müdafiə olacaq.

"Azsiyaset" moderator.az-a istinadla polşalıların nədən qorxduqları və nəyə güvəndikləri haqqında “RİA Novosti”nin dərc etdiyi məqaləni oxucularına təqdim edir.

Qorxunc qüvvə

Hərbçilərin tank parkının modernləşdirilməsində israrlı olmaları bir günün söhbəti deyil. Daha əvvəl general-leytenant Boquslav Samol köhnəlmiş Polşa T-72 və PT-91 Twardy tanklarının müasir Rusiya zirehli maşınlarından ciddi şəkildə geri qaldığını etiraf etmişdi. Onun fikrincə, Amerika zirehli maşınlarının alınması respublikanın quru qoşunlarının imkanlarını xeyli artıracaq.

SEPv3 modifikasiyalı M1A2 Abrams əsas döyüş tankları dörd batalyonu təchiz edəcək. Bunun üçün ciddi xərclər çəkildi - müqavilənin məbləği 23 milyard dolları keçdi. Bu, ölkənin 2021-ci il üçün müdafiə büdcəsindən təxminən iki dəfə çoxdur. Vəsaitin bir hissəsi logistika, hərbi kadrların hazırlanması və infrastrukturun inkişafına sərf olunacaq. Polşa mətbuatı Amerika zirehli maşınlarını almaq qərarını tərifləmək və sövdələşməni “əsrin müqaviləsi” adlandırmaq üçün yarışa çıxıb.

Ancaq bu cür israfçılıq hər kəsin xoşuna gəlmir. Xüsusilə Avroparlamentin Vətəndaş Platforması Partiyasından olan deputatı Yanina Ohoyska hesab edir ki, sərhədlər tamamilə təhlükəsizdir və bu pulları xəstəxanalarda tibb bacılarının layiq olduqları maaşa xərcləmək daha səmərəli olardı. Onun sözlərinə görə, “Rusiya təhdidi” çox şişirdilir. Həmçinin mütəxəssislər nəzəri cəhətdən “gözlənilən müdaxiləni” dəf etmək üçün 250 maşının açıq şəkildə kifayət etmədiyinə diqqəti çəkirlər.

Amerikanın “Abrams” tankları Litvanın Pabrade şəhərində. 21 oktyabr 2019-cu il

"Prinsip etibarilə 250 Abrams tankı yetərincə qorxunc qüvvədir. Amerikalılar Polşaya özlərinin ən müasir modifikasiyalı əsas hərbi tankını satmağa razılaşıblar. Əvvəlki M1A2 SEPv3 variantından yalnız korpus və qüllə qalıb. Bütün elektron içlik tamamilə yenidir. Ancaq İttifaq dövlətlərinin birləşmiş gücünün ciddi qarşıdurması halında hətta nəzəri olaraq müqavimət göstərə bilməyəcəklər. Bizim zirehli texnikamız dəfələrlə çoxdur”, - deyə hərbi ekspert Aleksey Leonkov “RİA Novosti”yə bildirib.

Məcburi razılaşma

M1A2 tankları 90-cı illərin sonlarından etibarən SEP (System Enhanced Package – təkmilləşdirilmiş system paketi) sinfi layihələrinə uyğun olaraq modernləşdirilib. SEPv1-in ilk versiyasında uran elementləri ilə təchiz edilmiş təkmilləşdirilmiş frontal zireh, termal görüntü kanalı olan mənzərə və tank elektronikasının ən son rabitə və komanda-idarəetmə sistemlərinə inteqrasiyası var. SEPv2 ailəsinin maşınlarında elektrik stansiyası və yanğın idarəetmə sistemi təkmilləşdirilib. Üçüncü “paketə” əsasən hərbi sursat aiddir.

İlk dəfə 2015-ci ildə təqdim olunan M1A2 SEPv3 çoxhədəfli XM1147 AMP proqramlaşdırıla bilən qoruyucu və zirehi deşən alt kalibrli M829E4 AKE kimi müasir sursatlar alıb. Pentaqonun dediyinə görə, sonuncu istənilən seriyalı tankı 1,5-2 kilometr məsafədən dəqiq vura bilir. Yanğın nəzarət sistemi modernləşdirilib. Bundan əlavə, topçu və komandirin nişangah yerlərində yüksək dəqiqlikli displeyləri olan yeni IFLIR termal görüntü cihazları quraşdırılıb.

Tankların bəziləri İsrail istehsalı olan Trophy aktiv müdafiə sistemləri ilə təchiz olunub. Quraşdırıcılar bu KAZ-ın maşını idarə olunan raketlər üçün toxunulmaz edəcəyindən əmindirlər. Lakin Yəməndə Trophy ilə təchiz edilmiş “Abrams”ın döyüşdə istifadə təcrübəsi göstərdi ki, bu qorunma dərdə dərman deyil. Husilər köhnə sovet tank əleyhinə sistemləri ilə belə Səudiyyə tanklarını uğurla yandırırdılar.

Təbii ki, 250 Abrams Polşa ordusunu gücləndirəcək. Ancaq bir çox mütəxəssis onları satın alma qərarının tamamilə siyasi olduğuna əmindir, Amerika maşınlarına hərbi ehtiyac yoxdur. Polşa quru qüvvələrində A4, A5 və PL modifikasiyalı iki yüz alman Leopard 2 tankı var.

Alman tankı Leopard 2

"Leopard"lar mahiyyətcə “Abrams”larla “eyni sinifdəndir” və taktiki- texniki xüsusiyyətlərinin əksəriyyətində onlardan geri qalmır. Ancaq Vaşinqtondakı hərbi lobbi və Amerika müdafiə sənayesi fərqli fikirdədir. Polşanın tankların alınmasıyla bağlı müqaviləyə məcbur edildiyi istisna olunmur.

Rusofobiyanın kəskinləşməsi

Varşava ilk dəfə deyil ki, Vaşinqtondan hərbi yardım istəyir. Hələ 2018-ci ilin sonunda Polşa ABŞ-a ölkədə zirehli tank briqadası yerləşdirməyi təklif etmişdi və iki milyard dollara qədər xərc çəkməyə hazır olduğunu bildirmışdi.

Prezident Anjey Duda hətta bazaya ad da düşünmüşdü: Fort Tramp. Milli müdafiə naziri isə bu məsələnin həllini tapdığını söyləmişdi. Buna baxmayaraq, Fort Tramp yalnız kağız üzərində qaldı.

Köhnəlmiş rusofobiya sancıları Polşa hakimiyyəti tərəfindən Rusiya və Belarus hərbi personalının iştirak etdiyi “Qərb-2021” sentyabr təlimləri zamanı özünü kəskin şəkildə göstərdi. “Kremlin mümkün müdaxiləsi” mediada fəal şəkildə müzakirə edildi. Xüsusilə “Defense24” portalı Rusiyanın manevrlərin sonunda Polşa və Litva sərhədinin keçdiyi Suvalki dəhlizi ilə Şərqi Avropa ölkələrinə hücum etmək niyyətində olduğunu iddia etdi.

Təlimlər başa çatdı, qoşunlar daimi yerləşdirmə məntəqələrinə qayıtdı, ancaq Varşava döyüş əhval-ruhiyyəsini saxladı - müdafiə naziri jurnalistlərə ölkənin daha çox əsgərə və müasir silahlara ehtiyacı olduğunu söylədi. O qeyd etdi ki, bu, Polşanın NATO-da güclü mövqe tuta bilməsi üçün yeganə yoldur.

Türk pilotsuz hücum təyyarəsi Bayraktar TB2

Polşalılar tanklarla yanaşı ABŞ-dan böyük patiya Black Hawk helikopteri və Türkiyədən Ukraynanın aktiv olaraq aldığı və Donbasdakı hərbi əməliyyatlarda istifadə etmək niyyətini gizlətmədiyi Bayraktar pilotsuz hücum təyyarələri almaq istəyirlər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR